Arxiv 2007-2008

Arxiv 2007-2008 

"ŞƏKİNİN SƏSİ" qəzeti nəşrlərinin elektron variantı

 

Bilirsinizmi?

 

1918-ci ildə, 1 ilin içində  Şəki şəhəri əhalisinin yarısından çoxu - təxminən, 33 min nəfəri, aclıq, səfalət və xəstəlikdən tələf olmuşdur!

 

    Bu məsələ indiyə qədər araşdırılmayıb. Bəziləri deyirlər ki, adamlar acından ölmüşdür; belə ki Səki İpək sənayesi tənəzzülə uğramışdı və ölənlər isə bu sahədə işləyən 8 min fəhlə və onların 25 minlik külfəti imiş. Bəziləri deyirlər ki 33 min nəfər yatalaq xəstəliyi nəticəsində dünyasını dəyişmişdir. Amma bizdə belə bir məlumat da var ki, o il bütün dünyada 100 milyon adam "İspan qripi" nin qurbanı olmuşdur və mümkündür ki Şəkidə də məhz, həmin epidemiya tüğyan edibmiş.

   Hər-halda razılaşın ki biz bu dəhşətli hadisəni öyrənməyə və  həlak olmüş şəkililərin xətirəsinə heç olmasa bir abidə qoymağa mənən borcluyuq!

 

Almaniyada Şəkinin İnçə kəndi barədə doktorluq dissertasiyası!

 

       Almaniyadan bizə M. Ağayev bildirir ki o,  bu yaxınlarda Ingrid SchindlbIngrid - Pflueger adlı bir alman tədqiqatçısının Şəkinin İnçə kəndi barədə doktorluq dissertadiyası ilə tanış olub. Alim ötən əsrin 90-cı illərində İnçə kəndində - sovxoz direktorunun evində yaşamışdır. O, İnçə kəndində əfəndilər və halilər nəslini tədqiq edib, daha doğrusu həmin nəsildən olan qadınların həyatını!

 

Təbriz və Ərdəbilin açarları Bakıdadır!

 

        Sərlövhəni heç də siyasi mənada başa düşməyin. Həqiqətən də Təbriz və Ərdəbil şəhərlərinin açarları Bakıda saxlanılır. Məsələ belə olmuşdur: 1826-cı ildə Rus - İran savaşı baş verəndə ruslar çox keçmədən Təbrizə qədər irəlilədilər. Təbriz və Ərdəbil şəhərlərinin açarları da məhz, bu vaxt onlari əllərinə keçmişdir. Açarlar müxtəlif yerlərdə saxlanıldı. Taleyin qismətindən, lap axırda Bakıda qaldı. İndi Dövlət Tarix Muzeynin fondunda saxlanılmaqdadır. Mümkündür ki Azərbaycan prezidenti nə vaxtsa Təbrizə, yaxud Ərdəbilə gedərkən həmin açarları da qaytarsın.

 

  Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin babalarından birinin qəbri İçəri şəhərdə - Məscidin həyətində aşkara çıxdı; Onu ermənilər şəhid ediblərmiş! Bax: >>>  

 

Şəki rayonunun Fazıl kəndində "Labirint" adlı yeraltı muzey yaradılır;    

Bax: >>> 

Kompüter indi Azərbaycan dilinin də orfoqrafiya qaydalarını yoxlayır!       

 Bax: >>>

Bakıda yeni tikilən körpülər 1-2 ildən sonra dağıla bilər?!

Bax:>>>