"Şəkinin səsI"

Rövzət Dəmirçizadə


 

                                             RÖVZƏT  DƏMİRÇİZADƏNİN  YENİ  KİTABI

    Həmyerlimiz  şair  Rövzət Dəmirçizadənin “Dünyaya və özümə bir baxış” adlı, 380 səhifəli yeni şeirlər  kitabı işıq üzü  görmüşdür.Bu kitab müəllifin oxucularla  səkkizinci görüşüdür.“Təbib “nəşriyyatı tərəfindən nəfis tərtibatla buraxılmış  topluya müəllifin əvvəlki   kitablarında çap edilməyən, ancaq müxtəlif  illərdə yazdığı şeirləri bir neçə başlıq altında daxıl edilmişdir. Rövzər müasirlərini düşündürən problemlərə toxunur, insan mənəviyyatında baş verən dəyişiklikləri  oxucularla bölüşür. Son illərdə yaşadığımız ağrı-acılar,vətən,yurd  həsrəti, kökcünlük dərdi,şəhidlərin müqəddəs ruhuna  hörmət hissi bir çox şeirlərin ana xəttini təşkil edir.Şeirlərdə onun həyata,gerçəkliyə öz  nəzər-nöqtəsini, duyma bucağını  hiss etmək olur; insanın taleyi,daxili yaşantıları,dərd və sevgisindən söhbət açılır.Kitabdakı təmsillər,uşaqlar üçün yazılmış şeirlər və “Qısa sətirlər” də maraqla oxunur. Kitabın korrektoru S.Rəsulova, redaktoru C.Məmmədzadədir. Tanınmış jurnalist, şair Vahid Hüseyn  “Taleyinin yazarı” adlı  müqəddiməsiylə kitabı  oxuculara təqdim etmişdir.

 

 

 

                  BÖYÜKLÜK

           

                 Ulu öndərimiz Heydər Əliyevə   

 

Allah qismətinə böyüklük verdi,

Müqəddəs niyyətlər keçdi başından.

Xalqının arzusu, qayğısı, dərdi

Gündüzlü – gecəli  durdu qarşında.

 

Qarışıq zamanda, qorxulu  gündə

Qorxub çəkinmədən qabağa  çıxdın.

Hünərli işinlə, müdrik sözünlə

Millətin başını bir yerə yığdın.

 

Xalqı uçuruma aparanlara

Dərs verib köməyə ilk  çatan oldun.

Əlçatmaz xəyala qapılanlara

Əsil  həqiqəti anladan oldun.

 

Əl  çəkə bilməyib davalarından

Pislik edənlərə yaxşılıq etdin.

Keçib suçlarından, günahlarından

Sən neçə namərdə mərdlik öyrətdin.

 

Hər səpilən  toxum  göyərmir deyə

Əvvəldən axırı  fikirləşirsən.

Sabahı bu gündən qoyub  çəkiyə

Ağlın işığıyla yolu seçirsən.

 

Gündəlik işində dərin   düşüncə,

Məramın həmişə ali məramdır.

Ən böyük istedad sahibi ,məncə

Böyüklük eləyə bilən adamdır.

 

Böyüklük eləmək  istəyən  kəslər

Demirəm xəyali  göylərdən ensin.

Böyüklük eləmək  istəyən kəslər

Baxıb, böyüklüyü səndən  öyrənsin.

 

Böyüklük eşqinə düşənlər  qəti

Bilsin ki, istəklə, həvəslə olmur.

Böyüklük  eləmək  qabiliyyəti

Allah vergisidir, hər  kəsdə olmur.

 

Xalqın sevincində, dərdi-sərində

Xalqdan yüksəlmisən, xalqa enmisən.

Vətəni ucaldan əməllərinlə

Yaşaya-yaşaya ucalmısan sən.

                           

Qaranlıq məqama gur işıq saldın

Yanmayanların da yandın yerinə.

Sən uca, əlçatmaz bir  zirvə oldun,

Qarışdın dünyanın  zirvələrinə.

 

                                      1994

 

 

 

       

               SÖZÜN  İŞIĞI

 

                      Əməkdar jurnalist

                      Salis Məmmədova

 

İllər  gəlib keçdi əsən yel kimi,

Ömrümün hər sətrin, sözün işığı.

Başın qarışdıqca yazı-pozuya

Hopdu sətirlərə saç qaralığın.

 

Sən baxdın dünyaya ağlın  gözüylə,

Daim öncül oldun söz yarışında.

Hələ Sovet vaxtı çoxu susanda

Bir addım dönmədin  haqq savaşından.

 

Sözlərin  torunda kütlə, oxucu

Axtarır könlünə yatan  yazını.

Sən duydun qəlbinin  həssaslığıyla

Dəyişkən  zamanın ab-havasını.

 

Məramsız  fikirdə böyüklük olmaz,

Gah nala, gah mıxa  vuran yoruldu.

Durdun inamınla öncül sırada,

Məramın dövləti qorumaq oldu.

 

<<< Ana səhifə