Baş  redaktordan 


QARABAĞIN TALEYİNİ ÖZÜMÜZ HƏLL ETMƏLİYİK

(«İpəkçi», 4 aprel 1992-ci il)

Qarabağın dağlıq hissəsində baş verən hadisələri sadəcə olaraq soyuqqanlıqda izləmək mümkün  deyildir. Çox təəssüf ki, münaqişənin ilk günlərində vəziyyətin belə bir faciəli şəkil alacağını dərk etməyən, yaxud dərk etmək istəməyən respublikanın keçmiş rəhbərlərinin məkrli siyasətinin ağrısını bu gün 7 milyonluq xalq, heç bir günahı olmayan Qarabağ camaatı çəkir.

İndi çoxları, xüsusən yuxarılarXocalı faciəsi olmaya bilərdisözlərini tez-tez işlədirlər. Əslində, Xocalı soyqırımı millətin hakim dairələrinin,, prezidentin mərkəz qarşısındakı təslimçilik siyasətinə uyub göz görə-görə, bəlkə bilərəkdən şərait yaratdıqları, törətdikləri cinayətdir. Camaatı sakitləşdirmək üçün belə birbayatıda eşidilir: “Xocalı qırğınının səbəblərini araşdırmaq  üçün komissyia  yapradılıb. Bu cinayətdə əli olanların hamısı layiqli cəzalarını alacaqlar”. Əvvəla, sinəsinə Xocalı dağıana-oğul, körpə, qardaş-bacı, torpaq dağı çəkilmiş həmvətənlərimizin ağrılarını, acılarını, digərgin taleyinə, itirdiklərinə heç bir ədalətli hökm ilə, məhkəmə ilə məlhəm qoymaq mümkün deyil. İtirdiklərimizi heç ilə qaytarmaq olmaz.

AtalarınDaldan atılan daş topuğa dəyərməsəli yada düşür. Görəsən, indi Xocalı faciəsindənyana-yanadanışan bəzi üzdəniraq millət təəssübkeşləri Xocalı aylardan bəri imdad, yardım istəyəndə, Xocalının başı üzərində ölüm kabusu dolaşanda harada idilər?! Bir ki, 20 Yanvar faciəsinin nəticələrini tədqiq edən komissiyanın iki ilə yaxın müddət ərzində davam edən fəaliyyətindən sonra xalqa əsl həqiqət deyildimi? Əsl  cinayətkarlar ədalət məhkəməsi qarşısınqa cavab verdilərmi? X E Y İ R! Əlbəttə,  tarix heç nəyi unutmur. Vaxtilə  Mircəfər Bağırov, Beriya onların başçılıq etdikləri qaniçən vətən, xainləri törətdikləri cinayətlərə görə cavab verdikləri kimi, Qarabağ faciəsini, Xocalı qırğınını, vertolyot qəzalarını törədənlər, yaxud buna şərait yaradanlar da gec-tez xalqın, millətin ədalət məhkəməsindən yaxa qurtara bilməyəcəklər.

Parlamentimiz Elmira Qafarovanınöz xahişiilə, prezidentin isə müxalifətin, xalqın təkidi-təzyiqi ilə istefasını qəbul etdi. Bu istefanı, istefa verənlərinkişiliyi”, “mərdliyikimi qələmə verənlər isə unudurlar ki, bu keçmişistefalarəslində Qarabağda minlərlə ocağın söndürülməsinə, yüzlərlə, minlərlə yurddaşımızın bir tükdən asılı olmasına, indiki gərgin vəziyyətə gətirib çıxarmışdır. Tarixi sessiyada hər iki liderinxidmətlərinəzərə alınaraq, onların imtiyazları hüquqları qorundu. Əlbəttə, belə gərgin məqamda millətin adı qarşısında qisasçı, düşmən epitetlərinin başa yazılmaması xatirinə sərt cəzaya əl atılmamasını başa düşmək olar. Amma, vəzifəsindən, mövqeyindən asılı olmayaraq kimin kim olduğunu xalqa tanıtmaq, unutqanlıq bəlasından xilas olmaq lazımdır.

Qarabağda qanlı cinayətlər törədənlərə, yaxud buna şərait yaradanlara, xalqın taleyi ilə oynayanlara qarşı birtərəfli mövqe tutulması hakimiyyətə gələn yeni qüvvələrin, liderlərin məsuliyyət hissini azaldır, onlarda xalqın taleyinə qarşı biganəlik, etinasızlıq hissi oyadır.

Mən redaktor kimi çoxminli fəhlə kollektivində tez-tez oluram, istehsalat, sex filiallarlı gəzir, əməkçilərlə söhbət edirəm. Bir cəhət diqqətimi cəlb edir rəğbət oyadır ki, artıq Şəkidə, əmək kollektivlərində adamlar müharibənin sərt qanunları ilə yaşamağa başlamışlar. Daha doğrusu, şərait adamları buna vadar edir. Müəssisəmizdə ciddi intizam, tapşırılan üçün məsuliyyət hissi, qarşılıqlı tələbkarlıq qətiyyət normasına çevrilir. Fəhlələrimiz müharibə şəraitində arxa cəbhənin  demək olduğunuburada əldə edilən uğurların qələbəmizə təsirli kömək etdiyini yaxşı başa düşürlər. Ona görə Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı ilə işləyirlər. Lakin zəhmət adamını da yaddan çıxarmamaq, unutmamaq lazımdır. Fəhlə əgər öz halal zəhmət haqqısını ada bilmirsə...

Bununla birlikdə, hər yerdə olduğu kimi, bizim Şəkidə, bizim ipək şirkətimizdə adamların əsəbləri tarıma çəkilib. Qarabağda, eləcə sərhəd rayonlarında baş verən qanlı hadisələr, talan edilmiş, yandırılmış kəndlər, yaşayış məntəqəlri, erməni quldurlarının soyqırımı, müharibənin genişləndirmək üçün göstərdikləri amansız cəhdlər şəkililər tərəfindən qəzəb, nifrət hissi ilə qarşılanır. Təbii  ki, bu gün şəkililər, müəssisəmizin çoxsaylı kollektivi, ziyalılar, müxtəlif peşə sahibləri yeni rəhbərlikdən daha qəti, prinsipial, təxirəsalınmaz tədbirlər görməyi, vaxt itirməməyi tələb edirlərRespublika parlamentinin sədri Yaqub Məmmədovun hakmiyyətə gəldiyi qısa müddətdə tutduğu açıq, birbaşa mövqeyi aydın bilinmir. Bununla belə, qeyd etməliyik ki, müxalifət respublikada sabitliyi hər vasitə ilə pozmağa açıq-aşkar cəhd göstərəngözəgörünməzqüvvələr qarşısında Yaqub Məmmədovun tərəddüdlü mövqeyini məqbul hesab etmir. Hörmətli sədr televiziya ilə müsabiqəsində bu gözəgörünməz qüvvələrin necə hiyləgər, məkrli siyasət yeritdiklərini, hakimiyyət, vəziyə, stol naminə hətta millətin qanını tökməyə hazır olduqlarını Respublika parlamentinin sədri Yaqub Məmmədovun hakmiyyətə gəldiyi qısa müddətdə tutduğu açıq, birbaşa mövqeyi aydın bilinmir. Bununla belə, qeyd etməliyik ki, müxalifət də respublikada sabitliyi hər vasitə ilə pozmağa açıq-aşkar cəhd göstərən “gözəgörünməz” qüvvələr qarşısında Yaqub Məmmədovun tərəddüdlü mövqeyini məqbul hesab etmir. Hörmətli sədr televiziya ilə müsabiqəsində bu gözəgörünməz qüvvələrin necə hiyləgər, məkrli siyasət yeritdiklərini, hakimiyyət, vəziyə, stol naminə hətta millətin qanını tökməyə hazır olduqlarını bildirməlidir. Lakin indiki gərginlik şəraitində Ali Sovetin yeni rəhbərinin öz prinsipial və qəti mövqeyini bəyan etməməsi, xalqa üz tutmaması, milləti həqiqi birliyə, həmrəyliyə, düşmənə qarşı mübarizədə yekdil olmağa çağırmaması, ona olan inam hissini azaldır. Xüsusən paprlament sədrinin Ağdamda olarkən keçirdiyi müşavirədə ağıllı təkliflərə tərəfdar çıxmaması, qeyrətli vətən oğullarının dedikləri ilə həmfikir olmaması, xalq cəbhəsinin sədri Əbülfəz Elçibəyi əməkdaşlığa çağırmaması göstərir ki, yeni rəhbərlik köhnə rəhbərliyin tütdüğü qətiyyətsiz mövqeyi davam etdirir. Şirkətimizin fəhlə, mühəndis, digər peşə sahibləri ilə söhbətdən yəqin elədik ki, onlar da respublikada yaranmış böhran vəziyyətindən çıxmağın asan olmayacağını başa düşür, qarabağ münaqişəsindən yaxa qurtarmaq üçün hərbi qüdrətimizin möhkəmləndirilməsini, etibarlı ordu yaranmasını, dəmir intizamın təmin olunmasını, xalq cəbhəsinin, millətin qeyrətli oğullarının hakimiyyətə cəlb edilməsini arzu edirlər. İstər-istəməz belə bir sual meydana çıxır: Nə üçün mövqelərimizi əldən vermişik, düşmən niyə üstümüzə bu qədər ayaqlayıb? Səbəb aydındır. Ona görə ki, Qarabağ məsələsinin ancaq siyasi yolla, danışıqlar yolu ilə həll ediləcəyinə, regionda sülhün asanlıqla yaradılacağına inananlar çoxdur. Axı, bu bir həqiqətdir ki, nə Rusiya Prezidenti Yeltsinin, nə də Qazaxıstan Prezidenti Nazarbayevin... işə qarışmasından ABŞ Prezidentinin bəyanatına qədər heç nə Qarabağ probğleminin dinc yolla həll edilməsinə etibarlı zəmin yaradılması barədə rəsmi razılıq əldə edilməsinə baxmayaraq, düşmən tərəf nəinki atəşi dayandırmamış, əksinə, daha dəhşətli faciələr törətmişdir. Əlbəttə, xalqımız danışıqlar yolunu istisna etmir. Lakin Qarabağın, mmillətin taleyini ancaq özümüz, öz gücümüz, öz birliyimiz, qətiyyətimiz hesabına həll etməliyik. Azərbaycan tərəfi o zaman danışıqlar stolu ətrafına keçə bilər ki, erməni quldurları öz texnikası, canlı qüvvəsi ilə sərhədlərimizi, torpaqlarımızı tərk etsinlər. Zəbt edilmiş ərazimiz özümüzə qaytarılsın, atəş qeyd-şərtsiz kəsilsin. Ermənistan, mərkəz, rus ordusu, erməni lobbisi, qonşularımızın xaricdəki havadarları öz bədnam niyyətlərindən əl çəksinlər. Şəkililər səfərbərlik elan edilməsini, milli ordu yaratmaq üçün qəti tədbirlər görülməsini, əməliyyatların mərkəzləşdirilməsini alqışlayırdılar. Lakin bir həqiqət də var ki, düşmən bizim gücümüzü hiss etməsə, ordu öz qətiyyətini qısa müddətdə göstərməsə, əsl birlik yarada bilməsək erməni quldurları bizimlə məğlub olmuş, aciz tərəf kimi rəftar edəcək, danışıqlar stolu arxasında özlərinin ən ağır, ləyaqətsiz şərtlərini qəbul etdirəcəklər. 20 Yanvar, Xocalı faciəsindən keçən xalqımız buna yol verə bilməz. Mərkəzlə söhbətlərdə, görüşlərdə müstəqilliyimizi əldə etmiş xalqın adından qətiyyətlə, millətin iradəsini ifadə edərək iştirak etmək, birliyimizə müstəqilliyimizə xələl gətirən hər bir əlaqədən uzaqlaşmaq lazımdır. Azərbaycan xalqını təzyiq yolu ilə MBD-yə qəbul etdirmək cəhdlərinə qarşı axıra qədər mübarizə aparmaq vacibdir. Madam ki, müstəqillik yoluna qədəm qoymuşuq, zorla müharibəyə cəlb edilmişik – bu yolla mərkəzin, boğazdan yuxarı milli barışığa, saxta birliyə, despotizmə səsləyən qüvvələrin yad təsirinə düşməməliyik. Müxalifətin tanınmış liderlərindən biri – əsl xalq ziyalısı Sabir Rüstəmxanlı belə bir qənaətə gəlir: “İndiki çətin şəraitdə iki böyük vəzifəni yerinə yetirməliyik. Birincisi Azərbaycanın müstəqilliyini faktiki cəhətdən bərpa etməliyik. İkincisi, bu müstəqilliyimizi və ərazi bütövlüyümüzü qoruyub saxlamalıyıq. Həmin aralıqda bir despotik quruluş da yarana bilər. Qorxulusu budur. Çünki köhnə sistem yaşadıqca buna imkan da qalır” (”Azadlıq” qəzeti, 17 mart 1992-ci il). Qarabağda müharibəyə son qoyulması bizə bir də ona görə lazımdır ki, respublikamız dərin iqtisadi böhran şəraitindədir. Adamlar qıtlıq, bahalıq məngənəsində əzilir, qiyməti sabitləşmək əvəzinə, bazardan od yağır. Alverçilər, kommersiya işbazları hüquq mühafizə orqanlarının laqeydliyindən, nəzarətin zəif olmasından istifadə edir, adamların əsəbləri ilə oynayır, süni qıtlıq yaradırlar. İndi bütün sağlam qüvvələri birləşdirmək, təsərrüfatlarda, müəssisələrdə iş ahəngini yüksəltmək, adamları rühlandırmaq lazımdır. Şəki Şəhər İcra Hakimiyyəti aparatının da bu sahədə gördüyü işlərin əməli nəticə verməsi üçün hamı bir məqsədə xidmət etməlidir. Tarix boyu zülmün, zalımın sonu olmayıb. Xalqı fəlakətə sürükləyənlərin cəzasını xalq özü verib. Şübhə etmirik ki, millətimiz, Azərbaycan xalqı bu çətin sınaqdan da alnıaçıq, üzüağ çıxacaq, özünün əbədi, əzəli torpağı olan doğma Qarabağına sahib olmaq üçün əsl qətiyyət və hünər göstərəcəkdir. bildirməlidir.
Lakin indiki gərginlik şəraitində Ali Sovetin yeni rəhbərinin öz prinsipial qəti mövqeyini bəyan etməməsi, xalqa üz tutmaması, milləti həqiqi birliyə, həmrəyliyə, düşmənə qarşı mübarizədə yekdil olmağa çağırmaması, ona olan inam hissini azaldır. Xüsusən paprlament sədrinin Ağdamda olarkən keçirdiyi müşavirədə ağıllı təkliflərə tərəfdar çıxmaması, qeyrətli vətən oğullarının dedikləri ilə həmfikir olmaması, xalq cəbhəsinin sədri Əbülfəz Elçibəyi əməkdaşlığa çağırmaması göstərir ki, yeni rəhbərlik köhnə rəhbərliyin tütdüğü qətiyyətsiz mövqeyi davam etdirir.

Şirkətimizin fəhlə, mühəndis, digər peşə sahibləri ilə söhbətdən yəqin elədik ki, onlar da respublikada yaranmış böhran vəziyyətindən çıxmağın asan olmayacağını başa düşür, qarabağ münaqişəsindən yaxa qurtarmaq üçün hərbi qüdrətimizin möhkəmləndirilməsini, etibarlı ordu yaranmasını, dəmir intizamın təmin olunmasını, xalq cəbhəsinin, millətin qeyrətli oğullarının hakimiyyətə cəlb edilməsini arzu edirlər.

İstər-istəməz belə bir sual meydana çıxır: üçün mövqelərimizi əldən vermişik, düşmən niyə üstümüzə bu qədər ayaqlayıb? Səbəb aydındır. Ona görə ki, Qarabağ məsələsinin ancaq siyasi yolla, danışıqlar yolu ilə həll ediləcəyinə, regionda sülhün asanlıqla yaradılacağına inananlar çoxdur. Axı, bu bir həqiqətdir ki, Rusiya Prezidenti Yeltsinin, Qazaxıstan Prezidenti Nazarbayevin... işə qarışmasından ABŞ Prezidentinin bəyanatına qədər heç Qarabağ probğleminin dinc yolla həll edilməsinə etibarlı zəmin yaradılması barədə rəsmi razılıq əldə edilməsinə baxmayaraq, düşmən tərəf nəinki atəşi dayandırmamış, əksinə, daha dəhşətli faciələr törətmişdir. Əlbəttə, xalqımız danışıqlar yolunu istisna etmir. Lakin Qarabağın, mmillətin taleyini ancaq özümüz, öz gücümüz, öz birliyimiz, qətiyyətimiz hesabına həll etməliyik.
Azərbaycan tərəfi o zaman danışıqlar stolu ətrafına keçə bilər ki, erməni quldurları öz texnikası, canlı qüvvəsi ilə sərhədlərimizi, torpaqlarımızı tərk etsinlər. Zəbt edilmiş ərazimiz özümüzə qaytarılsın, atəş qeyd-şərtsiz kəsilsin. Ermənistan, mərkəz, rus ordusu, erməni lobbisi, qonşularımızın xaricdəki havadarları öz bədnam niyyətlərindən əl çəksinlər. Şəkililər səfərbərlik elan edilməsini, milli ordu yaratmaq üçün qəti tədbirlər görülməsini, əməliyyatların mərkəzləşdirilməsini alqışlayırdılar.
Lakin bir həqiqət var ki, düşmən bizim gücümüzü hiss etməsə, ordu öz qətiyyətini qısa müddətdə göstərməsə, əsl birlik yarada bilməsək erməni quldurları bizimlə məğlub olmuş, aciz tərəf kimi rəftar edəcək, danışıqlar stolu arxasında özlərinin ən ağır, ləyaqətsiz şərtlərini qəbul etdirəcəklər. 20 Yanvar, Xocalı faciəsindən keçən xalqımız buna yol verə bilməz. Mərkəzlə söhbətlərdə, görüşlərdə müstəqilliyimizi əldə etmiş xalqın adından qətiyyətlə, millətin iradəsini ifadə edərək iştirak etmək, birliyimizə müstəqilliyimizə xələl gətirən hər bir əlaqədən uzaqlaşmaq lazımdır.

Azərbaycan xalqını təzyiq yolu ilə MBD- qəbul etdirmək cəhdlərinə qarşı axıra qədər mübarizə aparmaq vacibdir. Madam ki, müstəqillik yoluna qədəm qoymuşuq, zorla müharibəyə cəlb edilmişikbu yolla mərkəzin, boğazdan yuxarı milli barışığa, saxta birliyə, despotizmə səsləyən qüvvələrin yad təsirinə düşməməliyik. Müxalifətin tanınmış liderlərindən biriəsl xalq ziyalısı Sabir Rüstəmxanlı belə bir qənaətə gəlir: “İndiki çətin şəraitdə iki böyük vəzifəni yerinə yetirməliyik. Birincisi Azərbaycanın müstəqilliyini faktiki cəhətdən bərpa etməliyik. İkincisi, bu müstəqilliyimizi ərazi bütövlüyümüzü qoruyub saxlamalıyıq. Həmin aralıqda bir despotik quruluş da yarana bilər. Qorxulusu budur. Çünki köhnə sistem yaşadıqca buna imkan da qalır” (”Azadlıqqəzeti, 17 mart 1992-ci il).

Qarabağda müharibəyə son qoyulması bizə bir ona görə lazımdır ki, respublikamız dərin iqtisadi böhran şəraitindədir. Adamlar qıtlıq, bahalıq məngənəsində əzilir, qiyməti sabitləşmək əvəzinə, bazardan od yağır. Alverçilər, kommersiya işbazları hüquq mühafizə orqanlarının laqeydliyindən, nəzarətin zəif olmasından istifadə edir, adamların əsəbləri ilə oynayır, süni qıtlıq yaradırlar. İndi bütün sağlam qüvvələri birləşdirmək, təsərrüfatlarda, müəssisələrdə ahəngini yüksəltmək, adamları rühlandırmaq lazımdır. Şəki Şəhər İcra Hakimiyyəti aparatının da bu sahədə gördüyü işlərin əməli nəticə verməsi üçün hamı bir məqsədə xidmət etməlidir.

Tarix boyu zülmün, zalımın sonu olmayıb. Xalqı fəlakətə sürükləyənlərin cəzasını xalq özü verib. Şübhə etmirik ki, millətimiz, Azərbaycan xalqı bu çətin sınaqdan da alnıaçıq, üzüağ çıxacaq, özünün əbədi, əzəli torpağı olan doğma Qarabağına sahib olmaq üçün əsl qətiyyət hünər göstərəcəkdir.


M.SALİS,

Əməkdar jurnalist.