Almaniyada Azərbaycana aid ilk elmi məcmuə


“Elm” 17 may 2007-ci il №15 –16 (822 – 823)

Azərbaycan Dillər Universitetinin kitabxanasında Almaniyanın Berlin şəhərində “Köster” nəşriyyatında yenicə nəşrə başlamış "JahrbuchAserbaidschanforschung” (“Azərbaycan Tədqiqatları") adlı elmi məcmuənin 1-ci buraxılışının təqdimetmə mərasimi olmuşdur.

Qeyd edək ki təqdim olunan məcmuə Azərbaycanla bağlı olan müxtəlif sahələri əhatə edir: siyasət, iqtisadiyyat, tarix, dil və ədəbiyyat. Məqalələrin müəllifləri təkcə Azərbaycanda deyil, Avropanın başqa ölkələrində - Almaniya, Fransa və Hollandiyada yaşayırlar. Azərbaycan dilində yazılmış mqalələrin qısa məzmunualman və ingilis dilində də təqdim olunur. Bu, ilk növbədə Azərbaycan dilini bilməyən əcnəbi mütəxəssislərə həmin məqalədə nədən söhbət getdiyini bildirmək üçündür. Yeri gəlmişkən qeyd edək ki  yalnız alman, ingilis və yaxud fransız dillırində yazılmış elmi məqalələr qəbul edilir. Nəşr olunandan sonra məşhurlaşan məcmuəni Avropadakı bir çox kitabxanalar alaraq öz fondlarına daxil etmişdir.

Təqdimetmə mərasimini Azərbaycan Dillər Universiteti Alman dili fakültəsinin dekanı Vilayət Hacıyev açdı. O, tədbirdə iştirak edən tələbələrə bu Universitetin məzunları və onun keçmiş tələbələri olan Mərdan Ağayevlə Ruslana Süleymanovanı nümunə göstərərək, onların Almaniyada gördükləri böyük iş – "JahrbuchAserbaidschanforschung” u nəşr etmələri barədə məlumat verdi.

Sonra "JahrbuchAserbaidschanforschung”un 2 həmtəsisçi-redaktorundan biri olan Mərdan Ağayev çıxış edərək məcmuənin nəşrolunma prosesindən, bu zaman meydana çıxan bəzi problemlərdən bəhs etdi.

 "Azərbaycan tədqiqatlarının ilk buraxılışında məqaləsi dərc olunmuş müəlliflərdən, Azərbaycan Dillər Universitetinindən elmlər namizədi Çərkəz Qurbanlı, Bakı Dövlət Universitetindən professor Vaqif Süleymanlı, Vahid Zahidoğlu  çıxış edərək "Azərbaycan tədqiqatları”nın nəşrini alqışladılar və Mərdan Ağayevə minnətdarlıqlarını bildirdilər.

Sonda, Mərdan Ağayev "Azərbaycan tədqiqatları”nın ilk buraxılışında məqaləsi dərc olunmuş müəlliflərdən bu tədbirdə iştirak edənlərin hər birinə onlara məcmuənin “Köster” nəşriyyatından hədiyyə kimi göndərilmiş 1 nüsxəsini və Almaniya qonorar fondunun blanklarını  təqdim etdi və kollektiv şəkil çəkdirildi.

                                                    Aydın Məmmədov 

 

Həmcinin : "Jahrbuch Aserbaidschanforschung”un Bakıdakı təqdimat mərasımi barədəŞəkinin səsi”ndə dərc olunmuş məqaləbax: >>>

- Həmçinin, "Jahrbuch Aserbaidschanforschung un nəşrini və təqdimat mərasimini Azərbaycan KİV tərəfindən işıqlandırılmaması barədə felyetonu oxumaq üçün bax: >>>

- yenə bu mövzuda Almaniya səfirinin dedikləri öyrənmək üçün bax: >>>

- həmçinin, Mərdan Ağayevin 4 il əvvəl Almaniyadakı fəaliyyətinə dair Azərbaycan KİV-nin yaydığı bir xəbərlə tanış olmaq üçün bax:>>>

- həmçinin, Mərdan Ağayevin 2 il əvvəl Almaniyadakı digər fəaliyyətinə dair "Trend" İnformasiya Agentliyinin yaydığı bir xəbərlə tanış olmaq üçün bax:>>>

<<< Ana səhifə