409/5

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə

E L A N


 

 

Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiya tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə müsabiqə keçirilir. Şəki şəhərində fəaliyyət göstərən aşağıda qeyd olunan dövlət orqanlarında olan vakant vəzifələr müsabiqəyə çı xarılmışdır.

 

Vakant dövlət qulluğu vəzifəsinin olduğu dövlət orqanı

Vakant dövlət qulluğu vəzifəsinin olduğu yerli (regional) bölmənin adı

Vakant vəzifənin adı

Vakant yerlərin sayı

Vəzifənin tutulması şərtləri

Kənd Təsərrüfatı Nazirliyi

Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsi 

Baş məsləhətçi hüquq kadr məsələləri üzrə

1yer

Hüquqşünaslıq ixtisas istiqaməti üzrə ali təhsil, ixtisas üzrə azı 1 il stajı; kompüter (MS, WİNDOWS, MS OFFİCE, İNTERNET s. orta səviyyədə) xarici dil (rus dili orta səviyyədə) bilikləri

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Şəki Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin ünvanlı sosial yardım sosial müavinətlər sektoru 

Baş məsləhətçi

2yer

Kompüter (MS, WİNDOWS, MS OFFİCE, İNTERNET s. orta səviyyədə) xarici dil (rus dili orta səviyyədə) bilikləri

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Şəki Rayon Məşğulluq Mərkəzi

Baş məsləhətçi

1yer

Kompüter (MS, WİNDOWS, MS OFFİCE, İNTERNET s. orta səviyyədə) xarici dil (rus dili orta səviyyədə) bilikləri

 



1yer

Kompüter (MS, WİNDOWS, MS OFFİCE, İNTERNET s. orta səviyyədə) xarici dil (rus dili orta səviyyədə) bilikləri

İqtisadi İnkişaf Nazirliyi

Şəki-Zaqatala regional şöbəsi (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları) Şəki şəhəri

Böyük məsləhətçi

1  yer

Coğrafiya, iqtisadiyyat idarəetmə ixtisas istiqamətləri üzrə alı təhsil, kompüter (MS, WİNDOWS, MS OFFİCE, İNTERNET s. orta səviyyədə) xarici dil (rus dili orta səviyyədə) bilikləri

Məsləhətçi

1yer

kompüter (MS, WİNDOWS, MS OFFİCE, İNTERNET s. orta səviyyədə) xarici dil (rus dili orta səviyyədə) bilikləri

 

 Həmin vəzifələrin tutulmasına iddia edən vətəndaşlar 2007-ci ilin 6 oktyabr tarixinədək sənədlərini Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiyaya təqdim edə bilərlər. Komissiyanın ünvanı: AZ 1072, Bakı şəhəri, K. Rəhimov küçəsi, 874- məhəllə. Sənədlər şəxsən, yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Vakant vəzifələr müsabiqənin keçirilməsi qaydaları barədə daha ətraflı məlumat Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiyanın rəsmi internet saytında (www.csc.gov.az) yerləşdirilmişdir.

 

ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ.

 

 

CUMA XAMOY OĞLU MUSTAFAYEV ŞƏKİ REGİONAL ENERJİ TƏCHİZATI MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİN BAŞ DİREKTORU TƏYİN EDİLMİŞDİR

 

"Azərenerji" Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyevin əmri ilə Cuma Xamoy oğlu Mustafayev Şəki Regional Enerji Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru təyin edilmişdir.

C. X. Mustafayev 1963- ildə  Yevlax şəhərində anadan olmuşdur. Ali təhsilli mütəxəssisdir. Fərqlənmə diplomu ilə Azərbaycan Dövlət Politexnik İnstitutunun energetika şöbəsini bitirmişdir. Bir müddət öz ixtisası üzrə müxtəlif təşkilatlarda səmərəli fəaliyyət göstərmiş, bundan sonra Mingəçevir şəhər İcra Hakimiyyətində bir sıra məsul vəzifələrdə çalışmışdır.

Respublikada onun kimi təcrübəli mütəxəssislərə olan ehtiyac nəzərə alınaraq, o, təyinatla Şəki Regional Enerji Təchizatı Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru vəzifəsinə irəli çəkilmişdir. Həmin cəmiyyət beş rayonunŞəki, Balakən, Zaqatala, Qax Oğuz rayonlarının bütün elektrik şəbəkələrini təsərrüfatlarını öz ətrafında birləşdirir.

Yeni Azərbaycan Partiyasının "Şəkinin səsi" qəzeti redaksiya heyətinin üzvüdür.

Ailəlidir. 4 övladı var.

                                  Arzu ABDULHƏMİDOV,

              "Şəkinin səsi" qəzeti redaksiya  heyətinin üzvü.

 

 

TOMAS HAMMARBERQ FİKRƏT MƏMMƏDOVLA GÖRÜŞÜB

 

Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberq ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür. Bu barədə APA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişdir. Ölkədə  həyata keçirilən demokratik dəyişikliklərdən söz açan nazir insan hüquqlarının etibarlı müdafiəsinə xidmət edən məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, ədliyyə orqanlarının inkişafı, o cümlədən penitensiar sistemin fəaliyyətinin yaxşılaşdırılması üzrə aparılan islahatlar, korrupsiya ilə mübarizə sahəsində görülən işlər barədə məlumat verilmişdir.

T. Hammerberq ölkəmizdə insan hüquqlarının qorunmasına xüsusi diqqət yetirildiyini vurğulayaraq, ötən il Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planını yüksək qiymətləndirmiş, bu sənədin icrası ilə bağlı görülən işlərlə maraqlanmışdır. O, şəhər çərçivəsində baş çəkdiyi penitensiar müəssisələr, o cümlədən Qobustan həbsxanası ilə bağlı təəssüratlarını bölüşmüşdür.

Qonaq ədliyyə məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirərək qeyd etmişdir ki, yeni məhkəmələrin fəaliyyətə başlaması, hakimlərin sayının artırılması onların ədalətli təyinatı insan hüquqlarının etibarlı qorunmasına xidmət edir.

 

 

ŞƏKİLİ GƏNCLƏRİN YENİ DƏSTƏLƏRİ  VƏTƏNİN İŞĞAL OLUNMUŞ TORPAQLARINI AZAD ETMƏK ÜÇÜN ORDU SIRALARINA YOLA DÜŞÜRLƏR

     

Ölkə prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu ilin oktyabr ayının 1-dən həqiqi hərbi xidmətə növbəti çağırış elan edilmişdir. Qeyd edək ki, ötən yay çağırışı müvəffəqiyyətlə keçmiş başa çatdırılmışdır. Odur ki, respublikanın hərbi komissarı həm Şəki şəhər hərbi komissarının, həm bu işdə komissarlığa yaxından kömək göstərmiş Şəki Şəhər İcra Hakimiyyətinin xidmətlərini xüsusi olaraq vurğulamışdır: Şəki Şəhər Hərbi Komissarının ötən çağırışdakı qazandığı uğurlar respublikanın digər rayon komissarlığına müsbət nümunə kimi göstərilmiş şəhər icra başçısının ünvanına göndərilmiş razılıq məktubunda da xüsusi olaraq vurğulanmışdır.

Şəki Şəhər Hərbi komissarı Azər Məmmədyarov müxbirimizlə müsahibəsində demişdir

 Əməyimizin, zəhmətimizin ölkənin hərbi komissarı tərəfindən yüksək qiymətləndirilməsi kollektivimizi daha da ruhlandırmışdır. Prezidentimizin yeni sərəncamı ilə əlaqədar olaraq əsgər yaşına çatmış gənclərimizin ordu sıralarında payız çağırışına da yaxşı hazırlaşmışıq. Belə bir hal fərəh doğurur ki, gənclərimiz artıq ordu sıralarında ləyaqətlə xidmət edir, torpaqlarımızı düşmənlərdən qoruyur, komandirlərin tapşırıqlarını cəsarətlə yerinə yetirir, texnikanın sirlərinə dərindən yiyələnir, bilik bacarıqlarını durmadan artırırlar. Artıq rayonumuzda fərarilik hallarına demək olar, son qoyulmuşdur.

Şəki Şəhər hərbi Komissarlığı gənclərin ordu sıralarına payız çağırışının da mütəşəkkil qaydada başa çatdırılması, hörmətli Prezidentimiz İlham Əliyevin bununla bağlı yeni sərəncamının rayon ərazisində tələb olunan qaydada həyata keçirilməsinə xüsusi diqqət yetirir, bu sahədə yol verilmiş nöqsan çatışmazlıqları qətiyyətlə aradan qaldırılır.

Şübhəsiz, əsgər yaşlı gənclərin ordu sıralarına mütəşəkkil qaydada səfərbər edilməsi işi bizim tərəfimizdən ciddi nəzarətə götürülmüşdür. Bununla bağlı gördüyümüz işlərin ümumi nəticəsindən razı qalmaq olar. Bu gün babalarımızdan miras qalan torpağımızı özümüz qorumalıyıq.

Odur ki, əsgəri xidmətə yola saldığımız, yaxud borcunu şərəflə yerinə yetirib geri dönən əsgərlərimizə xüsusi mehribanlıqla yanaşırıq. İgid oğullarımızın şərəfinə məclislər, el şənlikləri keçirilməsi artıq ənənə şəklini almışdır. Onların qəhrəmanlığı gənclərə nümunə göstərilir.

Vətəni göz bəbəyi kimi qorumaq lazımdır. Lakin bu da danılmaz bir həqiqətdir ki, əgər Vətən ancaq silahla qorunsa, bu axırda necə deyərlər, "ovçuluqla" bitər. Vətənpərvərlik isə mənəviyyatdan doğur, yeniyetmələrin, məktəbli gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə bundan sonra da ciddi diqqət yetirilməlidir. Silahdan öncə məktəbli gənclər mənəvi cəhətdən Vətəni müdafiə etməyə hazır olmalıdır. Bu mənada Şəkinin ali, orta ixtisas kütləvi məktəblərində, müəssisələrində hərbi vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq digər təsirli vasitələrdən istifadə etmək çox vacibdir.

Şübhəsiz ki, hər dəfə olduğu kimi, növbəti çağırışın da mütəşəkkil qaydada keçirilməsinə nail olacağıq.

<<< Ana səhifə