Baş səhifə‎ > ‎

06.01.2009; №1-2 (434-435)

 

Şəki Balakən bölgəsi İH başçılarının bölgə sakinlərinə təbriki

UZAQGÖRƏNLİK: BU GÜNÜMÜZ  ÜÇÜN DƏ AKTUAL MÖVZUDUR. O VAXT RƏSMİ QƏZETLƏRİMİZ SUSURDU...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  HEYDƏR ƏLİYEV CƏNABLARINA  AÇIQ  MƏKTUB

QARTAL  ZİRVƏDƏN ENMƏDİ 

RƏHMAN ELMAZ OĞLU MƏMMƏDOV ŞƏKİDƏ YENİCƏ FƏALİYYƏTƏ  BAŞLAYAN ŞƏKİ REGİONAL ƏDLİYYƏ ŞÖBƏSİNİN RƏİSİ TƏYİN EDİLMİŞDİR 

"ŞƏKİNİN SƏSİ"NİN  26 NOYABR 1994-CÜ İL TARİXLİ SAYINI VƏRƏQLƏYƏRKƏN... 

DÜNYA MƏTBUATI TARİXİNDƏ ANALOQU OLMAYAN HADİSƏ:

AZƏRBAYCAN ƏDLİYYƏSİ İNKİŞAF YOLLARINDA 

TƏBRİK EDİRİK: V. Zahirovu, T. Musayevi, İ. Abbasovu.  

15 il ÖNCƏ - İLYAS İSMAYILOVUN RƏHBƏRLİK ETDİYİ ƏDLİYYƏ NAZİRLİYİNDƏ “NƏ VAR, NƏ YOX”?! 

BİZİ TƏBRİK EDİRLƏR 

SÖHBƏT PROFESSOR KAMAL ABDULLAYEV İLƏ ZƏRDÜŞT ƏLİZADƏNİN TELEMÜBAHİSƏSİNDƏDN GEDİR

"İPƏKÇİ"NİN AZƏRBAYCAN XALQINA MÜRACİƏTİNDƏN: 

ÜÇ İLDƏN SONRA "TƏRƏQQİ" MEDALI SAHİBİNƏ TƏQDİM EDİLDİ 20

TƏBRİK!

ŞƏKİ ŞƏHƏR HƏRBİ KOMİSSARI ABDULXALDIQ XƏLİLOVLA  MÜXBİRİMİZ ARZU ABDULHƏMİDOVUN SÖHBƏTİ 

QURTİULUŞ SÜLEYMANLI 

 

YENİ İLİNİZ MÜBARƏK!

 

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimovun,

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun,

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədovun,

Qax Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin,

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynovun,

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun və

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun

Şəki-Zaqatala bölgəsi əməkçilərinə yeni il

 

ŞƏKİ-BALAKƏN BÖLGƏSİ İH BAŞÇILARININ BÖLGƏ SAKİNLƏRİNƏ TƏBRİKİ

 

 

Əziz həmvətənlər! Başımız üstündə al günəşi, ayağımızın altında bərəkətli torpağı, təmiz havası olan bu ulu dünya daha bir ili də yola saldı, 2009-cu ilə qədəm basdıq. Dünyanın və insanın yaranmasında əsas rol oynayan od, torpaq, su və hava bu günümüzədək qorunub saxlanmış və yeni nəslə ərməğan edilmişdir.

Dünya qədər qədim olan Azərbaycan torpağı, onun ayrılmaz bir parçası olan Şəki diyarı, bu diyarın qonşuları, Balakən, Oğuz, Qax, Qəbələ və İsmayıllı rayonları da bu gün daha parlaq gələcəyə doğru sürətlə addımlayır. Xalqımız xoşbəxtdir ki, onun Heydər Əliyev kimi ümummilli lideri olmuş və İlham Əliyev kimi 47 yaşlı gənc Prezidenti var. Bu amillər ölkəmizin, o cümlədən Şəki-Zaqatala bölgəsi rayonlarının zaman-zaman uğurlar qazanacağına bəslənilən ümidləri daha da artırmaq üçün ən böyük zəmanət olmuşdur.

Bu günlərdə Şəki-Zaqatala bölgəsinə səfəri zamanı İlham Əliyev sözün əsl mənasında bütün gücünü, bilik və bacarığını, enerjisini bu xalqın xoşbəxt gələcəyinə həsr etdiyini bir daha nümayiş etdirmiş, hər bir Azərbaycan vətəndaşının prezidenti olduğunu əyani şəkildə tam sübuta yetirmişdir. Onun köməyi, təşəbbüsü və yardımı ilə Balakəndə, Zaqatalada, Qaxda, Oğuzda, Şəkidə... dünya standartlarına cavab verən müasir xəstəxana binalarının tikintisinə başlanmış, maarif və mədəniyyət ocaqları yaradılmış, hava limanı işə düşmüş, stadionlar, parklar, müxtəlif tipli fabrik və zavodlar tikilmiş və istifadəyə verilmiş, yüzlərlə əməkçi iş yerləri ilə təmin edilmişdir. Nəticədə, Şəki-Zaqatala bölgəsi müstəqil dövlətimizin ən nüfuzlu zonalarından biri olmuşdur.  

Bölgəmizin əməkçilərinə yaxşı məlumdur ki, İlham Əliyevin fəaliyyətinin əsas istiqamətləri dövlətimizin qorunmasına, daha da möhkəmlənməsinə, ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşmasına, onların hüquq və azadlıqlarının qorunmasına, təhlükəsizliyinin təmin edilməsinə yönəldilmişdir. Bu sahədə Şəki-Zaqatala bölgəsində görülən işlər tam mənada uğurlu nəticələr vermişdir. Bu da ondan irəli gəlir ki, ümummilli liderimiz Heydər Əliyevin zəngin dövlətçilik ənənələri, yolu, siyasəti bu gün də yaşayır və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bölgəmizin hər bir sakini dövlətimizin siyasətini dəstəkləyir, İlham Əliyevin gördüyü işləri yüksək qiymətləndirir. Xalqımızın, dövlətimizin xoşbəxt gələcəyi isə özümüzdən asılıdır. Bunun üçün İlham Əliyevin ətrafında daha sıx birləşməliyik.

Əziz həmvətənlər! Yeni iliniz mübarək! Sizin hamınıza yeni ildə möhkəm cansağlığı, xoşbəxtlik, səadət, həyatınızın bütün sahələrində uğurlar arzulayırıq.

 


 

UZAQGÖRƏNLİK: BU GÜNÜMÜZ  ÜÇÜN DƏ AKTUAL MÖVZUDUR. O VAXT RƏSMİ QƏZETLƏRİMİZ SUSURDU...

 

QARABAĞ PROBLEMİ DAĞIDICI MÜXALİFƏT "LİDER"LƏRİNİN ACLIQ AKSİYALARI, KÜÇƏ YÜRÜŞLƏRİ İLƏ YOX, ANCAQ HEYDƏR ƏLİYEVİN DÜŞÜNƏN BEYNİ, DƏRİN ZƏKASI VƏ SİYASİ MÜDRİKLİYİ İLƏ HƏLL EDİLƏCƏKDİR!

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ

HEYDƏR ƏLİYEV CƏNABLARINA

 AÇIQ  MƏKTUB

 

"Şəkinin səsi"-"İpəkçi", 8 oktyabr 1999-cu il

 

CƏNAB PREZİDENT! "İpəkçi"-"Şəkinin səsi" qəzetləri vasitəsi ilə Sizə müraciət etməyimiz təsadüfi deyil. Hər iki qəzetin adı, fəaliyyəti Sizə yaxşı məlumdur. Azərbaycana rəhbərlik etdiyiniz dövrdə "İpəkçi" qəzeti Sizin respublikada apardığınız böyük quruculuq işlərini həmişə ilhamla tərənnüm etmiş, şəkililərin iş təcrübəsi ilə tanış olmağınız, adamlarla keçirdiyiniz səmimi görüşlər "İpəkçi" qəzetində və bu qəzetin Moskvada və Kiyevdə rus və ukrayna dillərində buraxılan xüsusi dostluq saylarında öz parlaq əksini tapmışdır.

Moskvada işlədiyiniz müddətdə "İpəkçi" qəzetinin hər sayı birbaşa Kremlə - Sizin adınıza ünvanlanmışdır: Siz Azərbaycanda, eyni zamanda bu qədim bölgədə baş verən hadisələrlə daha çox "İpəkçi"nin səhifələrində tanış olubsunuz. Naxçıvanda pensiyaçı vətəndaş, sıravi deputat kimi yaşayarkən və Ali Sovetin sədri olarkən "İpəkçi" qəzetini vaxtaşırı alıbsınız və müntəzəm oxuyubsunuz. Və bu qəzetin fəaliyyətini həmişə yüksək qiymətləndiribsiniz.

"İpəkçi"nin 60 illiyi münasibətilə Sizin qocaman fəhlə qəzetinə iki dəfə göndərdiyiniz təbrik məktubunuz qəzetə, şəkililərə olan çox səmimi, dost münasibətinizin gözəl təzahürü idi. Siz öz təbrik məktublarınızın birində "İpəkçi"nin mübarizə mövqeyini yüksək qiymətləndirərkən yazırdınız: "… "İpəkçi" qəzeti 60 illik yaradıcılıq yolunu şərəflə keçmiş, respublikamızın ictimai-siyasi həyatını dolğun əks etdirməklə, öz oxucularının dərin rəğbətini qazanmışdır… Taleyi sınanan xalqımızın bu ağır çağlarında "İpəkçi"nin kollektivinə haqq-ədalət uğrunda mübarizə aparmaqda, bütün qüvvələri səfərbər etməkdə, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaqda böyük uğurlar diləyirəm". Siz bu təbriki ölkə Prezidenti seçildikdən bir-neçə gün sonra göndərmişdiniz.

Bəli, Sizin yenidən Azərbaycana qayıdışınız tarixi zərurət idi. Ötən illər ərzində Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, daha dönməz, əbədi olması üçün gördüyünüz böyük işlər bir daha təkzibolunmaz şəkildə sübut elədi ki, xalq Sizdən təkidlə Vətənə qayıtmağınızı xahiş etməkdə nə qədər haqlı imiş: Ölkənin siyasi-ictimai, sosial-mədəni həyatında baş verən böyük dəyişikliklər, xalqın gözlədiyi, arzu elədiyi sabitlik, bütün sahələrdə islahatların həyata keçirilməsi, bu sahədə gözə görünən uğurlar, ölkənin Beynəlxalq aləmdə qazandığı nüfuz, sabaha, gələcəyə yaranan inam Sizin xidmətlərinizdir. Sizin gərgin, fədakar əməyinizin, arxalandığınız, güvəndiyiniz xalqın Sizə olan sonsuz istəyinin nəticəsidir.

HÖRMƏTLİ PREZİDENT! Sizə müraciətimiz çox ağır, taleyüklü bir məsələ ilə əlaqədardır. Söhbət iqtidarın-birbaşa ölkə Prezidenti kimi Sizin və müxalifətin, ayrı-ayrı siyasətçilərin və siyasi qurumların Qarabağ probleminə münasibətindən, bu məsələnin həlli yolunda görülən işlərdən, iqtidarınmı, ya müxalifətinmi problemi xalqın mənafeyinə uyğun şəkildə həll edib-edə bilməməsindən, əks qütblərdə dayananların hansının mövqeyinin daha obyektiv və ədalətli olmasından, nəhayət, uzun illik atəşkəsdən sonra hərbin, ya sülhün vacibliyindən gedir.      

Müxalifət üçün indi Azərbaycanda qarşıdurmanın tam səngidiyi bir vaxtda, ictimai- siyasi mühitin çox rahat, sakit "ab-havasın"da Qarabağ problemi barədə "düşünmək" - çayxanalarda, meyxanalarda, dəbdəbəli partiya iqamətgahında danışmaq çox asandır. Və çox qəribə, həm də çox təəccüblüdür ki, bu gün Qarabağ haqqında qəzetlərə, xarici radiolara "vətənpərvər", "xalq təəssübkeşi" kimi müsahibələr verən, ağızları "köpüklənə-köpüklənə" danışan bu "millət qəhrəmanları" Qarabağın taleyi

həll edilərkən öz vəzifələri, kürsüləri, şəxsi maraqları xatirinə torpaqlarımızın ermənilər tərəfindən işğalına şərait yaratmışlar. Onlar xalqın düşmənə qarşı mübarizə əzmini, iradəsini, mənəvi birliyini, inamını hələ o vaxt qırmış, adamlarda ümidsizliklə, ətalətlə barışmaq psixologiyasını təlqin etmişlər. Və Şuşa təslim edildikdə - Qarabağın bel sütunu qırılmış, ən güclü hökmdarlara, xanlara, xaqanlara boyun əyməyən Şuşa qalasının süqutu sapı özümüzdən olan "balta"ların millətə, onun qüruruna, şərəfinə, ləyaqətinə, namusuna vurduqları ən dəhşətli zərdə olmuşdur. Bilərəkdən, anlayaraqdan xalq o vaxtdan "hipnoz" vəziyyətinə salınmışdı.

ÇOX HÖRMƏTLİ Heydər müəllim! Bütün bunlar ona görə baş verirdi ki, Azərbaycanın Qarabağı "hərrac bazarı"nda xalqdan gizlin ona görə "girov" qoyulurdu ki, Siz Vətəndən uzaqda idiniz. Səlahiyyətləriniz əlinizdən alınmışdı. Fəqət, yurddan kənarda olsanız da, məhz Sizin ürəyiniz "bağrı qan" olan Azərbaycan üçün, Vətən yaralarına məlhəm qoymaq üçün çırpınırdı. Siz Moskvada-Kremldə olarkən ən yüksək rütbəli erməni məmurlarının belə Qarabağdan danışmağa, torpaq iddiası eləməyə cəsarəti, hünəri, kişiliyi çatmırdı. Siz Azərbaycanı Qarabağla birlikdə o vaxtkı rəhbərlərə "təhvil" verib getmişdiniz. Qarabağ "oyun"ları məhz Sizin Kremldən, Siyasi Bürodan uzaqlaşdırıldıqdan sonra başlanmışdı. Çoxları o vaxt elə düşünürdü ki, elə zənn edirdi ki, artıq Heydər Əliyev sakit, rahat, siyasətdən uzaq həyatla "barışacaq", cəmiyyətdən təcrid olunmuş təqaüdçü ömrü yaşayacaq. Amma, bunu arzu edənlər tezliklə, çox tezliklə yanıldıqlarını hiss etdilər. 1990-cı ilin Yanvar faciəsi Sizi elə "silkələ"di, elə həyəcanlandırdı ki, həmin andan Sizdə Vətənə dönmək, həmvətənlərinizlə bir yerdə olmaq, Vətəni artıq başlanmış və başlanmaqda davam edən yeni faciələrinin qarşısını almaq istəyi yarandı. Bu istək Prometey istəyi qədər alovlu, Atatürk amalı qədər qüdrətli və coşqun idi: İmperiya "jandarmı"nın ən sərt nəzarəti, aşkar-gizli düşmənlərinizin təqibləri Sizin xalqa, Vətənə doğru uzanan yolunuza sədd çəkə bilmədi! Sizi Vətən çağırırdı, yolunuza Tanrının özü işıq tutmuşdu.

Sizi Naxçıvanda təkcə bu ata-ana ocağının övladı kimi yox - bütün millətin, Azərbaycanın oğlu kimi əsl qəhrəmanlara, ərənlərə məxsus təntənə ilə qarşıladılar. O vaxt blokada şəraitində yaşayan Naxçıvanın tərəqqisi naminə gördüyünüz böyük işlər, Türkiyə ilə yaratdığınız mənəvi körpü Azərbaycanın miskin, qorxaq rəhbərlərinin canına üşütmə salmışdı.

Əlbəttə, cənab Prezident, Siz o vaxt təkcə Naxçıvanın yox, bütün Azərbaycanın, başının üstündə fəlakət kabusu dolaşan müqəddəs Qarabağın qayğıları ilə də yaşayır, dərin narahatçılıq hissi keçirirdiniz. Sizin pensiyaçı - sıravi millət vəkili kimi Ali Sovetin sessiyasında Qarabağın xilası üçün irəli sürdüyünüz konsepsiya, dəyərli fikirlər yüksək kürsüdə oturanlar, eləcə də bir sıra deputatlar tərəfindən soyuq qarşılandı. Sizi eşitmədilər, təklədilər. Amma Siz gur, inamlı, qətiyyətli səsinizlə öz sözünüzü xalqa, Sizi böyük məhəbbətlə, həyəcanla dinləyən milyonlara çatdıra bildiniz.

Sizin vəzifə, çörək verdiyiniz adamlardan bəziləri həmin sessiyada Sizə qarşı çıxdılar: Sizi gözdən salmaq istədilər. Təkcə Bəxtiyar Vahabzadə susmadı, cəsarətlə kürsüyə qalxdı. Və Sizin barənizdə hər kəlməsindən haqq, ədalət, insaf nuru süzülən, "manqurt" başları, duyğusuz "vücud"ları silkələyən çox alovlu bir çıxış elədi. Bu, yerində, məqamında deyilmiş şair sözü, haqqın səsi idi. O vaxt "İpəkçi" qəzeti də özünün "Gəlin, Heydər Əliyevi qoruyaq. O, bizə həmişə lazım olacaqdır!" rubrikasını açdı. Və Sizin sessiyadakı çıxışınızı, səsinizdəki "harayı" - Qarabağ dərdini, Vətən məhəbbətini dəstəklədi. Bu müqəddəs arzunun təhriki ilə "İpəkçi" və onun redaktoru tərəddüd eləmədən şair Bəxtiyar Vahabzadənin Sizi müdafiə edən, Sizə qarşı olanları isə ittihamlayan - "damğa"layan çıxışını operativ jurnalist cəsarəti ilə öz səhifəsində dərc elədi - bütün ölkənin bu yazını oxuması, Sizin Qarabağla, Vətənlə bağlı fikirlərinizlə bir daha tanış olması imkanı yaratdı

Qarabağ göz görə-görə əldən gedirdi. "Qarabağ kartı" ilə hakimiyyətə gələn, xalqı "Qarabağ laylaları" ilə "ovsun"layan bəylər nəinki işğal olunmuş əraziləri geri qaytarmaq barədə fikirləşmir, əksinə, öz vəzifə, "rütbə" kürsülərində daha rahat oturmaq, röyada belə görə bilmədikləri "padşah"lığın, "hökmran"lığın ləzzətini daha çox hiss etmək, kapital toplamaq, xalqın varını talan etmək, əsl bəyzadələr kimi yaşamaq xatirinə ermənilərin və onların xaricdəki himayədarlarının Qarabağın sərhədlərini genişləndirmək, yeni rayonlar, yaşayış sahələri ələ keçirmək üçün göstərdikləri cəhdlərinin qarşısını almır, daxildəki vəzifə, "kürsü" davası ilə ermənilərin çirkin niyyətlərinə "qol-qanad" verirdilər.

Əbülfəz Elçibəy və onun bəylərdən ibarət "yığma komanda"sı hakimiyyətdə olduqları bir il müddətində xalqın etimadını doğrulda bilmədilər. Qarabağ problemini həll etmək üçün təsirli tədbirlər görülmədi, daxili ziddiyyətlərin dərinləşməsi, ölkəni vətəndaş müharibəsinə, qarşıdurmaya, parçalanmağa sürükləyirdi. Real təhlükə yarananda - Surət Hüseynovun ilk "hərbə-zorbaları"ndan qorxuya düşən, prezident kimi hakimiyyəti, xalqı qorumağa borclu olan Əbülfəz Elçibəy Sizi Naxçıvandan Bakıya dəvət elədi. Siz isə Əbülfəz Elçibəyin yox, ancaq xalqın səsini eşitdiniz. Xalqın israrlı-təkidli xahişindən sonra paytaxta döndünüz.

Əbülfəz bəy Sizin xalqı, Vətəni xilas edə biləcəyinizə o qədər də inanmırdı. O, Şah Abbas kimi "tərxis-libas" olub Kələkidəki "qəsrinə" doğru qaçarkən, elə  zənn etmişdi ki, Siz də ölkədəki qarşıdurmadan, Surət Hüseynovun "şahzadə" olmaq iddialarından, sütül polkovnikin silahlı dəstələrindən çəkinəcək, geri duracaq, xalqın yox, "gəda-bəy"lərin əmirlərinə boyun əyəcək, Azərbaycanın parçalanmasına rəvac verəcəksiniz. Amma təkcə Əbülfəz Elçibəylər yox, eyni zamanda Surət Hüseynovlar və onları dəstəkləyən xarici və daxili qüvvələr yanılırdılar. Siz Sizə arxalanan, Sizə güvənən, Sizə inanan xalqın qarşısına Vətənin mərd, cəsur, dönməz oğlu, qeyrətli rəhbəri, igid, qətiyyətli bir el təəssübkeşi kimi çıxdınız. Sizin "silah"ınız - düşünən beyniniz, dərin zəkanız, siyasi müdrikliyiniz idi. Sizin gəlişinizdən az sonra əvvəlki hakimiyyət tərəfindən ermənilərə satılmış daha bir neçə rayon-əbədi, əzəli torpaqlarımızın bir hissəsi də ermənilərin əlinə keçdi. Bu yolla Sizi "sındırmaq" istəyirdilər. Ölkə vətəndaş müharibəsi ilə "nəfəs" alırdı: Gəncə qiyamı, cənubda Əlikram Hümbətovun sərsəm ideyası… Azərbaycan parçalanırdı, dağılırdı. Bütün bunlar Sizi "təslim" etmək üçün həyata keçirilən çirkin oyunlar idi. Sizin cəsarətiniz qətiyyətiniz, xalqla birlikdə göstərdiyiniz dözüm, səbir, ən çətin anlarda çıxış yolu tapmaq bacarığınız təkcə özünüzü yox, həm də Azərbaycan xalqını xilas etdi.

Əziz Heydər Əliyev! Siz Azərbaycana rəhbərlik etdiyiniz gündən Qarabağı düşünürdünüz: Vəziyyət olduqca gərgin idi, dəhşətli idi. Cəbhə boşalmışdı. Ayrı-ayrı hakimiyyət iddialı bəylərə məxsus hərbi birləşmələr geri çəkilmişdilər. Cəbhə açıq idi. Ara-sıra gedən qanlı döyüşlərdə, qeyri-bərabər qüvvələrin çarpışması nəticəsində Vətən torpağına şəhid qanı "çilənir"di. Torpaqlarımızı müdafiəsiz görən düşmən Gəncəni, Yevlaxı ələ keçirmək üçün məqam axtarırdı.

Gərgin günlərdə hər iki cəbhə xəttində atəşkəsin elan edilməsi, Sizin müdrik və uzaqgörən siyasətinizin nəticəsi idi. Torpaq azad nəfəs aldı, analar dinclik tapdı, daxili sabitliyi bərpa etmək, ölkənin illərdən bəri yığılıb qalan problemlərinə nəzər salmaq, iqtisadiyyatı dirçəltmək, adamları quruculuq işlərinə cəlb etmək, ən başlıcası, müstəqilliyimizi qorumaq üçün vaxt qazanıldı.

Və zaman göstərdi ki, Sizin tutduğunuz   yol düzgündür, ədalətli yoldur. Xarici səfərləriniz zamanı, eləcə də Prezident İqamətgahında xarici ölkələrin rəhbərləri, dövlət xadimləri, nüfuzlu siyasətçilərlə görüşərkən ilk sözünüz də, son sözünüz də Qarabağ olur. Siz Qarabağ barədə həqiqətləri bütün dünyaya çatdıra bilibsiniz. Bu problemin qansız, müharibəsiz, sülh yolu ilə, diplomatik gedişlərlə həllini daha məqbul vasitə hesab etməyiniz də təqdirəlayiqdir, xalqın arzusu ilə üst-üstə düşür.

Nə vaxt ki, Qarabağın üfüqlərində aydınlıq yaranır, "işıq ucu" görünür, müxalifət düşərgəsində eyni vaxtda sanki bir təlaş, həyəcan hiss olunur. Hakimiyyətdən qaçan "siyasət"çi bəylər, partiya başqanları xalqın birliyini pozmağa, iqtidarı nüfuzdan salmağa çalışan dağıdıcı qüvvələr ağız-ağıza verib mətbuatda, xarici radiolarda təzədən özlərini "millətin xilaskarı", həmvətənlərinə canı yanan "vətən oğulları" kimi "sırımağa" çalışırdılar. Əgər müxalifət öz içərisində birlik, sabitlik, həmrəylik yarada bilmirsə, siyasi qurumların rəhbərləri qəzetlərdə bir-birlərinin "eyib"lərini açıb ifşa edirlərsə xəyanətlərini üzə çıxarırlarsa, bu "adamcıq"ların xalq adından danışmağa, iqtidarın fəaliyyətində nöqsan, eyib axtarmağa mənəvi haqları çatırmı?

 Əziz prezident! Siz bu adamları yaxşı tanıyırsınız. Onların çirkin mənəviyyatına, qərəzli niyyətlərinə çoxdan bələdsiniz. Bu "siyasət"çilərin başında xalqdan qaçan, millətinə xəyanət edən Əbülfəz Elçibəy durur. Bu günlərdə öz güclü mühafizəçilərinin "dəmir həlqəsi"ndə "başmaq seyri"nə çıxan, Bakıda piyada gəzən Əbülfəz Elçibəy əvvəllər olduğu kimi, yenə də öz ətrafı ilə birlikdə çayxanada qərar tutmuş, öz "əshabələri"ni, yəqin ki, iqtidarın əleyhinə söylədiyi fikirlərlə "mübarizəyə" ruhlandırmaq istəmişdir.

Öz xalqını birləşdirməyə gücü çatmayan Əbülfəz Elçibəyin bu gün qəzet səhifələrində, mətbuat konfranslarında iki Azərbaycanı qarşı-qarşıya qoymağa cəhd göstərməsi, iqtidarı səriştəsizlikdə (?!) suçlandırması, xalqın vəziyyətindən guya kədərlənib "göz yaş"ları axıtması, hakimiyyəti dövründə neçə-neçə rayonu ermənilərə "bağışlayan", bundan sonra daha bir neçə rayonun işğal olunmasına şərait yaradan "Elçibəy"in əsl siyasətdən uzaq, ortabab universitet müəllimi kimi ancaq "mühazirə oxumaq" bacarığını sübut edir.

Demokratiyadan, müstəqillikdən ancaq öz xeyrinə faydalanmağa çalışan ADP-nin "yarım" sədri İlyas İsmayılovun iqtidarı Qarabağ problemini, bir milyon qaçqının taleyini həll edə bilməməkdə "ittiham" etməsi isə bu adamın siyasi kütlüyünü nümayiş etdirir. Bu yaxınlarda "Yeni Müsavat"a və "Azadlıq" radiosuna verdiyi müsahibələrində Sizin Robert Koçaryanla görüşünüzə münasibətini İlyas bəy bu sözlərlə bildirib: "Ermənilər Dağlıq Qarabağa yüksək status verilməsini istəyirlər. Amma biz bir qarış torpağımızın da ermənilərə verilməsinə razı ola bilmərik!"

Hörmətli dövlət başçısı! Siz İlyas İsmayılovu yaxşı tanıyırsınız. Bilirsiniz ki, ölkənin baş prokuroru olarkən bilavasitə İlyas İsmayılovun öz vəzifə mövqeyində dayana bilməməsi, səlahiyyətlərini könüllü şəkildə moskvalı həmkarlarına verməsi, Qarabağın erməni təcavüzünə məruz qaldığı ilk dövrlərdə baş prokuror cəsarəti, qətiyyəti göstərməməsi, işğal üçün imkan və şərait yaradanları vəzifəsi xatirinə dəstəkləməsi, Sumqayıt faciəsini törədənlərin səbəbkarlarından biri olması barədə aydın təsəvvür yaradır. Sonradan ədliyyə naziri kimi də yaramaz kadr olduğu bilinən, Sizin tərəfinizdən vəzifədən uzaqlaşdırılan İlyas İsmayılovun bu gün qeyri-rəsmi partiyanın "yarım" sədr kimi siyasət meydanında iqtidar əleyhinə əks-təbliğat aparması, bilavasitə Sizin xidmətlərinizi inkar etməsi, mənəvi dəyərsizliyini, siyasətçi kimi iflasa uğradığını anlamaması, xalq tərəfindən qəbul edilmədiyi halda, xalqa "vəkillik" etmək iddiasına düşməsi, özünü gələcək prezidentliyə namizəd kimi göstərməsi yolverilməzdir. Və İlyas İsmayılovun Vətənə, xalqa xəyanətkar mövqeyindən xəbərdar olan iqtidar rəsmilərinin də keçmiş "rusbaş" prokurorun siyasət meydanındakı "oyunbaz"lığına dözmələri təəssüf doğurur.

Prezident seçkiləri zamanı acı məğlubiyyətini hələ də unutmayan, birbaşa Sizin əleyhinizə kəskin çıxışları ilə "xal" toplayacağına inanan AMİP sədri Etibar Məmmədov da bu gün Qarabağ kartından, sosial həyatın problemlərindən "bəhrələnərək" itirməkdə olduğu siyasi nüfuzunu yenidən "bərpa" etmək niyyətindədir.

Ekranda göründüyü kimi, cənab Prezident, sizin "rəqib"ləriniz sağlam müxalifət mövqedə dayanmağı bacarmayan, demokratiyadan, əsl siyasətçi səriştəsindən, yüksək mənəvi dəyərlərdən uzaq olan adamlardır.

Sizin həqiqətən ölkənin düşünən, ağıllı, Sizinlə birlikdə iş, əməl birliyi qurmağa can ata biləcək, ümumi mənafe naminə bir cəbhədə birləşməyə, ümumi düşmənə qarşı vuruşmağa qadir müxalifətlə açıq, işgüzar dialoqa meylli olduğunuz məlumdur.

Təəssüf ki, öz fəaliyyəti ilə dağıdıcı müxalifət imici qazananlar Sizin Qarabağ ağrılarınızı duymaq istəmir, millətin, xalqın səviyyəsindən, arzu və istəyindən qat-qat aşağıda dayanırlar. "Azadlıq" radiosunun Bakıdakı müxbirlərinin "havası" ilə "havala"nan, öz "baltamız"la özümüzə vuran, Sizin Qarabağ uğrunda çalışmalarınızı heçə endirməyə çalışan Mirzə Xəzər Azərbaycana gələndə də "gözün üstə qaşın var" deyən tapılmır. Milli Televiziya "Azadlıq"dan Sizin, xalqın ünvanına deyilən "həcv"ləri cavabsız buraxır. Və yaxud: "Mən Heydər Əliyevi tanımıram "deyən" əlləri minlərlə insan qanına batmış keçmiş "rusbaş" prokurorun əməlləri mavi ekranda "görünmür". Yoxsa, İlyas İsmayılov özünü daha yaxşı tanıyardı.

Bu gün Sizin Ermənistan prezidenti ilə görüşünüzün müxalifət qəzetlərində qara niyyətlə hallandırılması, Qarabağ uğrunda aclıq aksiyalarının keçirilməsi, sentyabr ayında kütləvi etiraz mitinqlərinə çağırış, əslində Qarabağ duyğusundan, Vətən məhəbbətindən, torpaq sevgisindən uzaq, xalqı qarşıdurmaya çəkmək istəyən bəd niyyətli adamların çirkin niyyətindən xəbər verir.

Bütün Azərbaycan xalqı kimi, "Şəkinin səsi" - "İpəkçi" qəzetinin ölkənin bütün bölgələrində yaşayan çoxminli oxucuları da möhkəm inanırlar ki, Qarabağ problemi məhz Sizin müdrik, uzaqgörən siyasətiniz nəticəsində özünün ən məqbul, xalqın arzu elədiyi şəkildə həllini tapacaq, torpaqlarımız azad ediləcək, köçkünlər doğma yurd-yuvalarına qayıdacaqlar.

 

                                             M. SALİS

"İpəkçi" - "Şəkinin səsi" qəzetləri

redaksiya  heyətinin üzvləri  adından


 

 

DÜNƏNİMİZDƏN

QARTAL ZİRVƏDƏN ENMƏDİ

 

Yanvar faciəsindən sonra xalq ümidlə ümidsizlik, xəyalla həqiqət, "olumla ölüm" arasında çırpınırdı. Heydər Əliyev xalqdan, seçicilərdən aldığı deputat mandatı ilə Ali Sovetin sessiyalarında iştirak edirdi. Amma, sadəcə dinləmirdi, çoxları kimi iqtidarı tərifləmirdi. Əksinə, Heydər Əliyev görürdü, hiss edirdi ki, yüksək tribunadan xalqa həqiqəti demək lazımdır: bunu ondan xalqın taleyi, vicdanı tələb edirdi.

İclaslardan birində Heydər Əliyev parlament kürsüsünə qalxdı. Çoxdan bəri ona dinclik, rahatlıq verməyən fikirlərini deputatlarla yox, xalqla bölüşdü. Mövcud rejiminin artıq çürüdüyünü tutarlı faktlarla bəyan elədi. Düz söz çoxlarını qıcıqlandırdı. Əvvəlcədən hazırlanmış, muzdla tutulmuş deputatlar Əliyevə qarşı böhtanlar, iftiralar yağdırmağa başladılar. Vaxtı ilə Əliyevin kölgəsini görəndə yerişlərini belə itirən bu yalançı vətənpərvərlər günəşi göydə danmaqdan, ağa-qara deməkdən belə çəkinmirdilər.

Xalq şairi Bəxtiyar Vahabzadə millətə şərəfsizlik gətirən bu “mənzərə”ni görəndə dözmədi. Ürəyi kimi qələmi də közərdi. Ertəsi gün sessiyaya gəlib özünün məşhur, dillər əzbəri olan çıxışını xalqa çatdırdı. Namuslu adamların ürəklərinə təpər, gözlərinə işıq gəldi.

Bəxtiyar Vahabzadə o vaxt üzünü Azərbaycan xalqına tutub deyirdi: "…Bu gün biz bütün qüvvələrimizi birləşdirib Qarabağ məsələsinin həllinə yönəltmək əvəzinə, necə deyərlər, zirvədən enən adamdan intiqam və zirvədəkindən pay almaq üçün mikrofon qarşısında növbəyə durmuşuq. Budurmu bizim etikamız, əxlaqımız?!."

V.Vahabzadənin çıxışının mətnini çap etmək, xalqa çatdırmaq üçün "Respublika" (baş redaktoru Əhməd İsayev idi) və "İpəkçi" qəzetləri özlərində cəsarət tapdılar: xalq Əliyevi öz yurdunun vətənpərvər oğlu kimi tanıdı.

 

                                        M.SALİS,

    ("İpəkçi" qəzetinin 21 sentyabr

    1992-ci il tarixli nömrəsindən).

 

 

SÖZ GƏLİŞİ:  Bundan  sonra zirvədə dayanan hörmətli Heydər Əliyev barədə xoş sözlər demək çox asan idi. Qəribə burasıdır ki, hazırda İlham Əliyevin rəğbətini qazanmaq istəyənlər, iqtidardan vəzifə, kreslo umanlar saxta səmimiyyətlə gözdən pərdə asır, özlərinə aşağıdakı sözlərlə təsəlli verirlər: "Biz Əliyevi o vaxt ürəyimizdə müdafiə edir, onunla razılaşırdıq." Bu, açıq-aşkar riyakarlıq deyilmi?!

O vaxt susmağı "qızıl" hesab edənlər yaxşı bilirdilər ki,  Əliyevi müdafiə edənləri təqiblər, təhqirlər gözləyir. Bəxtiyar Vahabzadə Heydər Əliyevi bir həqiqət, şəxsiyyət, tarixi zərurət kimi təsdiqləyəndə, zalda nadanlar tutuquşu kimi bir ağızdan haray salırdılar. O zaman şair Bəxtiyarın ürək sözlərini jurnalist qətiyyəti ilə qəzet səhifələrinə çıxaran Əhməd İsayevlə Salis Məmmədov  ancaq öz ürəklərinin hökmü ilə hərəkət etmişdilər.

Çox təəssüflər olsun ki, Heydər Əliyev Naxçıvana qədər basdığı ilk günlərdə Əli Həsənovun yaratdığı “Doğru yol” partiyasının qərəzli “hücum”larına da məruz qalmışdır.

   


YENİ TƏYİNAT

 

RƏHMAN ELMAZ OĞLU MƏMMƏDOV ŞƏKİDƏ YENİCƏ FƏALİYYƏTƏ

 BAŞLAYAN ŞƏKİ REGİONAL ƏDLİYYƏ ŞÖBƏSİNİN RƏİSİ TƏYİN EDİLMİŞDİR


Rəhman Elmaz oğlu Məmmədov 1965-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1982-ci ildə Şəki şəhərindəki 3 saylı orta məktəbi "Qızıl medalla" başa vurmuşdur. Həmin il Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində ikinci ali təhsil almışdır.

Əmək fəaliyyətinə "Şəki" İstehsal İpək Birliyində fəhlə kimi başlamış, həmin müəssisənin kadrlar şöbəsində və komsomol komitəsində işləmişdir.

1991-ci ildən Şəki Şəhər İcra Hakimiyyətində - əvvəlcə ümumi şöbədə kadrlar üzrə müfəttiş, sonralar isə hüquq şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Rəhman Elmaz oğlu Məmmədov Azərbaycan Respublikası Ədliyyə naziri cənab Fikrət Məmmədovun 17 sentyabr 2008-ci il tarixli əmri ilə ədliyyə orqanlarına qulluğa qəbul olunmuş, ona Şəki Regional Ədliyyə Şöbəsinin rəisi vəzifəsinin icrası həvalə edilmişdir.   

"Şəkinin səsi" qəzeti redaksiya heyətinin üzvüdür. Evlidir. 3 övlad atasıdır.

 

            P.S. Regional ədliyyə şöbələri Azərbaycan Respublikası Prezidentinin "Ədliyyə orqanlarının inkişafı haqqında" Fərmanına uyğun olaraq yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və onlara nəzarətin gücləndirilməsi, əhalinin Ədliyyə orqanlarına müraciət etmə imkanların asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması məqsədilə yaradılmışdır.

Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədovun müvafiq əmrləri ilə ölkəmizin regionlarında on regional Ədliyyə şöbəsi təşkil edilmiş, onların strukturu və ştat bölgüsü təsdiqlənmiş, ərazi yurisdiksiyaları müəyyənləşdirilmiş, əsasnaməsi təsdiq edilərək səlahiyyətləri, hüquq və vəzifələri dəqiqləşdirilmişdir.

Şəki Regional Ədliyyə Şöbəsinin ərazi yurisdiksiyasına Balakən, Qax, Qəbələ, Zaqatala, Oğuz və Şəki rayonları daxil edilmişdir.

Şəki Regional Ədliyyə Şöbəsi üçün Şəkinin mərkəzində yeni dördmərtəbəli gözəl inzibati bina inşa olunur. Bina hazır olanadək regional şöbə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında fəaliyyət göstərəcəkdir.

 

Arzu ABDULHƏMİDOV

         "Şəkinin səsi" qəzeti redaksiya  heyətinin üzvü

 



"ŞƏKİNİN SƏSİ"NİN  26 NOYABR 1994-CÜ İL TARİXLİ SAYINI VƏRƏQLƏYƏRKƏN...

 

ÖZ SAĞLIĞINDA HEYDƏR ƏLİYEVİN BAKIDA - DAĞÜSTÜ PARKDA ƏZƏMƏTLİ HEYKƏLİ UCALDILMALIDIR

 

ƏMƏKDAR JURNALİST SALİS MƏMMƏDOV:

-Azərbaycanın da öz Atatürkü olan övladı vardır. Bu övlad və Ata ömrü Azərbaycana xidmət eşqi ilə sürüb gedən, özü üçün mikrosəviyyədə belə heç bir umacağı olmayan, insanlığa xidmət naminə gündə 18-20 saat işləyən, ölkəsinin unitar və demokratik, müstəqil olduğunu hamıya qəbul etdirən, humanistliyi ilə Beynəlxalq siyasətin zirvəsində ucalan həqiqi qəhrəman Heydər Əliyevdir!

Artıq bu gün Milli Məclis öz qanununu çıxararaq Heydər Əliyevin misilsiz xidmətlərini əbədiləşdirməlidir: tarixi bir rejissor kimi canlandırmaq üçün möhtərəm Azərbaycan Prezidentinin heykəlinin bayram əhval-ruhiyyəsi içərisində qoyulmasının vaxtı çatmışdır. Özü də bu heykəl mütləq və mütləq Kirovun heykəlinin yerində - Bakının ən uca nöqtəsində qoyulmalıdır.

Heydər Əliyevin ömürlük prezident seçilməsinə də baxılmalıdır.

             

ŞƏKİ-ZAQATALA BÖLGƏSİ ƏMƏKÇİLƏRİ:

-Bu sözlər bizim də ürəyimizdən xəbər verir. Arzu edirik ki, Milli Məclis əməkdar jurnalist Salis müəllimin dəyərli təklifini,  bölgə sakinlərinin arzusunu nəzərə alsın və ona baxsın, Heydər Əliyevin öz xalqı qarşısındakı misilsiz xidmətləri sağlığında qiymətləndirilsin, Bakının Dağüstü parkında onun əzəmətli heykəlinin ucaldılmasını təmin etsin, bu ölkənin ömürlük Prezidenti olduğunu rəsmiləşdirsin.

 


 

 

DÜNYA MƏTBUATI TARİXİNDƏ ANALOQU OLMAYAN HADİSƏ:

 

Heydər Əliyev "İpəkçi"nin 60 illik yubileyini iki dəfə təbrik etmişdir!

 

İPƏKÇİ” QƏZETİNİN BAŞ REDAKTORU SALİS MƏMMƏDOV CƏNABLARINA

QƏZETİN YUBİLEYİU ƏRƏFƏSİNDƏ

 

Dünya şöhrətli ipəkçilərimizin əmək rəşadətlərinin yorulmaz tərənnümçüsü "İpəkçi" qəzeti 60 illik yaradıcılıq yolunu şərəfli keçmiş, respublikamızın ictimai-siyasi həyatını dolğun əks etdirməklə öz oxucularının dərin rəğbətini qazanmışdır.

Bu əlamətdar hadisə - 60 illik yubileyi münasibəti ilə qəzeti və onun əməkdaşlarını ürəkdən təbrik edir, onların hər birinə cansağlığı, xoşbəxtlik və bundan sonra da oxucu etibarına layiq olmağı arzulayıram.

Taleyi sınanan xalqımızın bu ağır çağlarında "İpəkçi"nin yaradıcı kollektivinə haqq-ədalət uğrunda mübarizə aparmaqda, bütün qüvvələri səfərbər etməkdə, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaqda böyük uğurlar diləyirəm.

 

Heydər ƏLİYEV

  Azərbaycan Respublikasının Prezidenti

                                  

                      



QƏZETİN YUBİLEYİ YIĞINCAĞINA

 

– 60 yaşlı "İPƏKÇİ"ni bir daha ürəkdən təbrik edir, bu əlamətdar yubiley münasibətilə qəzetin kollektivinə və onun oxucularına ən səmimi arzularımı bildirirəm.

Heydər ƏLİYEV

   Azərbaycan Respublikasının Prezidenti

 


 

 "Şəkinin səsi" -"İpəkçi", 14 oktyabr 2003-cü il 

 

"Şəkinin səsi" və "İpəkçi" qəzetlərinintəsisçisi və baş redaktoru, respublikanın Əməkdar jurnalisti cənab Salis Məmmədova

HADİ RƏCƏBLİ, Milli Məclisin Sosial-Siyasət daimi komissiyasının sədri

 

Hörmətli Salis müəllim!

Sizi-dövlətçiliyə və Heydər Əliyev ənənələrinə sadiq bir insanı, görkəmli və prinsipial jurnalisti və uzun illərin sınağından alnıaçıq çıxmış əziz dostumu anadan olmağınızın 70, təsisçisi, yaradıcısı və baş redaktoru olduğunuz "İpəkçi" qəzetinin 70, "Şəkinin səsi" qəzetinin 10 illik yubileyləri münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Fəaliyyət göstərdiyi bütün bu illər ərzində daima dövlətçilik və milli dəyərlər mövqeyindən çıxış edən "İpəkçi" və "Şəkinin səsi" qəzetlərində gedən yazılar daim xüsusi bir məzmun və mahiyyət kəsb etmişdir. Azərbaycan jurnalistikasının ən xoş ənənələrini uğurla davam etdirən qəzetləriniz rəsmi dövlət xəbərləri ilə yanaşı, regionda, ölkəmizdə və xaricdə baş verən bütün mühüm hadisələrə çevik reaksiya verə bilmək və bu zaman öz obyektivliyini qoruyub saxlamaq baxımından həmişə fərqlənmişdir. Bu keyfiyyət isə respublikada mövcud olan qəzet bolluğu içərisində ən vacib amil kimi dəyərləndirilməlidir.

"İpəkçi" və "Şəkinin səsi" qəzetlərinin hüquqi dövlət olaraq Azərbaycan Respublikasının təşəkkül tapması və dünya ölkələri arasında öz layiqli yerini tutması istiqamətində möhtərəm Prezidentimiz Heydər Əliyev cənablarının dönmədən və ardıcıl apardığı daxili və xarici siyasətin geniş və hərtərəfli işıqlandırılmasında rolu əvəzolunmazdır.

Döyüşkən qardaşım, Siz müxalif qüvvələrin ədalətsiz mövqelərini ifşa edir, onlara qarşı dözümlülük nümunəsi göstərir, öz arqumentlərinizlə haqqı, ədaləti müdafiə edirsiniz. Xalqımızın say-seçmə oğullarına qarşı bulvar qəzetlərində edilən hücumlar Sizin diqqətinizdən yayınmır, Siz həmin an belələrinin təmənnasız müdafiəsinə qalxırsınız.

Əziz Salis müəllim!

Sizi tanıdığım 30 ildə həmişə öz sözü və mövqeyi olan bir jurnalist, əsl vətəndaş və səmimi dost kimi görmüşəm və çox şadam ki, indiyədək də belə qalmısınız.

Mən Sizi - respublikamızın Əməkdar jurnalist və rəhbərlik etdiyiniz kollektivi səmimi qəlbdən təbrik edir, Sizə və ailənizə can sağlığı və işlərinizdə daha böyük uğurlar arzulayıram. 

 


 

AZƏRBAYCAN ƏDLİYYƏSİ İNKİŞAF YOLLARINDA

 

Ümummilli liderimiz Heydər Əliyevin 8 il bundan əvvəl imzaladığı sərəncamla hər ilin 22 noyabr günü Ədliyyə işçilərinin peşə bayramı kimi təsis edilmişdir. Və həmin ildən bu peşə bayramı Azərbaycanın bütün ədliyyə orqanlarında geniş qeyd olunur. Hörmətli Ədliyyə nazimiriz Fikrət Məmmədovun obrazlı sözləri ilə desək, ədliyyə işçiləri öz peşə bayramlarını keçirərkən, hər dəfə istər-istəməz çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının Ədliyyə tarixinə bir daha nəzər salırlar.

Bu tarixin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanmışdır. Ədliyyə Nazirliyinin Azərbaycanın yenidən müstəqillik əldə etdikdən sonrakı inkişafı da məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

         Belə ki, son illərdə ölkəmizdə həyata keçirilən köklü məhkəmə-hüquq islahatı nəticəsində Ədliyyə Nazirliyinin fəaliyyətində də əsaslı dəyişikliklər aparılmış, nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlarından birinə çevrilmiş və sivil cəmiyyət quruculuğunda onun rolu və əhəmiyyəti artmışdır. Həyata keçirilən islahatlara uyğun olaraq, Beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilən yeni mütərəqqi qanunlar qəbul edilmiş, insan hüquqlarının mütərəqqi qanunlar qəbul edilmiş, insan hüquqlarının daha etibarlı müdafiəsinə yönəlmiş çoxpilləli məhkəmə sistemi yaradılmış, hakimlər yeni qaydalarla, beynəlxalq standartlara uyğun test və müsabiqə üsulu ilə seçilərək təyin edilmişlər.

Ölkəmizin hər yerində olduğu kimi, Şəki-Balakən bölgəsində də məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi üçün bir çox tədbirlər görülmüş, məhkəmələr yeni binalara köçürülmüş, müasir avadanlıqlarla təmin olunmuşdur. Şəkidə bir neçə bölgəyə xidmət göstərən apelyasiya məhkəməsi və Şəki Regional Ədliyyə şöbəsi yaradılmışdır.    

Ədliyyə işçilərini peşə bayramı Ədliyyə Nazirliyində, Şəki, Balakən, Qax, Zaqatala və Oğuz rayonlarında da geniş qeyd edilmişdir. Bu münasibətlə keçirilən yığıncaqlarda ədliyyəmizin keçdiyi inkişaf yolu, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş uğurlar, görülən tədbirlər, o cümlədən siyasi, iqtisadi və hüquq islahatlarının nəticələri böyük ruh yüksəkliyi ilə qeyd edilmişdir. Ölkə prezidentinin sərəncamı ilə Ədliyyə orqanlarında səmərəli fəaliyyətlərinə görə onun bir qrup əməkdaş orden və medallarla təltif olunmuşdur. Onların arasında Şəki-Balakən bölgəsində yaxşı tanınan və sevilən Ədliyyə nazirinin müavinləri Vilayət Zahirov, Toğrul Musayev və Ədliyyə Akademiyasının prorektoru həmyerlimiz İlham Abbasov da vardır.

 

                                 Mehman  NURİYEV

   Şəki Şəhər Məhkəməsinin sədri


 

 TƏBRİK EDİRİK!

 

 

«VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ» MEDALI İLƏ TƏLTİF OLUNMUŞDUR!

 

Vilayət  Həsən oğlu Zahirov


1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur.

O, 1984-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul olunaraq Bakı şəhər prokurorluğunda böyük müstəntiq vəzifəsi üzrə stajor olmuş, Şəki rayon prokurorluğunun böyük müstəntiqi, respublika Baş prokuroru yanında, sonradan respublika prokurorluğu istintaq idarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifələrində işləmişdir.

1995-2004-cü illərdə V. Zahirov Şəki rayon və Gəncə şəhər prokuroru vəzifələrində çalışmışdır.

2004-cü ilin iyun ayında Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini təyin edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun qorunmasında, xüsusi təhlükəli dövləti cinayətlər üzrə istintaqın aparılmasında, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində xidmətlərinə görə dövlət başçısının 26 dekabr 1995-ci il tarixli fərmanı ilə "İgidliyə görə" medal ilə təltif olunmuşdur.

Ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə Ədliyyə Nazirliyi kollegiyasının qərarı ilə ədliyyə nazirinin 2 yanvar 2008-ci il tarixli əmri ilə Fəxri medalla, Prezidentin  sərəncamı ilə 2008-ci ildə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

II dərəcəli dövlət ədliyyə müşaviri, Prokurorluğun fəxri işçisidir. O, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. 

 

Rəhman MƏMMƏDOV

“Şəkinin səsi” qəzetinin redaksiya

heyətinin üzvü

 


 

«VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ» MEDALI İLƏ TƏLTİF OLUNMUŞDUR !

 

Toğrul Sirac oğlu Musayev


1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. 

O, 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini, 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Universiteti bitirdikdən sonra hüquq fakültəsində müəllim olmuş, respublika Ali Soveti Rəyasət heyətinin hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası KP MK İnzibati Orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının dövlət-hüquq şöbəsində böyük məsləhətçi vəzifələrində işləmişdir. 1995-ci ilə Baş Prokurorluğa rəhbər işə göndərilərək, kadrlar idarəsinin rəisi, Respublika Prokurorluğu Kollegiyasının üzvü olmuşdur.

2000-ci ilin iyun ayında Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini təyin edilmişdir.

II dərəcəli Dövlət Ədliyyə müşaviri, Ədliyyə Nazirliyi Attestasiya Komissiyasının və ədliyyə orqanlarına işə qəbulla bağlı müsabiqə komissiyasının sədridir. O, həmçinin Avropa Ümumi Hüquq Təşkilatının Direktorlar Şurasının üzvü, Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü, Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olmasına hazırlıq işləri üzrə komissiya sədrinin müavini, ölkəmizin Avropa Şurasının hakimlərin və prokurorların tədrisi üzrə Lissabon şəbəkəsində nümayəndəsi, mülki hüquq sahəsində bir sıra elmi məqalələrin müəllifidir.  Prezidentin sərəncamı ilə  “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

 

Rəfael MƏNƏFOV

“Şəkinin səsi” qəzeti



“Dövlət qulluğunda fərqlənməyə görə” medalın və 60 yaşın mübarək, İlham müəllim!

 

Həmyerlimiz İlham Qurban oğlu Abbasov ölkənin ən təcrübəli hüquqşünaslarından biri kimi tanınır. O, 16 noyabr 1948-ci ildə Şəki şəhərində müəllim ailəsində anadan olmuşdur. 1955-ci ildə Nizami adına Şəki şəhər 7 №-li orta məktəbin I sinfinə getmiş və 1965 -1966-cı tədris   ilində Şəki şəhər 4 №-li axşam (növbəli) fəhlə-gənclər məktəbininin XI  sinfini bitirmişdir.

İ.Q.Abbasov əmək fəaliyyətinə 1965-ci ildə Şəki şəhər 6 №-li tikiş fabrikində başlamış, əvvəllər orada yarlıqçı, sonralar isə bərpaçı vəzifələrində işləmişdir.

1971-ci ildə BDU-nun hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, tələbəlik illərində Lenin təqaüdü almışdır.

1971-ci ilin avqust ayında prokurorluq orqanlarına işə qəbul edilərək Goranboy rayon prokurorluğunun stajor müstəntiqi vəzifəsinə təyin edilmiş, 1972-1975-ci illərdə Yevlax və Mingəçevir şəhər prokurorluğunun baş müstəntiqi vəzifələrində çalışmış, 1975-1994-cü illərdə Biləsuvar, Qəbələ, Zəngilan, Qubadlı və Masallı rayonlarının prokuroru vəzifəsində işləmişdir.

1994-2001-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun mərkəzi aparatında idarə prokuroru, idarə rəisinin müavini, idarə rəisi, o cümlədən Təşkilat-nəzarət idarəsinin rəisi, Tədris Mərkəzinin rəhbəri vəzifələrində işləmiş, Azərbaycan Respublikası Baş Prokurorluğu Kollegiyasının və Ali Attestasiya Komissiyasının üzvü olmuşdur.

Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. 1998-ci ildə "Prokurorluğun fəxri işçisi" döş  nişanı ilə təltif edilmişdir.

2001-ci ilin ilin may ayından Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzinin elmi-tədqiqat sahəsi üzrə direktor müavini (hazırda Ədliyyə Akademiyasının prorektoru) vəzifəsində işləyir.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 103 elmi, 198 hüquqi-publisistik məqalənin, 1 dərs vəsaitinin, həmçinin, "Bosforda görüş", "Tut ağası" novella və xatirələr kitablarının müəllifidir.

İ.Q.Abbasov BDU-nun nəzdində olan  Dissertasiya Şurasının 28.02.2007-ci il tarixli iclasında hüquq elmləri namizədi elmi dərəcəsi almaq üçün "İbtidai araşdırmanın səmərəliliyi və prokuror nəzarətinin bəzi məsələləri" mövzusunda elmi işi müdafiə etmiş və materiallar təsdiq edilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına göndərilmişdir.

İ.Q.Abbasov prokurorluqda və ədliyyə orqanlarında işlədiyi müddətdə yaxşı işinə görə dəfələrlə xidməti qaydada mükafatlandırılmışdır.

Bu günlərdə İ.Q.Abbasovun 60 yaşı tamam olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Naziri I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun əmri ilə o, ədliyyə və prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə və anadan olmasının 60 illik yubileyi münasibətilə qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.

Həmçinin, İ.Q.Abbasov Azərbaycan Ədliyyəsinin 90 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

Ailəlidir, üç övladı, dörd nəvəsi var

 

Şəki-Zaqatala bölgəsinin əməkçiləri adından respublika ədliyyəsinin inkişafında böyük xidmətləri olan və Prezidentimizin sərəncamı ilə orden və medallarla təltif olunmuş hər üç hüquqşünasımızı: Vilayət Zahirovu, Toğrul Musayevi və İlham Abbasovu təbrik edir və onlara öz fəaliyyətlərində yeni uğurlar arzulayırıq:

Nazim İbrahimov, Asif Əsgərov, İbrahim Mehdiyev, Natiq Qasımov, Nəsib Məhəməliyev, Qafar Əliyev, Hadi Rəcəbli, Gülnaz Salamova, Zərinə Cavadova, Marat Əkbərov, Həsən Həsənov, Şahin Babayev, Arzu Abdulhəmidov, Məhəmməd Nəsibov, Məhəmməd Əhmədov, Rəhman Məmmədov, Cavanşir Qurbanov, Natiq Şirinzadə, Salis Məmmədov, Kazım Məmmədov, Rafiq Şükürov, Sevil İsmayılova, Cavanşir Feyziyev, Firədun İbrahimov, Rəfael Mənəfov.

 


 

15 il ÖNCƏ - İLYAS İSMAYILOVUN RƏHBƏRLİK ETDİYİ ƏDLİYYƏ NAZİRLİYİNDƏ “NƏ VAR, NƏ YOX”?!

 

BU QƏZETİN 26 NOYABR 1994-CÜ İL TARİXLİ

SAYINA  ÖTƏRİ BİR NƏZƏR:

 

1. KİM HAQLIDIR?

("Şəkinin səsi", 26 noyabr 1994-cü il)

Ədliyyə naziri İlyas İsmayılov "Azərbaycan" qəzetinə məktub göndərmiş, bu qəzetin 9 noyabr 1994-cü il tarixli sayında onun ünvanına "tuşlanmış" yazıdakı bəzi fikirlərə öz etirazını bildirmişdir. Onun yazdığına görə, həmin yazı qərəzli məqsəd daşıyır, müəyyən şəxsi və siyasi məqsədlərə xidmət edir. Məsələn, ədliyyə naziri göstərir ki, onun "rusbaş" prokuroru sözündən zəhləsi gedir, Qdlyanla əməkdaşlıq etməkdən həmişə uzaq qaçmışdır.(?!)

Əlbəttə, bütün bunlar İlyas İsmayılovun öz fikirləridir. Lakin ədliyyə nazirinin bu cavabı bundan əvvəlki yazının kəsərini və dəyərini aşağı salmır. Redaksiya adı çəkilən yazı ilə əlaqədar heç bir təkzib verməmiş və İlyas İsmayılova "bəraət" qazandırmamış, ondan üzr istəməmişdir.

Qaldı, İlyas İsmayılovun "rusbaş" prokuror olub-olmamasına… Bunu sübut eləməyə ehtiyac yoxdur. Ədliyyə nazirimiz hələ 1992-ci ildə "Həyat" qəzetinə verdiyi bir müsahibədə bunu öz dili ilə açıqlamışdır: "Təvazökarlıqdan uzaq olsa da, deməliyəm: Moskvada idarə səviyyəli şöbəyə məni qara qaşıma, qara gözümə görə qoymamışdılar. İş keyfiyyətlərimi (?!) nəzərə alıb bu etimadı göstərmişdilər. Bəyəm özlərinin hüquqşünasları az idi?"

Bizcə əlavə şərhə ehtiyac yoxdur.

 

2. Düşüncələrə qərq edən fakt

 Yaşadığımız dövr baş verən hadisələrin qeyri-adi məzmunu ilə çox seçilir. Bu  hadisələrin içində məni hələ də heyrətə gətirən, dərin düşüncələrə qərq eləyən İlyas İsmayılovun "ixtiyarı"nda olan Bayıl türməsindən on nəfər qatı cinayət etmiş dustağın qaçırılmasıdır. Ən təəccüblüsü də odur ki, buna görə ədliyyə naziri İlyas İsmayılova "gözün üstə qaşın var" - deyən tapılmadı. Bəlkə biz bilmirik Bayıl təcridxanası ikinci sort türmədir, buradan qaçmaq da olar, hələ üstəlik qaçırtmaq da. Və buna görə də heç kimə güldən ağır söz deyilməz. Nazir İlyas İsmayılovla Bayıl həbsxanasının rəisi Vaqif Əhmədov (keçmiş baş nazirin keçmiş birinci müavininin qardaşı) da bəlkə elə bunu rəhbər tutub əlbir-dilbir olublar?

Həbsxana, təcridxana intizam, qayda-qanun sevən yerdir. O vaxt ki, eksperiment eləyib türmələri verdilər İlyas bəyin "sərəncamına". Ədliyyə Nazirliyinin qara günləri elə ondan başladı. Bir ucdan dustaqlar qaçdı, polislər gecəni-gündüzə qatıb onları yaxalamaqla məşğul oldular. Ədliyyə nazirliyi isə kənar - ögey təşkilat kimi seyrçi mövqe tutdu.

Bizi belə bir sual düşündürr: bütün bu işlərə cavabdeh olan Ədliyyə naziri İlyas İsmayılov Bayıl türməsindən yolunu salıbmı? Belə çıxır ki, yox. Gərək yolunu ora sala ki, türmənin problemlərindən, dərd-sərindən xəbər tuta. İşi gücü oturub elə bir ucdan partiyalarla, firmaları qeydə alıb cəmiyyətin canına daraşdırmaqdır. Türmələrdə "qayda var, qanun isə  yoxdur" onu düşündürmür.

MTN-in təcridxanasından dörd dustaq qaçırıldı, nazir Nəriman İmranov işdən azad edildi və həbs olundu. Eyni zamanda Milli Təhlükəsizlik Nazirliyinin 50-60 əməkdaşı işdən qovuldu. Bayıl türməsindən 10 nəfər ölüm hökmü altında yatan dustaq qaçırıldı, ədliyyə naziri İlyas İsmayılovun ictimai-siyasi mövqeyi daha da möhkəmləndi.

Bax, adamı düşüncələrə qərq edən də elə budur.

3. İlyas İsmayılov vəzifəli şəxsləri cinayətkar və rüşvətxor adlandırır (?!)

Məmləkətimizin ədliyyə naziri İlyas İsmayılov Milli Televiziyanın "Xəbərlər" proqramına verdiyi müsahibəsində deyib ki, Prezident Heydər Əliyevin cinayətkarlığa qarşı mübarizə ilə bağlı məlum fərmanının yerinə yetirilməsi işində indiki vəzifəli şəxslərin iştirakı yolverilməzdir. O, eyni zamanda indiki vəzifəli şəxslərə etimad etmədiyini, onlara inanmadığını açıq bildirmişdir.

Onun fikrincə, indiki vəzifəli şəxslər nə qədər ki, "hakimiyyət" başında dururlarsa, cinayətkarlıqla mübarizədə heç bir "tərəqqi" əldə edilməyəcək, onun səmərəsi olmayacaqdır. Nazir daha sonra demişdir ki, bu gün dövlət və digər idarəetmə strukturlarında, eləcə də hüquq mühafizə orqanlarında rüşvət baş alıb gedir, rüşvətxorluq korrupsiyaya çevrilmişdir.

Ədliyyə nazirinin "Xəbərlər" proqramına verdiyi bu müsahibə "dildən-dilə", "ağızdan-ağıza" keçmiş və bütün respublikada, necə deyərlər, əks-səda doğurmuşdur. Hətta, "İpəkçi"dən başqa, digər rəsmi  dövlət qəzetləri də onun müsahibəsini "müdrik" bir insanın hikmətli kəlamı kimi qəbul etmiş və səhifələrində dərc etmişlər.

İndi, gəlin həmin müsahibəyə öz həqiqi qiymətini verək, Ədliyyə nazirinin "hikmətli kəlamlar"ının mənasını açıqlayaq. Müsahibəsində indiki rəhbər işçilərə inanmadığını söyləyən İlyas İsmayılovdan soruşmaq lazımdır: indiki vəzifəli şəxslər arasında bizim ədliyyə nazirimiz də var, ya yox? Bəlkə də, Prezidentimiz onu öz fərmanı ilə vəzifəsindən azad etmiş və bundan bizim xəbərimiz olmamışdır? Digər tərəfdən, əgər indiyədək belə fərman olmayıbsa, deməli, indiki vəzifəli şəxslər arasında ədliyyə naziri də vardır. Bu ədliyyə nazirinin isə o biri vəzifəli şəxs olan İlyas İsmayılova qara yaxması çox gülüncdür. Belə çıxır ki, bütün hüquq mühafizə orqanlarının rəhbərləri kimi, bizim ədliyyə nazirimiz də o biri vəzifəli şəxs - yəni İlyas İsmayılov kimi rüşvət alırlarmış.

İlyas İsmayılov "Xəbərlər" proqramına verdiyi bu müsahibəsi ilə həm özünü, həm də həmkarlarını pis vəziyyətə qoymuşdur. O, gözünü yumub, ağzını açmış, sözlərinə sərhəd qoymamış, hamıya böhtan, iftira atmışdır: respublikada nə qədər vəzifəli şəxs varsa, hamısına "cinayətkar" və yaxud "rüşvətxor" damğası vurmuşdur.

Bizə elə gəlir ki, Prezidentimiz Heydər Əliyev, respublika prokurorluğu onun bu hərəkətinə elə-belə baxmamalı və İlyas ismayılovdan tələb etməlidirlər ki, heç olmasa indi səmimi və açıq danışsın, dediklərini sübuta yetirsin, onda olan cinayətkarlığa və rüşvətxorluğa aid bütün məlumatları gizlətməsin, üzə çıxarsın və hüquq-mühafizə orqanlarına təqdim etsin.

Çox qəribədir: ədliyə nazirinin əsas hücum "hədəf"lərindən biri respublikanın hüquq-mühafizə orqanları olmuşdur. O, özü kimi yüksək vəzifə daşıyan həmkarlarını, necə deyərlər "ağ-ağ" yuyub, "qara-qara" sərirdi. Çox təəssüflər olsun ki, onun bu qeyri-normal hərəkəti cavabsız qalır, "əks-hücum"la qarşılaşmırdı.

 

M.SALİS.

SÖZ ARDI:

Bəli, İlyas bəy nazir olarkən Əbülfəz bəyi yolundan çıxarmaq və onun "kreslosu"nu ələ keçirmək üçün prezidenti dilə tutub deyirdi ki, "Surət Hüseynov Bakıya qoşun yeridir. O, hökumət evinin qabağında səni dar ağacından asdırmaq fikrinə düşübdür. Yerini müvəqqəti olaraq mənə təhvil ver, özün get doğulduğun məkana. Ara sakitləşdikdən sonra gəlib fəaliyyətini davam etdirərsən". Lakin prezidentin dəvəti və xalqın tələbi ilə Heydər Əliyevin əvvəlcə Ali Sovetin sədri, daha sonra ölkə Prezidenti təyin edilməsi ədliyyə nazirinin bütün planlarını "alt-üst" etdi. Çox keçmədi ki, onun da xoruzunu qoltuğuna vurub yola saldılar. Bundan sonra İlyas bəy mətbuatda çıxış edərək "ölkənin yeni prezidentini tanımadığını” bildirməklə özünə təsəlli verməyə başladı…

 


 

BİZİ TƏBRİK EDİRLƏR

 

Mətbuat tariximizdə möcüzə

"Şəkinin səsi", 14 iyul 2001-ci il 

 

"İpəkçi" və onun "nəvəsi" "Şəkinin səsi" qəzetlərinin nə az, nə çox: birincisinin 68, ikincisinin - "nəvə"nin isə 8 yaşı tamam olur. Bir redaktorun heç bir əməkdaşı, heç bir texniki bazası, maliyyə yığımları olmadan yetərli tirajla  iki qəzet buraxması və bu qəzetlərin sevilə-sevilə oxunması möcüzədir. Bu möcüzənin Azərbaycan mətbuatı tarixində analoqu yoxdur.

"İpəkçi" qəzeti ilə həmyaşıd olan Salis Məmmədsani oğlu Məmmədov jurnalistika aləmində yeganə şəxsiyyətdir ki, mübarizliyi, işgüzarlığı və prinsipiallığı ilə seçilir, onun bütün həyatının 50 ili qəzetçiliklə bağlıdır. Salis müəllim 40 ildir ki, "İpəkçi"nin redaktorudur. Bu illər ərzində özünün müstəqil bölgə qəzetini də yaratmış və 8 ildir ki, bu qəzetin də ictimai əsaslarla baş redaktorudur. Salis müəllim Sovetlər İttifaqı dövründə bütün ölkədə tanınmış redaktorlardan biri olmuş, SSRİ-nin və Azərbaycan Respublika- sının bir çox mükafatlarına layiq görülmüşdür.

Atası Məmmədsani Məmmədovun yolunu Salis, Salisin yolunu isə oğlu Aydın davam etdirir. Müstəqil Azərbaycan Respublikasının ilk əməkdar jurnalisti adını alan Salis müəllim "Qızıl qələm" mükafatının laureatıdır. Keçmiş İttifaqın "Xalqlar dostluğu", "Şərəf nişanı" ordenləri və bir çox medalları ilə təltif olunmuşdur. O, Aydından başqa iki "oğulun"  "İpəkçi" və "Şəkinin səsi"nin də necə deyərlər atasıdır.

İstəkli qələm dostum, Sən jurnalistikada dahisən. Arzum budur ki, böyük yaradan Səni öz amalında saxlasın.

 

Sabir ƏFƏNDİYEV

Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq münasibətlər İnstitutunun əməkdaşı, "Dirçəliş-XXI əsr" jurnalının Şəki-Balakən bölgəsi üzrə xüsusi müxbiri


 

SÖHBƏT PROFESSOR KAMAL ABDULLAYEV İLƏ

ZƏRDÜŞT ƏLİZADƏNİN TELEMÜSAHİBƏSİNDƏN GEDİR

 

Əzablı yollarla latına doğru

"Şəkinin səsi", 14 fevral 1992-ci il

O vaxt latın əlifbası həyata vəsiqə aldı. Beləliklə, 52 ildən bəri davam edən tarixi ədalətsizliyə, mənəvi repressiyaya son qoymaq üçün real imkanlar tapıldı. Aydın oldu ki, Azərbaycan əlifbası xalqın iradəsinə zidd olaraq Mərkəzin təzyiqi ilə 1939-cu ildə kiril əlifbası ilə əvəz olunmuşdur. Bu fakt 1930-cu illərin kütləvi repressiyasının məntiqi davamı olub, türk xalqlarının milli özünüdərk prosesinin qarşısını almaq, onları tədricən yadlaşdırıb bir-birindən uzaqlaşdırmaq məqsədi güdürdü.

Bu acı həqiqəti yaxşı anlayan mütərəqqi fikirli ziyalılarımız iki ildən bəri latın qrafikalı əlifba ilə bağlı xalq arasında genişlənən diskussiyaları əməli nəticə verməsi üçün atılan addımları rəğbətlə qarşıladılar. Buna baxmayaraq iş görmək məqamı gələndə isə xalqı yenidən çaşdırmağa, öz fikirlərini, niyyətlərini təkidlə qəbul etdirməyə çalışanlar hərəkətə gəldilər, canlandılar. Həmişə xalqın taleyüklü məsələləri həll edilərkən birinci olaraq millətin, haqqın tərəfində dayanan Bəxtiyar Vahabzadə yenə də şair-vətəndaş səsini cəsarətlə ucaltdı. Digər qeyrətli ziyalılarımız - İsmayıl Şıxlı, Sabir Rüstəmxanlı, Kamal Abdullayev, Məmməd İsmayıl, Eldar Salayev və onlarla başqa vətən övladları xalqın iradəsinin, nəhayət yerinə yetirilməsi üçün latına gedən yolun başlanğıcında xalqa xeyir-dua verdilər.

Xalq isə indi iki yol ayrıcında - odla-su arasında qalmışdı. Bilmir kimə inansın, kimə üz tutsun: 1929-1939-cu illərdə, on il müddətində işlətdiyi zorla yaddaşlardan silinən latın əlifbasının yenidən bərpa olunması üçün milləti duyub qərar verənlərə, yoxsa, əlifba məsələsini siyasətə, iqtisadiyyata, ağrılı-əngəlli problemlərə qatıb "vaxtı deyil (?!) çağırışı ilə haray qoparan vətən millət "təəssübkeşləri"nə?

Respublika televiziyasında görünənlərin bəziləri də xalqla üzləşərkən elə ilk söhbətlərdə ağızlarını "nəhs" açdılar. Özgə vaxtlarda prezident Ayaz Mütəllibovun fərman və qanunlarının, Milli Şuranın qərarlarının həyata keçirilməməsindən haqlı olaraq gileylənənlər, təşvişə düşənlər görəsən nə səbəbə latın əlifbasını yenidən beşikdəcə boğmaq istəyirlər? Bu eqoizm heç də rus qrafikasına, kirilə məftunluqdan, heyranlıqdan irəli gəlmir. Latın əlifbasını gözü götürməyənlərin niyyətləri, məqsədləri başqadır.

Bu yaxınlarda respublika televiziyasının "7 gün" proqramına baxarkən bir daha yəqin elədik ki, latın qrafikalı Azərbaycan əlifbası tərəfdarlarının nümayəndəsi nə qədər güclü, inamlı, məntiqli və dönməz eloğlu təsiri bağışlayırdısa, "Latın əlifbasına keçməyin vaxtı deyildir" inadından yapışıb höcətləşən əks cəbhənin nümayəndəsi də bir o qədər öz fikrini zorla, xalqın iradəsi ziddinə qəbul etdirməyə çalışan, hər sözünü xüsusi vurğu və intonasiya ilə deyib özünü haqlı sayan, mənəvi ağrılarımızdan xəbərsiz ziyalı kimi görünürdü. Söhbət professor Kamal Abdullayevlə xalqın daha çox prezidentliyə namizəd kimi tanıdığı Zərdüşt Əlizadənin telemüsahibəsindən gedir. Kamal Abdullayev düzgün olaraq ziyalı həmkarına və tamaşaçılara bildirdi ki, latın qrafikalı əlifbanın əleyhdarları daha çox - "İndi əlifba islahatının vaxtı deyildir" sözlərini tez-tez işlədirlər. Elə isə soruşmaq istəyirəm: "Bəs latın əlifbasına keçmək üçün nə zaman vaxt tapa biləcəyik?"

Kamal Abdullayev  dedi:

-Mən inanmıram ki, əsrlər boyu başı müsibətlər çəkmiş xalqımız yaxın illərdə indiki çətinliklərdən baş açıb, əlifba məsələsi ilə təzədən məşğul ola bilsin. Xalqın əzablardan, düyünə düşmüş problemlərdən tezliklə azad olacağına, onun tam arxayın şəkildə öz əlifbasının taleyini həll edəcəyinə mənim gümanım azdır.

Professor bu sözləri deyərkən yəqin ki, Qarabağ müsibətinin beş ildən bəri həll edilmədiyini, xalqın yeni bəlalara düçar olduğunu, düzgün çıxış yolu axtarmağa borclu olanların astagəlliyini, belə davam edərsə Azərbaycanın, Qarabağın başı üzərində qara buludların tezliklə çəkilməyəcəyini, latın əlifbasına keçmək üçün tarixi fürsətin əldən veriləcəyini nəzərdə tuturdu.

Amma "prezident" ədası ilə danışan, özünü həmişə haqlı hesab edən Zərdüşt bəy müsahibinin sözünü kəsərək professoru "bədbin adam" olmaqla günahlandırdı. Yəqin ki, həmin anda televiziya tamaşaçılarının çoxu Zərdüşt Əlizadənin "nikbin"liyinə inanmadı. Buna əsas səbəb, Zərdüşt bəyin prezident seçkilərində Ayaz Mütəllibova rəqib olmaq istəyindən son məqamda əl çəkməsi, yarımçıq inadı, yarımçıq prinsipiallığı, güman ki, özünü mətbuatda, televiziyada reklam etmək, öz dünya varlığını onu tanımayan çoxluğa hiss etdirmək arzusu idi.

Xalqın diqqətini latın əlifbasından yayındırmaq istəyənlər əslində başqa məqsəd güdürlər. Məqsəd incə eyhamlarla, bəzən də açıq-aşkar əski əlifbanı təbliğ etməklə, xalqı çaşdırmaqdan ibarətdir. Din xadimlərinin televiziya ilə bəyan etdikləri bu fikri Zərdüşt Əlizadə Kamal Abdullayevlə müsahibəsində qüvvətləndirdi. Fikrini də bununla əsaslandırdı ki, cənubdakı qan qardaşlarımız əski əlifba ilə yazıb oxuyurlar. Belə çıxdı ki, latın əlifbası bizi yadlaşdıra bilər. Hörmətli Zərdüşt bəy əmin olun ki, dini, adət-ənənələri eyni olan, canı bir, qanı bir, soy kökü, tarixi, mədəniyyəti, sevinci, kədəri bir olan cənublu qardaş və bacılarımız əgər dübarə təfriqə salanlar, mənəvi körpüləri, ürəkləri ayıranlar olmasa, təkcə əlifba məsələsinə görə Azərbaycan xalqına yadlaşa bilməzlər. Biz Kamal Abdullayevin o taylı, bu taylı Vətənin qeyrətli təəssübkeşi olduğunu yaxşı bilirik. Ona görə də Zərdüşt bəyin əski əlifbaya keçmək arzusuna bəraət qazandırmaq üçün gətirdiyi bu bəhanə məqbul hesab edilə bilməz. Bir də, görəsən Azərbaycan xalqının latın əlifbasına keçməklə türk dünyasına, türk mədəniyyətinə qapı açması nəyə görə narahatçılıq doğurmalıdır?! Zərdüşt Əlizadənin "Aydınlıq" qəzeti vasitəsilə oxucularına çatdırdığı bir daha yada yada salmaq istərdik: "Azərbaycan milləti yoxdur. Ancaq Azərbaycan torpağı var. Biz türkük və türk olaraq da qalırıq. Millətin türk adı dəyişdirilərkən yer-məkan adına çevrilib". ("Aydınlıq" qəzeti, 17 yanvar 1992-ci il).

Belə olduğu halda tarixi fakta, tarixi həqiqətə dönüklük etməyə sadəcə olaraq mənəvi haqqımız yoxdur. Artıq şərhə də ehtiyac duymuruq. Bircə bunu əlavə etməyi lazım bilirik ki, əski əlifbanın özünü də millət hamılıqla, könül xoşluğu və öz arzusu ilə qəbul etməmişdir.

Z.Əlizadə və onunla birlikdə əski əlifba tərəfdarlarına demək istəyirik ki, əski əlifbaya marağı olanların da əl-qolunu heç kəs tutmur.      Bu sahədəki iradları isə məktəblərimizdə uzun illərdən bəri ingilis, fransız, alman dillərini tədris edən, əski əlifbanın isə məktəb proqramlarına salınmasına laqeydlik göstərən səlahiyyətli rəhbərlərə bildirmək lazımdır. Şəkidə  2 min nəfərə yaxın məktəbli qısa müddətdə həmin əlifbanı öyrənmişdir.

Əlifba məsələsi ilə əlaqədar şəhərimizin alimlərinin, ziyalılarımızın, Şəki İpək Şirkətinin nümayəndələrinin fikirlərini öyrəndik. Filologiya elmləri namizədi orta məktəbin direktoru Niyazi Əsgərov, şəhər xalq təhsili şöbəsinin müdiri Məmmədnuru Yusifov latın qrafikalı Azərbaycan əlifbasının üstünlüklərini tutarlı dəlillərlə göstərdilər, "Xalq qəzeti"ndə, "Azərbaycan müəllimi"ndə, "Müxalifət", "Aydınlıq" və digər qəzetlərdə davam etdirilən qızğın oxucu diskussiyalarından söz açdılar. Bildirdilər ki, həmyerlimiz M.F.Axundov özünün son əlifba layihəsini latın qrafikası əsasında hazırlamışdı.

Şəki İpək Şirkətinin baş direktoru İbrahim Mustafayev isə bu məsələyə münasibətini aşağıdakı sözlərlə aşkarladı:

-Professor Kamal Abdullayevlə Zərdüşt Əlizadənin televiziya ilə verilən müsahibəsinə mən də qulaq asmışam. Mətbuatda verilən yazıları da diqqətlə izləyirəm. Kamal Abdullayevin, eləcə də latın qrafikası ilə bağlı müsbət fikir söyləyən həmvətənlərimin dediklərinə ürəkdən şərikəm.

Xalqın taleyinə, mədəniyyətinə şübhə ilə yanaşan, millətin oyanışınan narahat olan, ən ağrılı anlarda susan adamlardır. Yaxşı olmazmı ki, hər kəs öz işini görsün: əsgərlərimiz sərhədi qorusun, əkinçi torpaqdan yapışsın, fəhlə dəzgahını işlətsin. Ziyalılara, alimlərə, elm, mədəniyyət xadimlərinə imkan verilsin ki, onlar millətin mənafeyindən çıxış edərək taleyüklü məsələləri həll etsinlər. Demirəm ki, xalq vacib məsələlərin həllində kənarda qalsın, xeyir. Amma o problemin, o çətinliyin ki, həlli xalqın ürəyincədir, kənardan süni maneələr törədilməsin.

Bəxtiyar Vahabzadənin radio ilə çıxışında bir məqam xüsusilə xoşuma gəldi. Şair dedi ki, əlifba məsələlərində də xalq bizdən qabağa düşdü. Paytaxtımızın küçələrində latın qrafikalı əlifba ilə yazılmış reklamlar göz oxşayır. Xalq öz əli ilə, öz duyğusu və fəhmi ilə itirilmiş əlifba yaddaşını, ləyaqətini yenidən bərpa edir. Xalqın üzü latınadır. Xalq öz sözünü deyib. Latına keçəcək. İndi bu işə əngəl törədənlər isə yəqin o vaxt el töhməti ilə üzləşəcək, xəcalət çəkəcəklər.

Zərdüşt Əlizadənin latın əlifbası ilə bağlı birtərəfli mövqeyi onun digər çıxışlarında da özünü göstərir. Ədalət naminə qeyd edək ki, Zərdüşt Əlizadə 20 yanvar faciəsinin səbəbkarlarından danışarkən daha qəti, prinsipial mövqe tutur. Amma televiziyanın "215 KL" studiyasına verdiyi müsahibəsində onun Qarabağ məsələsinin ilkin mərhələsinə münasibəti, professor Şirməmməd Hüseynovun fikirlərini qərəzli şəkildə təhrif etməsi, hörmətli professora açıq-aşkar qara yaxması Zərdüşt Əlizadənin siyasətdə naşı adam olduğunu göstərir.

Doğrudanmı, Zərdüşt bəy üçün aydın deyil ki, sərhəd rayonlarında tökülən günahsız qanların bir səbəbi də dünənə qədər ov tüfəngləri əlindən alınan Qarabağ camaatının əliyalın olmasıdır. Təcavüz edən tərəfin gözlərimiz qarşısında öz torpaqlarımızda ata-baba ocaqlarımızı söndürdüyü, yurdumuzda şəhid qanları axıtdığı bir vaxtda yenədəmi silahdan qorxa-qorxa yapışmalıyıq? Əgər düşmən təslim olmursa, Şuşanın bir neçə addımlığında at oynadırsa bütün bunları qabaqcadan görən professor Şirməmməd Hüseynov nə deməliydi?

Bu yazı çapa hazırlanarkən "Aydınlıq" qəzetində (24 yanvar 1992-ci il) Şirməmməd Hüseynovun "Əyri otur, amma düz danış" adlı məqaləsini oxuduq. Bu, siyasət aləmində özünü bəlkə də çoxlarından müdrik və uzaqgörən hesab edən, özündən razı demokrata tutarlı cavab idi: o vaxt Şirməmməd Hüseynov üzünü televiziya tamaşaçılarına tutub belə demişdi: "…erməni ekstremistləri, daşnak mafiyası Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün hər cür vasitələrə, o cümlədən silaha əl atacaqlar və atırlar. Bunu bilmək və hazırlaşmaq lazımdır…"

Adını çəkdiyimiz məqalədə Şirməmməd Hüseynov Zərdüşt Əlizadənin bəzi portret cizgilərini verir. Məlum olur ki, Zərdüşt Əlizadə Azadlıq meydanında mitinqə gələn professorun qabağını kəsmiş, "tribunaya gəlməyə ixtiyarın yoxdur" demişdi. Hətta Şirməmməd Hüseynovun döyüləcəyi xəbərini də anası vasitəsi ilə ona çatdırmışdı. Professor yazır: "Mən sonradan öyrəndim ki, Əlizadələr çox adamı belə yolla qorxudurmuşlar…". "Son zamanlar ekranda çox böyük fəallıq göstərən və az qala özünü qərəzsiz hakim və hər şeyi bilən yeganə siyasətçi kimi qələmə verən Zərdüşt Əlizadənin" (professor Ş.Hüseynovun sözlərindən) belə söz oyunları görəsən kimlərə, hansı qruplara xidmət edir? Yoxsa, xalq içərisində dayaqlarını itirməkdə olan Zərdüşt Əlizadə təzədən prezidentlik iddiasına düşübdür?!

Zərdüşt Əlizadə millətə çoxlu "təzə fikirlər", ideyalar, proqnozlar" verməkdə davam edir. Allah axırını xeyir eləsin. Bu yerdə peyğəmbərimizin bir kəlamı yada düşür: "Millətimizin içində xəyanət olmasa düşmən qarşımızda tab gətirə bizməz".

 

                                             M.SALİS

 


 

"İPƏKÇİ"NİN AZƏRBAYCAN XALQINA MÜRACİƏTİNDƏN:

 

"Gəlin, Heydər Əliyevi qoruyaq. O, bizə bundan sonra da çox lazım olacaqdır…"

 "İpəkçi", 20 may 1992-ci il


Bu gün Heydər Əliyev yenidən xalqın diqqət mərkəzindədir. Bu adam barəsində kimlər ehtiramla danışmır? Azərbaycanda 70-ci illər demokratik fikrinin bayraqdarı, xalq cəbhəsinin sədri, prezidentliyə namizəd Əbülfəz Elçibəy onu böyük şəxsiyyət, ən nüfuzlu adam adlandırır. Prezidentliyə namizəd Nizami Süleymanov isə Əliyev barəsindəki fikirlərini belə səciyyələndirir: "Bu gün bizdə dünya miqyasında tanınan, rəhbərlik məharəti, insanları tanımaq təcrübəsi olan bir şəxs varsa, o da Heydər Əliyevdir. Respublikanın bu günkü vəziyyətini nəzərə alsaq, onun təcrübəsi bizə lazımdır. Ondan istifadə etməliyik." Xalq şairmiz Bəxtiyar Vahabzadə də Heydər Əliyevə qarşı ədalətsiz hücumların birində dözməyib, parlament kürsüsünə qalxmış, üzünü qeyrətsiz millət vəkillərinə tutub demişdir ki, bu gün biz bütün qüvvələrimizi birləşdirib, Heydər Əliyevin dediyi kimi, Qarabağ məsələsinin həllinə yönəltmək əvəzinə, necə deyərlər, zirvədən enən bu adamdan intiqam və zirvədəkindən isə pay almaq üçün mikrofonun qarşısında növbəyə durmuşuq. Budumu bizim etikamız, əxlaqımız?! Bəxtiyar Vahabzadənin bu çıxışı ilk dəfə "İpəkçi" də dərc edildi. Heydər Əliyev qəzetin redaktoruna öz minnətdarlığını çatdırdı.

Bilirik ki, Heydər Əliyev Moskvada olarkən Azərbaycan xalqına arxa olmuşdur. Lakin Mərkəzin saxta demokratiyasından, fitnə-fəsadından bezikən Əliyev partiya biletindən, "Qızıl ulduz"larından, hər cür ad-sanından imtina etmişdir. O, xalqın bu çətin günündə yenidən siyasət meydanına atılmış, ona bütün qüvvə və bacarığı ilə kömək etmişdir. Amma, bəzi ağzıgöyçəklər Heydər Əliyevi ruhdan salmaq istəyir, onu Moskvanın adamı adlandırırlar.

Belələrinə bildiririk: çox da "uzaqgörənlik" eləməsinlər, ünvanı səhv salıblar. Moskvanın adamı Heydər Əliyev yox, İlyas İsmayılovdur. Azərbaycanda Bakı, Sumqayıt faciələri onun vaxtında baş vermişdir. Bu da bir həqiqətdir ki, Azərbaycandan çıxıb gedən bu adama Moskva sahib durdu, ona böyük vəzifə verdi. Yəqin ki, Tibb Universitetinin keçmiş rektoru Yaqub Məmmədov Moskvanın bir sözünü - bir tapşırığını iki elməyə özündə cəsarət tapa bilmədi, respublikanın keçmiş baş prokurorunu Azərbaycanın ədliyyə naziri vəzifəsinə təyin etdi. Təyin etdi ki, onun adı prezident namizədləri sırasına düşə bilsin və gələcəkdə Azərbaycanın bir nömrəli rəhbərinə çevrilsin. Onu da əlavə edək ki, Yaqub müəllimdən başqa heç kəs belə "güzəştə" getməzdi. İndi özünüz deyin: Moskvanın adamı kimdir?

Şəki ipəkçiləri bu çətin günlərdə "İpəkçi"nin Azərbaycan xalqına "Gəlin, Heydər Əliyevi qoruyaq. O, bundan sonra da çox lazım olacaqdır" cəsarətli müraciəti xalqımız tərəfindən çox yüksək qarşılanmışdır. Burada xalqın mənafeyi, öz işıqlı sabahına olan inam və ümidi öz parlaq əksini tapmışdır.

"İPƏKÇİ".

 


 

ÜÇ İLDƏN SONRA "TƏRƏQQİ"

MEDALI SAHİBİNƏ TƏQDİM EDİLDİ

 

Azərbaycan mətbuatının 130 illik yubileyi ərəfəsində ölkə jurnalist- lərinin bir qrupu Prezidentin sərəncamı ilə "Tərəqqi" medalına, "Əməkdar jurnalist", "Əməkdar mədəniyyət işçisi" fəxri adlarına layiq görülmüşdü. Sinəsini üç orden və müstəqil Azərbaycan Respublikasının ilk "Əməkdar jurnalisti" fəxri adını almaq şərəfinə nail olmuş – 75 yaşlı jurnalist Salis müəllimin "payı"na isə 13 ildən sonra "Tərəqqi" medalı düşdü. Əli Həsənovun təqdimatı ilə verilmiş bu “mükafat" xeyli müddət qəbul edilmədi. Aradan daha üç il keçdi. Salis müəllim həmin sərəncamda hörmətli Prezidentimizin imzası olduğunu və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimovun xahişini nəzərə alaraq "Tərəqqi" medalını qəbul etdi.

Mükafat təntənəli şəkildə şəhər ziyalılarının ümumi yığıncağında baş redaktora təqdim edildi. 

 


 

TƏBRİK!

 

Hörmətli Salis müəllim!

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daha da qüdrətlənməsi və çiçəklənməsi naminə dəyərli fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə:

Natiq QASIMOV

Azərbaycan Respublikası Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri, iqtisad elmləri doktoru, professor

 

 


 

Ordu sıralarına qış çağırışı başlandı

 

ŞƏKİ ŞƏHƏR HƏRBİ KOMİSSARI ABDULXALDIQ XƏLİLOVLA  MÜXBİRİMİZ ARZU ABDULHƏMİDOVUN SÖHBƏTİ


 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin növbəti sərəncamı ilə ölkənin hər yerində olduğu kimi, Şəkidə də gənclərin ordu sıralarına qış çağırışı başlanmışdır. İstər şəhərin özündən, istərsə də rayonun qəsəbə və kəndlərindən olan çağırışçı gənclərin  heç bir dəvət gözləmədən şəhər hərbi komissarlığına gəlmələri artıq ənənə şəklini almışdır. Şəhərin hərbi komissarı Abdulxalıq Xəlilov müxbirimizlə növbəti müsahibəsində bu barədə demişdir: Şəkinin bu günkü gəncləri şüur cəhətcə tam yetkinləşmişlər. Başa düşürlər ki, torpaqlarımızın müəyyən hissəsi hələ də ermənilərin əlindədir. Bu, hər bir gəncin qeyrətinə möhkəm toxunur. Vətənin bu ağır günündə evdə oturub yaranmış bu xoşagəlməz "mənzərə"ni seyr etməyə heç kəsin ixtiyarı yoxdur. Əksinə, çalışmaq lazımdır ki, Vətən hər cür hücumlardan qorunsun, başlıcası isə, ermənilər tərəfindən zəbt edilmiş torpaqlarımız geri qaytarılsın. Buna nail olmaq üçün silaha sarılıb düşməni məhv etmək, susdurmaq və Qarabağdan qovub çıxarmaq lazımdır. Ən düzgün yol isə Vətən yolunda hər şeydən - o cümlədən canımızdan belə keçməyə hazır olmalıyıq. Qeyrətimiz də bizdən bunu tələb edir. Vətən hər birimizin and yeri olmalıdır. Vətənə əsl oğul gözü ilə baxmalı, onun hər bir dərdini öz dərdimiz hesab etməliyik.

Hərbi komissar Abdulxalıq Xəlilov razılıq hissi ilə bildirdi ki, ordu sıralarına yola düşən şəkili gənclərin öz vətənlərini həqiqi mənada ürəkdən sevdikləri, onun yolunda hər şeydən keçməyə hazır olduqları onu qəlbən sevindirir. Budur, ordu sıralarına qış çağırışının ilk mərhələsi başa çatmışdır. Həmin gün çağırışçı gənclərin hamısı komissarlığa gəlmişdilər. Yayınma hallarına isə təsadüf edilməmişdir. Gənclərin və valideynlərin gözündən sevinc ifadələri aydınca hiss edilirdi. Gənclər şən musiqi sədaları altında rahat avtobuslara doluşdular. Onları yola salmağa gələn ata-analar, bacı-qardaşlar, qohumlar, dost-tanışlar Vətənin müdafiəsinə gedən gənclərə ən xoş arzularını çatdırdılar.

Qış çağırışı kampaniyası hələ davam edir. Bir neçə gündən sonra çağırışın ikinci mərhələsi, yanvarın 20-də isə sonuncu-üçüncü mərhələsi keçiriləcək. Tam əminik ki, Şəkidə də ordu sıralarına qış çağırışı müvəffəqiyyətlə, uğurla başa çatdırılacaq, ordu sıralarında xidmət edəcək gənclərimizin xoş soraqlarından xəbər tutacağıq. Belə qərara gəlmişik ki, ordu sıralarında nümunəvi xidməti ilə fərqlənən, komandirlərin bütün tapşırıqlarını ləyaqətlə yerinə yetirən, hərbi texnikanın sirlərinə mükəmməl yiyələnən gənclərimizlə müntəzəm əlaqə saxlayaq və onların iş təcrübəsini gələcək çağırışçı gənclərimiz arasında vaxtaşırı yayılmasına, hamıya çatdırılmasına nail olaq.

Söhbəti qələmə aldı:

                    Arzu ABDULHƏMİDOV

     "Şəkinin səsi" qəzeti redaksiya

      heyətinin üzvü

 


 

QURTİULUŞ SÜLEYMANLI

 

 

 

 

 

 

 

SEVİL XANIMA

 

Bu şer milli ziyalımız, bacarıqlı, işgüzar və təşkildatçı

insan olan Sevil xanım İsmayılovaya həsr olunur

 

Ucalmısan düz sözünlə,

Duyub, seçənsən gözünlə.

Vüqarlısan öz-özünlə,

Şöhrətlisən Sevil xanım.

 

Seçilənsən cəldliyinlə,

Dözümlüsən "sərtliyinlə".

Tanınmısan mərdliyinlə,

Cürətlisən Sevil xanım.

 

Qəlbin təmiz, nur, incisən,

Yaxşıların sevincisən.

İnsanlıqda birincisən,

Hörmətlisən Sevil xanım.

                                              

Fəxr ilə çəkilir adın,

Xalqına var ehtimadın.

Mələk kimi təmiz adın,

Qiymətlisən Sevil xanım.

 

Doğru, haqlı söz deyirəm,

Yaşa-yaşa, yüz deyirəm.

Qurtuluşam düz deyirəm,

Qeyrətlisən Sevil xanım.

 

 

     ÇÖRƏK

 

Havayı düşməsin torpağa bir dən,

Çörək bol olarsa basılmaz vətən.

                                    S.Vurğun.

                                          Sünbülün üstündə çiçək payıdır,

Tanrının verdiyi kömək payıdır.

Dünyanın birinci yemək payıdır,

Qaynardı, istidi, bayatdı çörək.

 

Qabar əllərimdi, öz zəhmətimdi,

Torpaqdan toplanan el sərvətimdi. 

Bir qara loxması var-dövlətimdi,

Sağlamlıq, yaşamaq, nicatdı çörək.

 

Ruzi dünyasının gələcəyidir,

Yoxsulun, məzlumun haqq gərəyidir.

Süfrə yaraşığı, ev bəzəyidir,

Sevincdi, şadlıqdı, büsatdı çörək.

 

Günahdır tullanıb, yerdə əzilməz,

Haqqdan gələn olsa heç vaxt kəsilməz.

Duz-çörək azalar, amma üzülməz.

Qismətdi, naxışdı, muraddı çörək.

 

İnsanlar ağlaşar dərd ucalanda,

Çörəksiz zamana qalar talanda.

Allahdı çörəyi verib, alan da,

Bəşər övladına həyatdı çörək.

 

Halal zəhmətimdir, haqqı-sayımdır,

Bədən ehtiyacım, can harayımdır.

Bişmişi, qaynarı ləzzət payımdır,

Yeməyə doyunca rahatdı çörək.

 

 

Çörək itirənlər olar zil-zəbər,

Çörəyə kəc baxan düşər dərbədər.

Məclisdə baş oldu, dillərdə əzbər,

Gözəllik, bərəkət yaratdı çörək.

 

Çörək qazanmaqçün insan tər tökər,

Əkdiyi toxumun bəhrəsin biçər.

Dil üstə bal oldu, ağızda şəkər,

İnsana güc verdi, yaşatdı çörək.

 

Bildə birincidir çörəyin adı,

Ətri lətafətli, şirindi dadı.

Çörəksiz qalmasın vətən övladı,

Vətəndi, bədəndi, qanaddı çörək.

 

Qurtuluş çörəyi bağrına basdı,

Çörəkli hər ömür güllü bir yazdı.

Tarixdən tarixə keçən mirasdı,

Nəsil, nəcabətdi, övladdı çörək.

 

 

          TƏRİF

                         

QƏZƏL - “Leyli və Məcnun”un ölməz xatirəsinə

 

Məcnuna dayaq olun, tez çatsın Leylaya tərəf,

Düşməsin bir də yolu əzablı səhraya tərəf.

 

Eşqidir insanlığın ölməz olan amalı,

Gətirin o sevgini indiki dünyaya tərəf.

 

Səsləyin Nizamini, Fizulini yazsın əsər-

"Leyli-Məcnun" adlanan ölməyən sevdaya tərəf.

 

Sağlığında yetmədi Məcnunun canı canana,

Öləndə qəbrin qazın Leylitək qiblaya tərəf.

 

Ağlayan o gözlərdən dünyanı sel, su bürüyər,

Arx qazın göz yaşları qoy axsın dəryaya tərəf.

 

Fizuli, yandı canın Məcnundan sən betər oldun,    

Səpdin söz xəzinəsini eşq adlı mənaya tərəf.

 

İlahi o gəncləri çəkdi mələklər yanına,

Məcnun da Leyli ilə getdi günəş, aya tərəf.

 

Qurtuluş, Məcnun ilə Leylini ölməz sayırıq,

Onları xalq göndərib "Adəmlə-Həvva"ya tərəf.

 

QURTULUŞ SÜLEYMANLI

YNVANI: Şəki şəhəri, 19-cu rayon, M.Ə.Rəsulzadə  küçəsi, ev №256. Telefon: 6-05-94

 

 

 

 

 <<< Ana səhifə