"Şəkinin səsi" 

NAZIM IBRAHIMOVUN BELÇİKA KRALLIĞINA İŞGÜZAR SƏFƏRİ


və bu səfərin yekunları ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı NazimİbrahimovunŞəkinin səsiqəzetinin baş redaktoru, respublikanın

 Əməkdar jurnalisti M. Salisəverdiyi  müsahibə :

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli iclasında verilmiş tapşırığına əsasən Prezidentin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları şöbəsinin baş məsləhətçiləri Nurəddin Hüseynov, Canpolad Musayev, Naxçıvan, Lənkəran, Şəki, Əli Bayramlı, Yevlax, Xətai, Suraxanı, Ağdaş, İmişli, Masallı, Tovuz şəhər və rayon icra hakimiyyətlərinin başçıları Vüqar Səfərov, Süleyman Mikayılov, Nazim İbrahimov, Mərdan Camalov, Elmar Vəliyev, Razim Məmmədov, İlqar Abbasov, Rafiq Nifləliyev, Əbülfəz Ağayev, Qəzənfər Ağayev, Tofiq Zeynalovdan ibarət nümayəndə heyəti 15 – 20 aprel 2007-ci il tarixlərdə Belçikaya səfər etmişdir.Biz Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Nazim İbrahimovla görüşərək Azərbaycan nümayəndə heyətinin Belçikaya işgüzar səfəri ilə əlaqədar müsahibə götürdük. Həmin müsahibəni oxuculara təqdim edirik.

 

M. Salis:Hörmətli   Nazim   müəllim,   xahiş   edirik,   qəzetimizin   oxucularına Azərbaycan nümayəndə heyətinİn Belçika Krallığına səfəri,  ümumiyyətlə, Azərbaycan — Belçika münasibətləri, ölkələrimiz arasındakı iqtisadi, siyasi əlaqələr, Sizin  dost ölkəyə səfərinizin məqsədi və bu səfərdən  aldığınız təəssürat barədə məlumat verəsiniz.

 

Nazim İbrahimov: – Məmnuniyyətlə.

Bildiyiniz kİmi, Belçika Krallığı, Qərbi Avropada, Şimal dənizinin sahilində yerləşir, Fransa, Niderland, Almaniya və Lüksemburqla həmsərhəddir.

Ölkənin ərazisi əsasən düzənlikdir, mülayim dəniz iqlimi var. Təbii ehtiyatlan daş kömür, fosforid, kaolin və tikinti materiallrıdır. Ərazisi 30.528 km2, əhalisi 10 mln. 379 mİn nəfərdir. Bunlar əsasən flamandlar (58%-dən çox) və vallonlardır (təqribən 31%). Əhalinin qalan hissəsini isə fransızlar, italyanlar, almanlar, yəhudilər və s. xalqların nümayəndələri təşkil edir. Dindarları əsasən katolikdir.

İşləyən əhalinin təqribən 24,5%-i sənayedə, 74,2 %-i xidmət sahəsində, 1,3 %-i kənd təsərrüfatı və balıqçıqda çalışır. Rəsmi dili holland, fransız və alman dilləridir.

Belçikanın paytaxtı Brüssel, Avropanın ən qədim və ən gözəl şəhərlərindəndir. 997 min 384 nəfər əhalisi var. Ölkənin böyük şəhərləri Brüssel, Antverpen və Gent hesab olunur.

Belçika 10 əyalətə, 3 regiona bölünür. Federal Belçikada şəhərin abadlıq işləri regional, yəni Flandriya, Valoniya və Brüsselin yerli hakimiyyət qurumlarının səlahiyyətindədir.

Belçika dövlət quruluşuna görə konstitusiyalı monarxiyadır. Dövlətə əlahəzrət Kral II Albert başçılıq edir.

Belçika intensiv kənd təsərrüfatı və geniş xarici iqtisadi əlaqələri olan (sənaye məhsulunun 50%-i xarici bazara çıxarılır) sənaye ölkəsidir. (O, eyni zamanda qara və əlvan metalların, maşınqayırma, kimya məhsulları, şüşə, mebel, kağız, karton, tikinti materiallarının, şəkər, tütün, süd, ət və pivə məhsullarının iri ixracatçısıdır. Belçika həmçinin dünyada brilyantın və xalçaların ən böyük ixracatçısı sayılır. Ölkədə şəkər çuğunduru, kartof və kətan da becərilir. Belçika dəmiryolu şəbəkəsinin sıxlığına görə dünyada ilk yerlərdən birini tutur.

Belçika Avropa İttifaqının əsasını qoyan ölkələrdən olduğu üçün Avropa öhdəlikləri onun xarici siyasətinin ana xəttini təşkil edir. Avropa İttifaqının genişləndirilməsi və Avropa Konstitusiyasının qəbulu Belçika tərəfindən dəstəklənmişdir.

 

M. Salis:Yeri gəlmişkən, oxucuları daha çox maraqlandıran Azərbaycan – Belçika münasibətləri barədə də məlumat verməyinizi xahiş edirik.

 

N. İbrahimov: – Belçika Azərbaycanın müstəqilliyini hələ onun istiqlaliyyət qazandığı ilk aylarda – 1991-ci ildə tanıyıb. Cəmi yarım il sonra isə iki ölkə arasında diplomatik münasibətlər qurulub.

Bütün Avropa dövlətləri ilə olduğu kimi, Belçika Krallığı ilə də normal diplomatik münasibətlər 1993-cü ilin II yarısından başlamış, 1994 – 1995-ci illərdə həyata keçirilən ardıcıl diplomatik səylər nəticəsində Azərbaycanın müstəqil dövlətçilik mənafelərinə cavab verən, keyfiyyətcə yeni səciyyə kəsb etmişdir. 1995-ci ildə isə Belçika Krallığı Azərbaycana özünün fövqəladə və səlahiyyətli səfirini təyin edib. Həmçinin, Belçikada bizim səfirlik fəaliyyətə başlamışdır. Onu da deyək ki, Azərbaycan MDB-yə daxil olan respublikalar arasında, Belçika ilə diplomatik münasibətlər yaradan ilk dövlətdir.

 M. Salis: – Nazim müəllim, tarixdən bizə məlum olduğu kimi, bu iki ölkə arasında münasibətlərin  yaranması və inkişafında ən mühüm məsələ 1994-cü il may ayının   3 – 5-də  Azərbaycan   Respublikasının   Prezidenti  Heydər   Əliyevin Belçikaya rəsmi səfəri hesab olunur.

Nazim İbrahimov – Bəli,   tamamilə   doğrudur.   Həmin   tarixi   səfər   zamanı   Belçika   ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni və beynəlxalq aspektləri müzakirə olunmuş, gələcək əlaqələrin prinsip və istiqamətləri müəyyən olunmuş, mühüm qərarlar qəbul edilmişdir.

Azərbaycan-Belçika əlaqələrinin genişlənməsi və inkişafı Azərbaycan Prezidenti Heydər Əliyevin 1995-ci ilin və 1996-cı ilin aprelində Brüsselə növbəti səfərləri ilə yeni vüsət almış, ölkələrimiz arasında əməkdaşlıq əlaqələri daha da dərinləşmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika Krallığına 2004 və 2006-cı illərdəki işgüzar səfərləri qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm addımlardan hesab olunmalıdır.

Belçika Krallığı Avropa İttifaqının üzvü kimi Azərbaycana humanitar və texniki yardım göstərilməsində fəal iştirak etməklə bərabər, bütün beynəlxalq tədbirlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinİn həlli ilə bağlı ölkəmizin ədalətli mövqeyini dəstəkləmişdir.

 

 M. SalisBelçika ilə tanışlığa haradan başladınız?

 

N. İbrahimov – Səfər proqramına uyğun olaraq, biz əvvəlcə, Brüsselə gəldik. Bundan sonra Turna, Gent, Namur və Bruqqe şəhərlərində, həmçinin, Etterbekdə olduq.

Turne Valoniya regionuna aiddir. Brüsseldən 85 km məsafədə yerləşir. İki minə yaxın yaşı olan bu qədim şəhərin əsası Roma imperatoru tərəfindən qoyulub. Bizə dedilər ki, bu şəhər orta əsrlərdə həm tarixi baxımdan, həm də iqtisadi və mədəni cəhətdən çox mühüm rol oynamışdır. Turnedəki Notredam kilsəsi YUNESKO-nun mədəni irsi sayılır.     Tarixin müxtəlif dönəmlərində Turne, Fransanın, Hollandiyanın, Avstriyanın, sonda isə Belçikanın tərkibində olub. Biz Turnedə ilk öncə şəhərin burqamistri ilə – cənab Kristian Massy ilə görüşdük. Cənab Massy ilə görüş olduqca səmimi təsir bağışladı. Hər IKI  tərəfi maraqlandıran məsələlər ətrafında geniş və işgüzar söhbət getdi. Bundan sonra isə şəhəri gəzərək tikinti, nəqliyyat, yol, parksalma, yaşıllaşma İşlərİ İlə praktikİ tanış olduq.  

Ertəsi gün Gent şəhərinə getdik. Gent şəhərindəki əhalinin əksər hissəsi flamand dillidir. Bizi şəhərin burqamistri – cənab Qabriel qarşıladı. Burada da hər iki tərəfi maraqlandıran məsələlər geniş müzakirə mövzusu oldu. Gent şəhəri ilə qısa tanışlıqdan sonra Brüsselin Etterbek rayonuna gəldik. Rayonun burqamistri cənab V. De Volf , Brüssel rayonunun dövlət katibi, cənab nazir Emir Kir ilə keçirilən görüşlər zamanı aparılan söhbətlər bizdə bu şəhərlər barədə mükəmməl təəssürat yaratdı.

Həmin günün səhəri, bizim Belçikanın fransız icmasının beynəlxalq əlaqələr üzrə ali komissarı və Valoniya regionunun ixrac üzrə agentliyin rəhbəri cənab F. Suinen ilə də görüşümüz oldu.

Nümayəndə heyətimiz həmçinin aprelin 18-də Brüsseldən 65 km. aralıda yerləşən Namur şəhərinə gəldi. Burada biz Valoniya regionunun abadlıq işləri üzrə baş idarəsinin rəhbərləri ilə görüşüb söhbət etdik. Orada görülən abadlıq işləri ilə praktiki tanış olduq. Bizə dedilər ki, Namur şəhərinin əsası 1559-cu ildə qoyulub. Bu şəhər memarıq baxımından Belçikanın ən gözəl, ən koloritli şəhərlərindən hesab olunur.

Aprel ayının 19-da isə biz Belçikanın digər tarixi memarlıq abidələri, gəzməli və görməli yerləri ilə tanış olduq. Ertəsi gün isə Brüsseldən Avstriyanın paytaxtı Vyana şəhərinə uçduq.

 

 

 M. Salis: – Nazim müəllim, bizim respublika Belçika Krallığı ilə hansı sahələrdə əməkdaşlıq edə bilər? Bu  barədə konkret danışıqlar oldumu?

 

 Nazim İbrahimov: – Bəli. Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında iqtisadi sahədə əməkdaşlığın  istiqamətlərinə dair konkret təkliflər səsləndi.  Məsələn,  yol, körpü, kanalizasiya qurğuları, suvama şəbəkələri tikintisi, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, onun Avropa bazarına çıxarılması sahəsində Belçika şirkətləri ilə əməkdaşlıq, külək və günəş enerjisindən istifadə edən yeni texnologiyaların tətbiqi, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, dərman istehsalı,   respublikamızın  rayonlarında  mini   otellərin    müalicə-istirahət bazalarının yaradılması, bank sektoru sahəsində təcrübə mübadiləsi... Bütün bu kimi məsələlər demək olar ki, hər yerdə gündəmə çıxarıldı.

 

M. SalisDaha hansı söhbətləriniz oldu?

 

Nazim İbrahimov   Həm  dövlət rəsmləri,  həm    adamları,  həm    sadə belçikalılarla görüşlərimiz  zamanı  Azərbaycanla  Belçika  arasında  münasibətlərin   bütün sahələrdə   uğurlu   inkişafından   məmnunluq   ifadə   edildi,   ənənəvi   dostluq əlaqələrinin    regional        beynəlxalq    strukturlarda    qarşılıqlı    dəstəyin genişlənməsi və dərinləşməsinin dünyada sülhün, sabitliyin möhkəmlənməsinə xidmət  etdiyi   vurğulandı.   Bu  səfərin  ikitərəfli  münasibətlərimizin  inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə edildi. Bildirildi ki, Avropa İttifaqı ilə münasibətlərin genişləndirilməsi və Avratlantik strukturlara inteqrasiya  Azərbaycanın  xarici  siyasətinin  prioritetlərindən  biridir    bu istiqamətdə  Yeni   Qonşuluq  Siyasəti  Üzrə  Azərbaycan Avropa  İttifaqı Fəaliyyət Planı xüsusi əhəmiyyət kəsb edir.

Görüşlər zamanı həmçinin Azərbaycanın geosiyasi baxımdan çox mühüm mövqedə yerləşdiyi qeyd edildi, ölkəmizin Avropa İttifaqına inteqrasiyası üçün yaxşı imkanlar olduğu bildirildi.

Belçikanın hazırda ATƏT-ə sədrlik etdiyi vurğulandı, ATƏT-in Avropa məkanında unikal bir təşkilat olduğu, Azərbaycanın bu qurumun fəaliyyətinə mühüm önəm verdiyi diqqətə çatdırıldı. Qeyd edildi ki, qonşu Ermənistan Azərbaycana qarşı 18 il əvvəl başlamış və bu günədək davam edən hərbi təcavüzü, Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün böyük təhlükəyə çevrilmişdir. Həmin münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20%-i işğal olunmuş, 1 milyona yaxın insan doğma torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Belçika ATƏT- də sədrlik edən ölkə kimi münaqişənin ədalətli həlli məqsədi ilə öz səylərini daha da artırmalı və regionumuzda çoxdan gözlənilən sülhün bərqərar olunması üçün real nəticələr əldə edilməsinə öz töhfəsini verə bilər.

Görüşlər zamanı ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın İnkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğu vurğulandı. Qeyd olundu ki, bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Əhalinin güzəranının daha da yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması üçün ardıcıl tədbirlər görülür. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla həyata keçirilir. Ölkəmizin siyasi, iqtisadi, sosial və mədəni həyatında əsaslı islahatlar aparılır. Dövlətimizin İştirak etdiyi nəhəng transmilli iqtisadi layihələr əzmlə davam etdirilir. Bildirildi ki, Bakı – Tbilisi – Ceyhan neft kəməri, Bakı-Tbilisi – Ərzurum qaz kəməri, Qars – Axalkalaki – Tbilisi  – Bakı dəmiryolu layihələri bütün regionun sabitliyi, inkişafı, Avratlantik strukturlara inteqrasiyası baxımından çox böyük əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, Azərbaycan nümayəndə heyətinin Belçikaya səfəri, hər iki ölkənin həyatında mədəni hadisəyə çevrildi.  M. SalisMüsahibə üçün sağ olun.

 

 

<<< Ana səhifə