409/6

NAZİM QULİYEVİ ONUN-BUNUNÜÇTÜNƏ  QALDIRAN  KİM  OLMUŞDUR?!


 

 

İdealadlıəldəqayırılma raketçiliklə məşğul olan bu qəzetin 13 sentyabr 2007-ci il tarixli sayında özünü onunqurucusu kimi təqdim edən Nazim Quliyevin çox iddialı, əcaib qəribə fikirləri səsləndirilmişdir. Onun buiddialarına nəzər salanda belə başa düşürsən ki, keçmiş Sovetlər İttifaqınınhakimqəzeti olmuşPravdanın bütün səlahiyyətləri sanki Nazim bəy tərəfindənsatınalınmışdır. Bu hesabaİdealAzərbaycan Mətbuatınınbaş qəzetifunksiyasını yerinə yetirməyə başlamışdır. Nazim bəyin deməsinə görə, onun qəzeti hər şeydən yaza bilər, xoşuna gəlmədiyi bütün məmurları güclüsöz atəşi tutaraq, onlara hər cür qara ləkə yaxa bilər. Hətta, o yerə gəlib çatmışdır ki, dünənə qədər yaramaz çirkin əməllərinə görədəmir barmaqlıqlar arasındaistirahətedib, indi azadlığa çıxan Nazim Quliyev ölkə prezidentinə meydanoxuyur. Yuxarıda adı çəkilən yazısında ölkə prezidentinəədəb-ərkanla, xahişlə yox, əmr formasında belə bir göstəriş  verir ki, “O, Azərbaycan Mətbuatının problemlərini həll etmək üçün konkret addımlar (?!) atmalıdır. Bunun üçün Prezident İlham Əliyev öz mövqeyini kəskin olaraq (?!) qoymalıdır, yəni ölkə başçısına məruzə edən qruplaşmadan (?!) DAHA OBYEKTİV BİR ADAM (ola bilsin ki, özünü nəzərdə tutur. – red.) prezidenti məlumatlandırmalıdır. Bundan sonra prezident artıq  Əli Həsənova, Arif Əliyevə, Əflatun Amaşova, Azər Quliyevə yox, ləyaqətli bir insana tapşırmalıdır ki, bu işlə məşğul olsun...”   Qəribəiddialardır, elə deyilmi? Lakin Nazim bəy özünün buiddialarında qəsdən birdolaşığada yol vermişdir: yuxarıda adları çəkilən məmurların siyahısında Əli Həsənovun da adı çəkilmişdir. Halbuki,  həmin qəzet bu yaxınlara qədər, eşitdiyimizə görə, onun tərəfindənidarəolunur, bu məmurun göstərişi ilədurub-otururdu. Görünür, bu gün Əli müəllimin adının Əflatun Amaşovla, Azər Quliyevləyanaşı çəkilməsigözə kül üfürməkməqsədi güdür bu çox güman ki, elə bu məmurun öz xahişi ilə baş tutmuşdur.

<<< Ana səhifə