TÜRK BİRLİYİ ÜÇÜN YALOVADA


 

 Bu il iyul ayının 18-dən 25-nə qədər Türkiyənin Yalova şəhərində “11-ci Türk boyları mədəniyyət festivalı” və festival çərçivəsində “2-ci türk dünyası mətbuat nümayəndələri görüşməsi”keçirilmişdir.

Festivala 25 ölkədən 35 folklor qrupu iştirak etmişdir. Festivalda Azərbaycanı festivalda Çingiz Mustafayev adına uşaq və yaradıcılıq mərkəzinin bədii rəhbəri xalq artisti Cəmilə Bayramova olan “Dəcəl qızlar” uşaq rəqs ansamblı təmsil etmişdir. Ansamblın çıxışları hər yerdə maraq və sevgi ilə qarşılanmışdır.

Bu ilki festivalda Amerika Birləşmiş Ştatlarının hinduları da iştirak etmişlər. Xatırladaq ki, ABŞ Georgetown Unirsitetinin professoru Türkər Özdoğan apardığı tədqiqatlar nəticəsində hinduların türklərlə qohum xalq olduğu iddiasını irəli sürür.

22 və 23 iyul tarixlərində keçirilən simpozyumda 20-yə yaxın ölkədən mətbuat nümayəndələri iştirak etmişdir. İki gün davam edən simpozyum dörd bölmədən ibarət təşkil olunmuşdur. Əsas mövzusu “Türk birliyi” olan simpoziumda Azərbaycanı bu tədbirdə təmsil edən pedaqoji elmlər namizədi, müstəqil jurnalist Eldəniz Abbaslı “Bir zamanların xəyalı...” adlı məruzə ilə simpoziumda çıxış edərək təhsil, mədəniyyət və dil birliyi üçün görülə biləcək işlər haqqında fikirlərini simpozium iştirakçılarına çatdırmışdır.


Eldəniz İMRANOĞLU,

Bakı-Türkiyə-Bakı.

 



<<< Ana səhifə