Azərbaycan Respublikasının Prezidendi

İlham Əliyev Lənkəranda çıxış edərkən,

arxada Hadi Rəcəbli

            ÜZBƏÜZ

(07.03.08;13.00; Milli Məclis, Deputat korpusu, Hadi Rəcəblinin iş otağı)

 

Aydın Məmmədov:Hadi müəllim,

"Şəkinin səsi" qəzetinin web saytında yeni rublika - "Üzbəüz" rublikası açmışıq, məqsədimiz bu rublika altında görkəmli şəxslərlə üzbəüz oturub, sözümüzü demək və onların sözünü eşitmək, fkrimizi çatdırmaq və qarşı tərəfin münasibətini öyrənmək, bizi maraqlandıran suallara cavab almaq, bir sıra problemlərin həllində iştirak etmək, bir sözlə, ictimai fəallıq göstərməkdir və ilk müsahibimiz də sizsiniz. Belə ki siz Milli Məclisdə  komissiya sədrisiniz, siyasi elmlər doktorusunuz, ən əsası isə, hər halda bizim üçün ən əsası isə odur ki Siz Şəkidə 5 il 1-ci katib işləmisiniz indi isə "Şəkinin səsi" qəzetinin tedaksiya heyətinin üzvüsünüz.

      Hadi Rəcəbli; Birici nədən başlayaq?

     Aydın Məmmədov: Birinci sizi təbrik edirəm, anadan olmağınızin yubiley - 60 illiyi ilə bağlı "Şöhrət ordeni" almısınız...

Hadi Rəcəbli: Aydın, mən bu fürsəti çoxdan gözləyirdim, çünki mənim 60 illik yubileyimə ünvanlanmış təbriklərdən ən ilk təbrik "Şəkinin səsi"ndə gedib. hələ onda bilmirdilər ki mənə orden verəcəklər. Salis telefonla mənə deyirdi ki "Sizə orden verməlidirlər".

     Mən bu gün möhtərəm Prezidentimizə minnətdaram ki mənim zəhmətimi çox yüksək qiymətləndirdi. Əlbəttə, bu qiymətdə mənim Şəki dövrümün də zəhmət payı var, yəni necə ki ictimai-siyasi fəaliyyətimə görə mənə orden veriblər, ictimai-siyasi fəaliyyətimin isə ən qaynar, ən parlaq, ən intibah dövrü  demək olub Şəki dövrü. Mən yeddi il, bilavasitə onun beş ilini, 1-ci katib, iki ilini isə Mərkəzi Komitənin inspektoru kimi Şəkidə işləmişəm. Mən bu baxımdan belə hesab edirəm ki, mənim həyatımın yeddi ili Şəki ilə bağlı olub və mənim ictimai-siyasi verilən qiymətdə böyük zəhmət payı, böyük haqq, şəkililərin, Şəkinin üzərimə düşür. Ona görə mən də Sizin təbrikləri qəbul edirəm və camaatınıza minnətdarlığımı bildirirəm. Mən sizə deyim ki, möhtərəm Prezidentimizin adına həmin ərəfədə 300-ə yaxın teleqram getmişdir, Prezidentimizə minnətdarlıq etmişdilər ki Hadi Rəcəbliyə mükafat vermisiniz. O teleqramların içərisində, hardasa 70 teleqram Şəkidən getmişdir. Mənə gələn çoxlu, çoxsaylı, mən istəmirəm onların sayını deyəm,o teleqramların, o məktubların içərisində, hardasa yüzdən çoxu Şəkidən gəlmişdir. Telefon zəngləri isə dahaçox olub. Mən bu adamların hamısına minnətdarlığımı bildirirəm ki, onlar mənim ictimai-siyasi həyatımı izləyirlər, onlar mənimlə maraqlanırlar, onlar məni sevirlər və bu qarşılıqdır. Mən həmişə demişəm ki məni Şəki ilə bağlayan çoxlu nöqtələr var, çoxlu məqamlar var ki mən Şəkini  özümə doğma bilirəm, təsəvvür edin ki mən Şəkiyə Mərkəzi Komitədən inspektor təyin olunana qədər Şəkidə olmamışdım və mən Şəkidə olan andan, Şəkini sevmişəm və Şəki mənim üçün çox doğma bir ocaqdır. O doğmalaşdırma elementlərindən birı də, az vacib olmayanı da mənim Şəkidə bir oğlumun anadan olmasıdır, onun pasportunda - şəxsiyyət vəsiqəsində, bu gunləri "Şəkidə doğulub" sözünün yazılmasıdır.

Hadi Rəcəbli: referendum çağrılmalıdır, Konstitusiyaya düzəliş edilməlidir ki, bir şəxs dəfələrlə Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Biz nəyə görə möhtərəm İlham Əliyevin 3-cü dəfə prezident seçilmək hüququna məhdudiyyət qoymalıyıq ki?!

Aydın Məmmədov:Hadı müəllim, Parlament jurnalistləri arasında keçirilmış sorğuya görə 2007-ci il üçün siz "ilin ən fəal deputatı" hesab edilmisiniz. Həqiqətən də Siz ictimai-siyasi fəaliyyətinizə görə bir çox həmkarınızdan müsbət mənada xeyli fərqlənirsiniz. Sadəcə, öz timsalımda bir misal çəkim, mənim kimi bir əyalət qəzetinin əməkdaşı münasıb vaxtda sizinlə əlaqə yarada bilir, sizinlə görüşə bilir. Halbuki Siz yüksək vəzifəli şəxsiniz və aydindır ki vəzifənizlə əlaqədər vaxtınız da çox məhdud olmalıdir. Buna baxmayaraq, Siz həm seçigilərinizlə, həm yanınıza gələn şikayətçilərlə, həm KİV nümayəndələri ilə görüşməyə, onları dinləməyə vaxt və imkan tapırsınız, hələ üstəlik,  tez-tez aktual  mövularda yazdığınız məqalələrlə mətbuatda çıxış edib, müxtəlif məsələlər barədə öz fikirlərinizi geniş ictimaiyyətin müzakirəsinə çıxarırsınız. Mənim Sizin yanınıza gəlməyimin bir səbəbi də Sizin dünənki - 6 mart tarixli, "Azərbaycan" qəzetində dərc olunmmuş məqalənizdir. Belə ki Siz həmin məqalə ilə, hazırki Şadlıq evləri, toylar barədə ictimai-disskusiyaya başlamısınız, mən də gəldim ki öz fikrimi deyim.

Hadı Rəcəbli: Aydın, bütün bunlar, mənim təbiətən jurnalist olmağımdan irəli gəlir. Bildiyiniz kimi, mən daha əvvəl - Şəkidə 1-ci katib işləməmişdən də əvvəl, "Bakı fəhləsi" qəzetinin müxbiri idim. Sən dediyin məqaləni hazırlamaq üçün mənə 2 aydan artıq vaxt lazım olmuşdur. Yəni mən o məqaləni 2 aya yazmışam, üstəlik, 70-dən çox vətəndaşla görüşüb onların fikrini, bu məsələyə münasibətini öyrənmişəm. Bir Komissiya sədri kimi isə mən həqiqətən, daha çox yüklənmüşəm. Məsələn, təkcə bu ilin 3 ayı ərzində mən 441 vətəndaşı qəbul eləmişəm, bu müddət ərzinədə bizim komissiyada 21 qanun layihəsi hazırlanmışdır. Təsəvvür edin, 3 ay ərzində 21 qanun layihəsi! Əlavə edim ki, mənim aylıq bulletinim də nəşr olunur. Lənkəranda secicilərimin arasında yayırlar. Seçicilərim bilirlər ki, məsələn, mən bu ay nə işlə məşğul olmuşam, mənim qəbul vaxtlarımı bilırlər.

      Aydın Məmmədov:Hadı müəllim, Şəkidə analar subay oğullarına belə bir alqış edirdilər: "sənə qırmızı gəlin gətirim!". Mən də uşaq olanda bunu eşitmişəm, amma həmin ifadəni həmişə təəccüblə qarşılamışdım. Axi gəlinlər ağ düvağa bürünür, ağ paltar geyinirlır?! Yalnız yaşa dolduqda, bu müəmma mənim üçün aydınlaşdı. Belə ki mən dəqiqləşdirdim ki, əslində bizim milli adət-ənənələrimizə görə, gəlin qırmızı düvağa bürünməli, qırmızı paltar geyinməlidir. İnşallah, mən Tural balama "qırmızı gəlin" gətirəcəyəm, nümunəvi bir toy edəcəm. Qoy hamı görsün ki toy necə olar! Bizim milli toy adət-ənənəmiziz necədir! Niyə Şotlandiyada kişılər "yubka" geyirlər, özbərlər başlarına araqçın qoyurlar? Bəyəm o xalqların mədəniyyəti yoxdur? Onlar mədəniyyətsizdirlər? Yox, onların məxsusu mədəniyyətləri var və bunu qoruyurlar. Bəs biz niyə öz mədəniyyətimizi, xüsusilədə qeyri-maddi mədəniyyətimizi  qorumayaq? Yüz illər boyu formalaşmış, babalarımızdan bizə miras qalmış toy, Azərbaycan xalqının qeyri-maddi mədəni sərvətidir və biz onu qorumalıyiq! Əlbətdə ki gəlin qirmızı geyiməlidir. Üzü örtülü olmalıdır. Yoxsa indiki kimi, üzü açıq, yaxası açıq, qoltuğunun arası görsənir...

     Aydın Məmmədov:Üzr istəyirəm, "qeyri-maddi", yəni mənəvi?

Hadi Rəcəbli: Yox, "mənəvi" bir qədər geniş məzmun kəsb edir, "qeyri-maddi" isə

  Tural, anası ilə birlikdə. Hadı Rəcəbli: şəkililər mənə deyirdilər "Tur dağına dönəsən! Şəkidə oğlum anadan olanda, fikirləşdik adını nə qoyaq, anası dedi Tural qoyaq, Tur dğına dönsün!

     Hadi Rəcəbli: Sizin analarin alqışı mütəq həyata keçəcək.

termindir, Məsələn, YUNESKO-nun "Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyası" var. Bu termini ilk dəfə koreyalılar təklif ediblər. Bizim toy adət-ənənəmiz, bizim qeyri-maddi mədəni irsimizdir.

      Mən Şəkidə işləyəndə toy adətlərimizi qorumağa çalışırdım. Mənə qədər "ZAQS", yəni VVAQ,  Fizuli parkında, köhnə, bərbad bir binanın yarızirzəmisində yerləşirdi.Bu dözülməz bir hal idi. Toy hardan başlayır? Əlbətdə, "ZAQS" dan. Toy mərasımınin uğurla başlaması üçün ən əsas şərtlərdən biri isə iki gəncin nikahının bağlandığı yerin lazimi şəraitdə olmasıdır. Təbii ki biz təcili tədbir görməli idik və tezliklə "ZAQS" üçün yeni binanın tikilməsinə nail olduq. Elə bir bina ki, onun daxilində toy mərasımınin keçirilməsi üçün də hər cür şərait var idi. Böyük zal, avadanlıq, mətbəx, tualet və s.   Maraqlıdır kı bununla da mən Azərbaycanda ilk şadlıq evini yaratmış oldum, birinci Şadlıq evini mən yaratdım, düzdür, mən onun adını "Şadlıq evi" qoymamışdım, "Nikah evi" qoymuşdum, amma bu gün şadlıq evlərinə qarşı mübarizəyə başlamağa məcburam. İndiki şadlıq evləri səs-küy, israfçılıq, soyğunçuluqdan başqa bir şey deyil! Dünyanın heç bir yerində şadlıq evi yoxdur.

     Aydın Məmmədov:Bidiyiniz kimi,  "Şəkinin səsi" qəzetinin 22 feral buraxılışında müstəqil siyasi tədqiqatçı Elşən Mehdiyevin "Azərbaycan ictimaiyyətinə Müraciət"i dərc olunmuşdur, Azərbaycan Prezidentinin seçilmə məhdudiyyəti barədə. Sizin münasibətiniz?

Hadi Rəcəbli:Əvvəlcə bir neçə kəlmə də Salis haqqında deyim. Salisdə peşəkar jurnalistə xas olan bütün cəhətlər var; cəsarətlidir, fanatiqdir, öz üşini sevir, təşəbbüskardır. Məsələn, "Heydər Əliyev" ordeninin yaradılması təşəbüsünü ilk dəfə Salis Məmmədov irəli sürmüşdür! Kim deyirsə ki bunu o edib, boş şeydir. Bəlkə də kimsə ürəyindən keçirmişdir, amma Salisə qədər kimsə dilinə gətirməyə gəsarət etməmişdir. Salis isə bunu etdi, "Şəkinin səsi" qəzetində təşəbbüs irəli sürdü və mən də Milli Məclisin iclasında bu təşəbbüs barədə məlumat verdim. Kim istəsə gedib baxa bilər, Milli Məclisin arxivində, setnoqramı durur.

Aydın Məmmədov: Əlbəttə, xatırlayırıq, Televiziyada da göstərirdilər.

Hadı Rəcəbli: Bu gün isə Salis təşəbbüs irəli sürür ki, Prezident ömürlük seçilməlidir. Mən öz adımdan deyirım, Salisin adından yox, referendum çağrılmalıdır, Konstitusiyaya düzəliş edilməlidir ki, 1 şəxs dəfələrlə Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Biz nəyə görə möhtərəm İlham Əliyevin 3-cü dəfə prezident seçilmək hüququna məhdudiyyət qoymalıyıq ki?! Bu vətəndaş hüququnun pozulmasıdır! Axı, möhtərəm İlham Əliyev, Heydər Əliyev siyasi kursunun davamçısıdır, bu kurs isə müvəffəqiyyətli bir kursdur, ölkədə sabitliyin təminatçısıdır. Gəlin baxaq Rusiyaya. Putin iki müddət preziden seçildiyindən, Rusiya Konistitusuyasına əsasən bu gün, üçüncü dəfə seçilə bilmədi. Amma ruslar Putini istəyirdilər. İstəsələr də onu seçə bilmədilər. Deməli bir tərəfdən, bir vətəndaşın preziden seçilə bilmək hüququ pozulursa, digər tərəfdən milyonlarla vətəndaşın öz istədiyini prezident seçmək hüququ pozulub.

  Baxın, dünyanın siyası mənzərəsinə, Avropadan qeyri, harada 1 şəxs uzun müddət dövlət başçısıdırsa, orada sabitlikdir. Harada prezidentlər tez-tez bir-birlərini əvəz edirlərsə, orada iğtişaşlar var. Avropa istisnadır, Avropada dövlətçilik ənənələri, demokratiya artıq çoxdan formalaşıb, oturaqlaşıb.

"Şəkinin səsi"nin dostları mənim dostumdur, "Şəkinin səsi"nin düşmənləri mənim düşmənimdir. Təsəvvür edin ki, bir vaxtlar, bir qəzet çıxırdı, mən məcburam indi adını çəkəm, "Dövran" deyilən bir qəzet çıxırdı. "Dövran" qəzeti 3 gündən bir mənim əleyhimə yazı yazırdı. Əşi, bir dəfə, soruşdum a bala, nə məsələdir, mənə nə vermisiniz ala bilmirsiniz? Tanımırdım bunları, kimdilər, nədilər... Sən demə, "Şəkinin səsi" qəzetində, bizim hörmətli Salis, "Dövran" qəzetinin bəzi adamlarına "toxunub". Bunlar da açırlar "Şəkinin səsi" qəzetini: redaksiya heyətində Hadı Rəcəbli. Özü də mən sizə deyim ki, çox vəzifəli şəxslər buna reaksiya vermişdilər, Parlamentdə deputat yoldaşlardan biri. Bir dəfə mən ondan soruşdum ki, sən niyə belə edirsən, ayıb deyilmi, "Dövran" qəzetində məndən yazırsan, ədalətsiz yazılar özü də?! Dedi, odur ee, sən də "Şəkinin səsi" qəzetinin redaksiya heyətinin üzvüsən, sən onları maliyələşdirirsən, o qəzetin sponsorusan, onlar bizdən yazır, biz də səndən yazırıq. Yəni belə-belə şeylər də var həyatda, başıma gəlibdir.

     Aydın Məmmədov: Xatırlayıram, hətta bir dəfə, Milli Məclisin işi dayanmışdı, amma heç kim bilmədi ki, bu "Şəkinin səsi" ilə bağlıdır.

     Hadı Rəcəbli: Sonra, bir dəfə "Alternativ" qəzeti var idi, "Şəkinin səsi" ona "ultumatum" vermişdi, onlar "Şəkinin səsi"ndən çox qorxurdular və xeyli müddət məndən yazı yazmadılar. Mən "Şəkinin səsi" qəzetinin Redaksiya heyətinin üzvü olmağımdan iftixar hissi duyuram,o qəzet, başqa qəzetlərdən fərqli olaraq, mən iqtidarın nümayəndəsiyəm, iqtidar qəzetləri məni müdafiə eləməyəndə, bu qəzet məni müdafiə eləyibdir! Bunları mən həmişə yüksək qiymətləndirirəm!

      Mən "Şəkinin səsini" mən heç vax maliyələşdirməmişəm, Salis təmənnasız bir adamdır. Mən neçə illərdir deyirəm Salis, "Şəkinin səsi"nin heç olmasa, bir nömrəsının xərcini mən çəkim, deyir, olmaz, heç nə lazım deyil, razı olmur. İnadkardır. Mən deyirəm, İlyas İsmayılovdan yazma, yazır. Axı İ. İsmayılov da deputatdır, bu dəhlizdə onunla hər gün görüşürəm, mənim onunla "salam-əleyküm"üm var. Bir də görürsən gedib çıxır Əli Həsənova. Deyirəm, yazma, yazır. Onlar axı elə bilirlər ki bu yazıları mən yazdırıram, bunun əziyyətini sonra mən çəkirəm.

"İpəkçi" qəzetinin arxivindən:

 Hadi Rəcəbov, Primakov...

      Aydın Məmmədov: Hadi müəllim, üzr istəyirəm, mən planlaşdırmamışdım ki, burada, bu barədə danışım, söhbət düşmüşkən, icazə versəydiniz, öz münasıbətimi də bildirərdim. Biz İ. İsmayıovla köhnə mübahisələri unuda bilərik, hətta onun əlini də sıxa bilırik, amma bir şərtlə ki o, keçmiş səhflərini düzəltməyə çalışsın. Məsələn, 1988-ci ildə o Baş prokuror olanda Ermənistandan 100 minlərlə həmmillətimiz qovuldu. Bu görünməmiş cinayət,

əsil genosid idi. Amma o zaman İ. İsmayılov cinayət işi qaldırmadı. Və nəticədə günahkarlar cəzasız qaldı. Hörmətli  İ. İsmayılov deyə bilər ki o vax, o, müstəqil deyildi, Moskvaya tabe idi. Bəs indi necə? İndi ki Moskvaya tabe deyil?! Nəyə görə bir hüquqşümas kimi Avropa Məhkəməsində iddia qaldırmır?! İ. İsmayılov belə bir cəhd etsə, biz onu dəstəkləyəcəyik!

   O ki qaldı Əli Həsənova, heç şübhə etmirik ki o yaxşı adamdır, demokratik fikirlidir, iqtidara sədaqətlidir və s. Amma gəlin baxaq, hörmətli Ə. Həsənovun bilavasıtə, cavabdeh olduğu sahələrə, məsələn, radio - televiziyyaların vəziyyətinə. Hadı müəllim, inanırsınız ki, ziyalılar Azərbaycan radio - televiziyalarından üz döndərüb "Azadlıq", "BBC" radiosuna qulaq asırlar. Mən şəxsən, yalnız xəbər buraxılışlarına baxıram, sonra televizoru söndürürəm. Belə ki, bizim radio- televiziyadakı verılışlər, daha çox mətbəx qadınlarını, yetkinlik yaşına çatmamış uşaqları qane edə bilər. O gün baxıram, bir aparıcı, düz iki saat, yolda adamları tutub soruşur ki "Siz televizoru yandlrlb baxırsınız?". Bu verilişə ziyalılar heç baxarlarmı? O bir saatlıq efir mənim ixtiyarımda olsa idi, mən nələr edərdim, xalqım üçün, bunlar isə mənasız hərəkətlərlə camaatın vaxtını alırlar.  Əvəzində isə xarici radiostansiyalar öz aiditoriyalarını genişləndirirlər. Onlar öz ölkələrini tənqid də edirlər. Məsələn "BBC" Böyük Britaniyanın baş nazirini tənqid edir, amma unutmaq olmaz ki bu radionun azərbaycanda 10 minlərlə ziyalıdan ibarət aiditoriyası var, Böyük Britaniyaya lazım olduqda, bu aiditoriyadan, öz mənafelərinə uyğun istifadə edə bilər. Bu bir "silah"dır. Əli Həsənov isə iqtidari belə bir "silah"dan məhrum edir. Bir il əvvəl, Almanıyda "Jahrbuch Aserbaidschanforschung" ("Azərbaycan tədqiqatları") adlı,Azərbaycana aid elmi məqalələr məcmuəsi nəşrə başlamışdı, birinci buraxılışın Dillər Universitetinin kitabxanasında təqdimat mərasımı oldu. Mən istədim ki bu barədə televiziyalara məlumat verim, xəbər verilişlərində oxusunlar, Hctimai Televiziyadan qeyri, heç birinin qapısından içəri girə bilmədim, İT-da mənə qulaq assalar da, son nəhayətdə, yenə də efirə heçnə vermədilər. Amma cəmi bir dəfə "Azadlıq" radiosuna zəng etdim, o dəqiqə ofislərinə dəvət etdilər və mənə efir vaxtı ayırdılar.

    Bir də görürsən, televiziyada Ermənilərin qələbələri tərənnüm edilir. Məsələn, bir film var, adını bilmirəm,  məzmunu qısaca belədir ki Azərbaycanlı əsgər əsir düşür, ermənilər onu saxlayıb dayişirlər. O filmdə ermənilərin qələbələri tərənnüm edilir. Xocalı alındı, Laçın alındı deyə, ermənilər çalıb-oynayırlar, bizə acıq verırlır, emosiyalarımızla oynayırlar, bizə dağ çəkirlər, özü də öz aktyorlarımızın timsalında, öz televiziyamızda.Nə isə... 

      Hadi müəllim, 2-cün əvvəlki - 4 mart tarixli  "525-ci qəzet"-də bir müsahibəniz dərc olunub, sizin Sosial siyasət daimi komissiyanızda hazırlanmaqda olan Uşaq-gənglər idmanı ilə bağlı layihə barədə. Həmin məqalədə bir cümlə işlətmisiniz, orduda boyu 1 metr yarımdan, çəkisi 45 kq. dan az olan əsgərlərin quluq etməsi barədə.  Hadı müəllim, əvvəllər, SSRİ ordusunun patrulları xüsusi seçilirdilər. Şux geyinirdilər, şax addımlayırdılar ən başlıcası isə bu idi ki, onlar enlikürək, idmançı görkəmində olurdular, hündürboylu, bəzən 2 metrdən çox olurdu onların boyları. Şəhərlərdə dolaşan patrullar Sovet ordusunun, Sovet əsgərinin qüdrətini təcəssüm etdirirdi. İndiki - Milli Ordunun patryllari isə, elə bil ki qəsdən ən cılız, ən balacaboy əsgərlər arasından seçiliblır. Nümunəvi davranış, əyin-baş, səliqə-səhman, şax adımmlardan isə əsər-əlamət yoxdur. Bir sözlə, bixim Milli Ordunun patrulları, daha çox "Qul bazarı"nda dayanan fəhlələrə bənzəyir. Bu hal, bir vətəndaş kimi məni çox narahat edir.

Hadi Rəcəbli:İdman Azərbaycanın genefondunun əsasını təşkil edir, qızımız da idmanla məşğul olmalıdır, oğlumuz da. Olmasalar, xəstə cəmiyyət olacaq, olmasalar, belə olacaq. Sağlamlığın qorqnmasının 1- nömrəli faktoru idmandır, ondan sonra gəlir cürbəcür başqa məsələlər.

Aydın Məmmədov:Məlumdur ki Avropada ən hündürboylu millət finlərdir. Keçmiş SSRİ də isə estonlar idilər. Bu barədə statistika var. Kim istəsə asanlıqla öyrənə bilər ki hansı xalqin boyu nə qədərdir, əlbətdə, orta boyu. Mən istədim ki Azərbaycan üzrə də hansı regionunda, hansı rayonda yaşayan əhalinin orta boyunu öyrənim, amma heç bir rəqəm tapa bilmədim. Yalnız öz təcrübəmə əsasən güman edirəm ki Azərbaycan bölgələrindən əhalisi ən hündürboylu olanı Naxçıvandır. Ola bilsin, bütün MR  üzrə adamların boyu o qədər də hündür deyil, amma şəxsən xatırlayıram ki, 1984-cü ildə Naxçıvan şəhərinə gedəndə, orada qadınların coxunun mənimlə bir boyda olmasını müşahıdə elımişdin. Aydındır ki, orada kişilər isə məndən bir baş, 15 sm. hündür idilər. Mənim boyum 177 cm.dir Bu o vaxt Şəki üçün nadir idi və mən həmin vaxt Şəkidə hündürboylu  hesab olunurdum. İndiyədək heç kimin diqqət yetirmədiyi bir faktı da qeyd edim ki, çox qəribər, xatırlayıram ki Şəki şəhərində 1964, 1965 təvəllüdlülər arasında 1 nəfərin boyu belə 17O sm. dən yuxarı olmamışdır. Belliklə, razılaşın ki,  siz Şəkidə 1-ci katıb işləməyə başlayarkən Azərbaycan üzrə orta boy ən aşağı olan yer Şəki idi. Amma necə oldusa, 1966, 1967 və təvəllüdü daha sonrakı illərə təsadüf edənlərin boyları uzanmağa başladı.

Hadı Rəcəbli: Mən şəxsən uşaqlıqdan evdə idmanla məşğul olmuşam, Qanteri daha çox xoşlayırdım. Şəkiyə katıb gələnə qədər, Bakıda MK-də işləyirdim və həm də idmanla məşğul idim, qaçırdım, üzüçülük hovuzuna gedirdim. Şəkiyə gələndə istədim ki burada da idmanla məşğul olam. Amma mənə, sürücüm Fikrət var idi, rəhmətə gedib indi, dedi ki, "siz düzdür, Şəkinin adət-ənənəsini, bəzi şeyləri 2 ildir inspektor olmusunuz, bilirsiniz, amma xahiş edirəm, idmana getməyin, şəbədə qoşaca bilərlər. Sən idmana getsən, mütləq şəbədə qoşacaqlar. Qəbul eləmir camaat. Mən isə cavan idim, 36 yaşım var idi. Sürücüm isə müharibə veteranı idi, köhnə adam idi, katiblərlə işləmişdi, çox şey bilirdi,  Çox götür-qoy etdikdən sonra, özüm üçün qərar verdim ki mütləq idmanla  məşğul olmalıyam. Maraqlandım Şəkidə olan bütün sadə idman qurğuları ilə, harda idman eləmək olar, hara gedə bilərəm, necə gedə bilərəm, necə edim. Sonra başladım Komsomoldan. İdmanla məşğulsunuz? Nəə, yox?! Aa necə yəni, cavanlar, komsomol idmanla məşğul deyil?!. Danladım bunları. Məktəb direktorları, məktəbin idman meydançaları var, məşğul olmalıdılar, Şəkidə yaşayanlar bunu bilrlər. Bütün ərazidə idmanla məşğul idilər. Kolxoz sədrləri də. Bir Veysəl kişi var idi, çox yekə bir kişi idi, onun xidməti "Vilis"ində, bir dənə də yer düzəltmişdilər, o, "Vilis"ə yerləşmirdi, 2-ci oturacağı var idi, orda otururdu, kök bir kişi idi, Veysəl kişi idi adı, idman paltarı aldırdım buna... Beləliklə, Şəkidə camaatı idmana öyrəşdirdim. Bir dəfə, o Veysəl kişi, mən təsərrüfatları gəzirdim, enli bir arxın yanından keçəndə, bu özünü mənə göstərmək istəyirdi ki idmanla məşğul olur, o arxı, o boyda bədən "şappadan" atdandı...  

       Düz 1 il, idmanı adamların psixologiyasına saldım ki, idman eləmək lazımdır, 1 ildən sonra isə özüm də başladım idmana getməyə. Fizuli parkı vardı, mən yaşadığım evin yanında, hər gün səhər ora gəlirdim, səhər 7-də, bəzən 6-da, qaçırdım. Özü də ora tək getmirdim, Şəkinin vəzifəli şəxsləri də, həmçinin İdman komitəsinin sədri də bura gəlirdilər. Bir də balaca oğlum, o vaxt 10 yaşı vardı, onu da özümlə aparırdım.

     Sən dediyin kimi, şəkililırın boyunun uzanmasının əsas səbəbi də yəqin ki idmandır, gənclərin kütləvi şəkildə idmanla məşğul olmasıdır. 

    Aydın Məmmədov:Hadi müəllim, biz məktəbli olarkən, idmanin 1 yox, bir neçə növü ilə məşğul olurduq. Məşqlər pulsuz idi. Hətta, bizim idman müəllimiz - Furman Muradov  səhər tezdən idmanla məşğul olmağımız üçün, məktəbin idman zalının açarını bizə verirdi. Deyirdi ki səhər saat 5-də 6-da gəlib məktəbin ətrafında 4-5 dövrə qaçın, zalı açıb futbol oynayın. Təsəvvür edirsiniz. Hamı hələ yatır, məktəbdə 1 nəfər də olsun müəllim yoxdur, biz isə saat 8-ə, dərs başlayana qədər idmanla məşğul olurduq. Təmənnasız. Heç kimə 1 qəpik də pul vermirdik. İndi isə idman pulludur. İdmanla məşğul olmaq istəyən uşağa görə valideynləri pul ödəməlidirlər. Üstəlik, əgər idman məşqlərinin keçirildiyi yer uzaqdadırsa, nəqliyyat xərclərini də boyunlarına götürməlidirlər. Öz timsalımda deyə bilərəm ki, iki uşağım var, 12 və 13 yaşlarında, onların hər hansı idman növü üzrə məşq etmələri ailə büdcəmə ən azı 50 manata başa gələ bilər və mənim uşaqlarım idmanla məşğul olmur, baxmayaraq ki mən arzu edirəm, onların da həvəsləri var, istəyirlər, amma... Bir vətəndaş kimi xahş edirəm ki, bu iradlarımı müvafiq qanun layihəsində nəzərə alasınız.

Hadı Rəcəbli: Ona görə də, mən o dövrdə idmanla həmişə məşğul olanlar üçün yenə də idman mövzusunu qoymuşam ortaya. Uşaq idmanını xüsusi vurğulayırıq və onun problemləri ilə məşğul olacağıq.

     Aydın Məmmədov:Digər bir iradım isə siqaret barədədir. Hər yerdə siqaret çəkirlər. Siqaret çəkənlər, siqaret çəkməyənləri də, o cümlədən yeniyetmə uşaqları, qadınları da, özləri qədər zəhərləyirlər.  Mən müntəzəm olaraq şəhər ətrafı marşrutdan istifadə edirəm. Mikroavtobusların nəinki, sürücüləri, hətta "kondoktur"ları da avtobusun içində siqaret çəkirlər. Sonra avtobusdan düşüb yeraltı tunellə Əzizbəyov metrosuna gedəndə, siqaret tüstüsündən göz-ğözü görmür. Axı bu tuneldən gündə minlərlə vətəndaş, o cümlədən siqaret çəkməyənlər, uşaqlar, qadınlar istifadə edirlər. Nəyə cörə onların qanlarına, canlarına, ciyərlərinə qorxulu, təhlükəli bir maddə hesab edilən  nikotin hopmalıdır?

Hadı Rəcəbli:Tezliklə, ictimai yerlərdə siqareti ləğv edəcəyik.

    Aydın Məmmədov:Hadı müəllim, mən fikir vermişəm ki, siz çox diqqətli adamsınız, öz işinizi sevirsiniz, Şəkini, şəkililəri, seçicilərinizi sevirsiniz. Sizin simanızda həmişə sevgi hiss olunur, bir sözlə siz sevməyi bacarırsınız. Sevməyi bacaran adamlar isə şair təbiətli olurlar. Əgər, siz şair təbiətlisinizsə, deməli şeir də yazırsınız?

Hadı Rəcəbli: Əlbətdə, bir sətr şer yazmayan insan, normal insan deyil. Şeir hər bir adam üçün xobbi ola bilər. Biz də aradabir şeir yazırıq. Şəkidə istəsəm də, buna vaxtım çatmırdı, şeir-zad yazmamışam, amma Parlamentdə olarkən, buna bir az vaxt imkan verib, arada bir şerlər yazmışam. Bu şerlərdən mahnı da bəstələyiblər. Ruhangiz Qasımova mənim "Lənkəranım" şeirimə mahnı bəstələyib və bu mahnıları oxuyanlar kim olsalar yaxşıdır: şəkili bacılar - Gülyaz və Gülyanaq! Və təsəvvür edin ki, o bacıların mənə, seçki ərəfəsində, Parlament seçgiləri ərəfəsində hədiyyələri idi ki, Lənkərana gəliblər. Çox maraqlıdır ki bir dəfə, bir konsertdə bu mahnını oxudular, təsadüfən, mən də orada idim. Və o şəkili bacılar, özlərinin  məhəbbətini mənə o mahnını ifa etməklə çatdırıblar. Mən o mahnını Ağadadaş Ağayevə də verə bilərdim oxusun, başqalarına da verə bilərdim. Mən onda simvolik bir şey tapdım: Ruhangiz Qasımovanın da Şəki ilə bağlılığı var, bilirsiniz, bacılar da şəkilidirlər. Və mənim də şeirimə bax belə R. Qasımovanın mahnısı bəstələndi və bacılar da onu oxudular. Mənim başqa seirlərim də var; nəvələrimə yazdığım şerlərim də var, bütövlüklə, bir belə insan kimi yazdığım şeirlər var. Amma onlar çap olunmayıb. Aydın üçün, "Şəkinin səsi" üçün gizlətmişdim və bu gün bir eksklüziv  bir iş görəcəm, 2-sini ilk dəfə nəşr olunmaq üçün sizə təqdim edirəm və mənim şeirlərim ilk dəfə çap edildiyi qəzet də  demək olar ki  "Şəkinin səsi" olacaq:

 

Nəvəm, nəvəm....

 

Əlli yaşdan keçən ilin,

İlk baharın yaşayıram.

Çalışıram sevgi dilin,

Qalan dillərdən ayiram.

 

 

Məhəbbətin dili çətin,

İlk dərsini unutmaram,

Eşqə bənzər hər fürsətin

Xatirələr dənizini unutmaram.

 

Bu məktəbin müəllimi tək,

Mən adını zaman deyə çağırıram.

Siniflərdə sevinc, kədər, əmək, əmək.

Hicran dərsin, vüsal dərsin ayırıram.

 

Qınamayın, həmyasıdlar gəlin məni,

Bilmən nədən sevə-sevə qocalıram.

Məhəbbətin əziyyəti saçlarıma salıb dəni,

Bəlkə elə mən həyatdan bu mivalla bac alıram.

 

Təbiətin ülvi hissi məhəbbətdir.

Cavanlarla ayaqlaşıb heç vaxt geri qalmayıram.

 Deyirlır ki sevgi sönür, inanmayın, boş söhbətdir,

Eşq olanda, 50 yaşı yada belə salmayıram.

 

Məhəbbətlə yaşayacaq, ehtirasla sevəcəyəm,

Ömrü bunsuz dərk etmirəm, qananmıram.

Bu dünyadan eşq himnini oxuyaraq köçəcəyəm,

İçib səhvət badəsindən, bilməm, nədən doyanmıram.

 

Qısqanma gəl ay sevgilim,

İcazə ver, çoxlu-çoxlu sevəm-sevəm.

İngitməsin ürəyini eşqli dilim,

Aşiq olub sevdiklırim: nəvəm, nəvəm!

Bakı. 1998


  Yorulmuşam küsməyindən, nazından!

 

Yorulmuşam küsməyindən, nazından,

Qış gəlibdir, əsər yoxdur həyatımın yazından.

Ömrümüzün çoxu gedib, azı qalıb azından.

Hər günündən ləzzət alıb yaşamağın vaxtıdır,

Sağlam, günrah qocalmaqçün, qocalmağın vaxtıdır!

 

 

Sözlərimdən söz çıxarıb, öz-özündən küsürsən,

Səbəb tapmıb, hər nə gəldi ağız buryn büzürsən,

Bulud alır sir-sifəti, qəm gölündə üzürsən,

Kədər nədir, toy-bayramla yaşamağın vaxtıdır,

Hər addımda sevinc tapıb, qocalmağın vaxtıdır!

 

Yamanlığı uzun-uzun uzatmağın yeri yox,

Eniş -yoxuş; irəliyə düz gedirik, geri yox.

Allahımın bundan sonra almağı var, veri yox,

Xoş günləri yada salıb qocalmağın vaxtıdır,

Başa vurub taleh ömrün, qocalmağın vaxtıdır!

 

Danışmadın bir gün keçidi bəsindir,

Naz eləmə, qəlbimizi xoş sözünlə isindir,

Ay, il ötüb, altımışıdır, belə baxsan nə sindir?

Saatlarla deyib-gülüb yaşamağın vaxtıdır,

Nə az, nə çox, yüz yaşında qocalmağın vaxtıdır!

 

Şeir yazdım, ay nainsaf, barışmaqçün səninlə,

Buz əridib, yavaşcana alışmaqçün səninlə

Necə edim el obaya, qovuşmaqçün səninlə,

Dünya boyda məhəbbətlə yaşamağın vaxtıdır,

Ay sevgilim, küsüşməyib, mehribanca qocalmağın     

vaxtıdır!

Bakı şəhəri, 07.07.07

Bizim web saytlarda, H. Rəcəbli barədə dərc olunmuş digər materiallar:

29.03.2008-ci il tarixli "Şəkinin səsi" qəzetində dərc olunmuş digər materiallara bax: >>>

 

<<< Ana səhifə