17.07.2008; №11 - 12 (423 -424)4

<<< əvvəli

Heydər Əliyevin “İpəkçİ”nİn baş redaktoruna müraciətİ: “...Taleyİ sınanAN xalqımızın bu ağır çağlarında M. Salİsİn baş redaktor olduğu “İpəkçİ”nİn yaradıcı kollektivİnə haqq-ədalət uğrunda mübarizə aparmaqda, bütün qüvvələrİ səfərbər etməkdə, hər bir oxucuda müstəqİl Azərbaycanın sabahına İnam yaratmaqda böyük uğurlar diləyİrəm.” Heydər Əliyev; 14 dekabr 1993-cü İl.

RAMİZ MEHDİYEV VƏ HİDAYƏT ORUCOVUN “QƏSD” KİTABINDAN:“1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında ölkədə baş vermiş xoşagəlməz hadİsələr zamanı “Şəkİnİn səsİ” sağlam mövqe tutmuş, qanunu yolla seçİlmiş Prezidentimizin və Konstitusiyamızın müdafiəsinə yönəldİlən yazılarla çıxış etmİş, sİlahlı müxalİfətİn İfşa olunmasında böyük rol oynamışdır”.

HADİ RƏCƏBLİ: “Ölkədə “Heydər Əliyev ordeninin yaradılması təşəbbüsünü ilk dəfə Salis Məmmədov irəli sürmüşdür. Kim deyirsə ki, bunu o edib, boş şeydir. Bəlkə də kimsə ürəyindən keçirmişdir, amma, Salis qədər kimsə dilinə gətirməyə cəsarət etməmişdir. Salis isə bunu etdi – “Şəkinin səsi” qəzetində təşəbbüs irəli sürdü. Mən də Milli Məclisin iclasında bu təşəbbüs barədə məlumat verdim. Kim istəsə gedib baxa bilər. Milli Məclisin arxivində, stenoqramı durur...”

OXUCULARIN YARADICILIĞI

İLHAM HEYDƏR OĞLUNA

Bu millətin mayasında nə varsa,

Heydər kimi, xilaskarlar yetirir.

Düşməninə qalib gələn igidlər,

İlham kimi komandanlar yetirir.

El oğlunun etibarlı oğlusan,

Uzaqgörən, bir dahinin oğlusan.

Vətənpərvər xilaskarın oğlusan,

İlham Heydər oğlusan.

İlhamın sayəsində idmanımız güclənir,

Hər qələbə, zəfərlə Azərbaycan fəxr edir.

Həmin xalqın ucadır, gözlərimə su verib,–

İlham Heydər oğluna – gələcəyə səs verir.

Sabahlara İlhamla, gələcəyə İlhamla,

Sülh, azadlıq bizimlə, irəliyə ilhamla!

Vəfa SƏMƏDOVA,

"Xalq və ünsiyyət" qəzetinin redaktor

müavini.




Qurtuluş  SÜLEYMANLI


 ŞAHİDİMİZ, ŞAHİDİMİZ...


(həmyerlimiz, milli ziyalımız, gözəl mahnılar

müəllifi, bəstəkar, müğənni, tarzən, mərhum

Şahid Abdulkərimovun 70 illiyinə)


Musiqiydi onun varı,

Əlindəydi gözəl tarı.

Yaratdı el mahnıları,

Şahidimiz, Şahidimiz.

Şəki, Qışlaq balasıdı,

"Sarı simi" çalasıdı.

Qəlbimizdə qalasıdı,

Şahidimiz, Şahidimiz.

Bülbül olub gülə qaçdı,

"Sevgisinə könül açdı".

"Gecələr" də şəfəq saçdı,

Şahidimiz, Şahidimiz.

Bəstəkartək bir ad tapdı,

Abşeronda həyat tapdı.

Azər kimi murad tapdı,

Şahidimiz, Şahidimiz.

Verdi eşqə sədaqəti,

Oxutdurdu Nəzakəti.

Yazdı "Ana Məhəbbəti",

Şahidimiz, Şahidimiz.

Tar müəllimi İbad oldu,

Sahiləyə qanad oldu.

Validəyə həyat oldu,

Şahidimiz, Şahidimiz.

Yaşadı Qışlaqda səsi,

Süleymantək var yeznəsi.

Özü "Şəki şikəstəsi",

Şahidimiz, Şahidimiz.

Çox bəlalar çəkdi başı,

Qurudu gözündə yaşı.

Oldu xalqın vətəndaşı,

Şahidimiz, Şahidimiz.

Oxuduğu "Quran" idi,

Haqq yolunda duran idi.

Nurlu bir müsəlman idi,

Şahidimiz, Şahidimiz.



SÖZ ALLAHINDIR,QARDAŞIM...

(Həmyerlilərimə)


Gülün ətri mənimkidir,

Dostun xətri mənimkidir.

Şerin sətri mənimkidir,

Söz Allahındır, qardaşım.

Kökün sağlam budağı ol!

Vətənin haqq bayrağı ol!

İnsanların dayağı ol!

Xalq pənahındı, qardaşım.

Haramla zirvəyə çatsan,

Haqlını haqsıza satsan.

Qismətinə "təpik" atsan,

Öz günahındı, qardaşım.

Mərd başında od qalasan,

Yaltaq olub qab yalasan.

Yoxsulu soyub talasan,

Bəd tamahındı, qardaşım.

Vətən azad olsun gərək,

İnsan tapsın ruzu, çörək.

Qarabağdan ayrı düşmək,

Nalən, ahındı, qardaşım.

Doğma Şəki öz diyarım,

Şairəm, sözlərdi varım.

Vurğun, Müşfiq, Bəxtiyarım,

Şer şahındı, qardaşım.

Zəhmətinlə ol yaradan,

Dərd, qəmin çıxsın aradan,

Bizim gözəl Azərbaycan,

Öz sabahındı, qardaşım.

Qurtuluş, ol insan təki,

Doğru olsun qəlbindəki.

Ana torpaq-doğma Şəki,

Qibləgahındı, qardaşım.


BALAM

(Nəvəm Şəfəqə və bütün nəvələrimə)


Beləymiş taleyin, beləymiş murad,

Durdu başın üstə ana kainat.

Gülən gözlərində nurlu bir həyat,

Yaşayar qəlbində min arzu balam.

Tanrın dayaq oldu, səni hayladı,

Bəxtin günəş kimi şəfəq payladı.

Qara gözlərində günəş parladı,

Ay ceyran baxışlı, ay quzu balam.

Sənə kəc baxanlar yaman xəstədi,

Pislərin üstünə bayquş əsnədi.

Şeytan çörəyini kəsmək istədi,

Gəldi ilahidən o ruzu balam.

Anan qalib gəldi haqq savaşında,

Dayılar gəzdirdi səni başında.

Böyüdün, boy atdın səkkiz yaşında,

Olmadın heç kimdən narazı balam.

Biz də çox odların yandıq içində,

İblisi saxladıq sandıq içində.

Böyütdük saxladıq "pambıq" içində,

Olmadın heç nəyə tamarzı balam.

Duymadın ilk addım necə yerişdi,

Duman bağçamıza yaman girişdi.

Yaz başa çatmamış xəzan yetişdi,

Gördün çox şaxtanı, bayazı, balam.

Tapdın bizlər ilə ilahi baxşı,

Güldü varlığında xoşbəxtlik naxşı.

Pislərə pis dedin, yaxşıya yaxşı,

İnsandan həm küsən, həm razı balam.

Tənhalar gözünü dikir Allaha,

Mələksən, varlığın çəkir Allaha.

Yekə qız olursan, şükür Allaha,

Yaşadan olmusan hər nazı balam.

Ömrün günəş kimi bəxtiyar olsun,

Sağlamlıq, xoşbəxtlik sənə yar olsun.

Taleyin, qismətin ilk bahar olsun,

Yüz il yaşayasan ən azı balam.

Yoxdu dərdi-səri, yox ehtiyacı,

Elvinin, Elçinin başının tacı.

Nərminə, Gülnara, Aynura bacı,

Anası Günəşin ilk yazı balam.

Məktəbli paltarı geyən balamız,

Bizimlə özünü öyən balamız.

Qurtuluşa baba deyə balamız,

Dilimin xoş sözü, avazı balam.


YNVANIM: Şəki şəhəri, 19-cu rayon,

M.Ə.Rəsulzadə küçəsi, ev №256.

Telefon: 6-05-94



<<< əvvəli

<<< Ana səhifə