Bakıda yeni tikilən körpülər 1-2 ildən sonra dağıla bilər?!


 

Dədə-babadan görmüşük ki, uzun divarlar, yəni qalalar tikəndə 15-20 addımdan sonra bürclər qoyurdular, dəmir yolu çəkəndə relslərin arasında bir barmaq yer qoyurdular, beton yol tökəndə hər 7-8 metrdən bir taxta qoyurdular, kafel düzəndə aralarına kibrit çöpü qoyurdular. Bütün bunları ona görə edirdilər ki cisimlər istidə genişlənir, soyuqda kiçilir. Əgər ara saxlanılmasa hər şey dağılar.

Amma bizim 200-300 metr uzunluğunda olan körpülərimiz monolitdir! Yəni hissə-hissə deyil. Bu səbəbdən də onların ömrü uzun olmayacaq.

Bakıdakı köhnə körpülər isə monolit deyil. Hissə-hissədir. Amma onlardan səmərəli istifadə olunmur. Məsələn, Əzizbəyov metrosu yaxınlığındakı və Komsomol dairəsi yaxınlığındakı köhnə körpülərin hər birinin azı 200 metr uzunluğu var. Amma onların altında cəmi 1 cüt dəmir yolu keçir. Az bir miqdarda vəsait sərf etməklə ya həmin körpüləri bir az uzadıb, ya da daha da az vəsait sərf etməklə yaxınlığındakı şose yollarının istiqamətini bir az dəyişıb, bu körpülərin altından 2 şose yolunu da keçirmək olardı ki, bu da həmin tərəflərdə avtomobil tıxaclarını müvəffəqiyyətlə aradan qaldıra bilərdi.

  Aydın Məmmədov

Mart. 2007