QURTULUŞ SÜLEYMANLI


 

YAXŞILAR (Allahlı yaxşı insanlar)

 

Yaxşılar düz gedər naxşı yolunu,
Məhəbbət, gözəllik, baxşı yolunu
.
Pislər kəsə bilməz yaxşı yolunu
,
Tanrıdan güc, qüdrət alar yaxşılar
.

Yaxşı qismət olsun görüm çox kimə
,
Yaxşılar düşməsin şərə, tilsimə
.
Ürək tellərini döndərib simə
,
İnsanlıq mahnısı çalar yaxşılar
.

Yaxşılar danışar şirin dil kimi
,
Oxuyar eşqiylə bir bülbül kimi
.
Ətir, təravəti qızıl gül kimi
,
Canıma, qanıma dolar yaxşılar
.

Qurtuluş, yazdığın pis şer olmaz
,
Yaxşıtək var, dövlət, qızıl, dürr olmaz
.
Dəyişməz sifəti, yüzcə cür olmaz
,
Ömürlük yaxşıca olar yaxşılar.

 

 

ŞEİRLƏRİM

 

Şeir qəlbin sədası, haqqın tərənnümüdür

                                                           Müəllif

Güllərimdir çəmənimdə,
Öz nəğməmdir vətənimdə.
Damarında, bədənimdə,
Axan qandı şerlərim.

Yaxşıların dərdlərini,
Bütün şəhər, kəndlərini.
Sevdi vətən mərdlərini,
Duyub qandı şerlərim.

Taleyimə nicat verən,
Qollarıma qanad verən.
Ömrümə şən həyat verən,
Şirin sandı şerlərim.

Sözü zərtək qiymətlidir,
Əyilməzdir, cürətlidir.
Şəkimiztək qeyrətlidir,
Şərəf, şandı şerlərim.

Görünəni duyub qandı,
Şam kimi alışıb yandı,
Haqsızlıqdan alovlandı,
Yandı, yandı şerlərim.

Naxələfə oldu naşı,
Ürəyindən axdı yaşı.
Nankor olan vətəndaşı,
Tamam dandı şerlərim.

Söz qızıltək çəkidir,
Ətirlidir, gül təkidir.
Azərbaycandır, Şəkidir,
Hər bir yandı şerlərim.

Füzulinin dərd-sərindən,
Vurğun, Müşfiq sözlərindən.
Ürəyimin gözlərindən,
Güc alandı şerlərim.

Doğru, düzü qalan edən,
Məddahlığı talan edən.
Yalançını yalan edən,
Haqq, vicdandı şerlərim.

Tapdalanıb döyülməyən,
Adına pis deyilməyən.
Yaltaq olub əyilməyən,
Mərd insandı şerlərim.

Haqq işinə qarışmasa,
Olacaqla barışmasa,
Gözəllikdən danışmasa,
Bil, yalandı şerlərim.

Sözlərim düşməsin dara,
Qalsın məndən yadigara,
Qurtuluşam, məndən sonra,
Sağ qalandı şerlərim.

 

 

 

 

 

ALSAN YAXŞIDIR

 

Ulu Tanrım budur səndən diləyim,

Sən mərdi namərdə möhtac eyləmə

                                                   Aşıq şeiri

 

 

Ulu tanrı canı tarac edincə,

Süfrəmi boş, bəxtini edincə.
Nankorlara sən ehtiyac edincə
,
Canımı bir yolluq alsan yaxşıdır
.

Məni nankor vətəndaş eyləyincə
,
Yalançı məclisdə baş eyləyincə
.
Şair ürəyimi daş eyləyincə
,
Başıma daşları salsan yaxşıdır
.

Səninlə bircəyəm son gün yetincə
,
Haqqam, bu dünyadan köçüb gedincə
.
Mənə bəxş etdiyin ömrüm bitincə
,
Başımın üstündə qalsan yaxşıdır
.

İtirmək günahdır hər haqqı, sayı
,
Qalan qalmaz yaxşılıqdan savayı
.
İlahi, pislərə ver zəhər payı
,
Yaxşıya şəkərsən, balsan, yaxşıdır
.

Qurtuluş, haqq üçün alışıb yanaq
,
Tanrı qismətini anlayıb, qanaq
.
Şərəfsiz olana vaxtından qabaq
,
"
Ölüm" mahnısını çalsan yaxşıdır.